Азярбайъан республикасы


partlaması təhlükəsini istisna edən (azaldan) tədbirlər nəzərdə



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə122/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   118   119   120   121   122   123   124   125   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları


partlaması təhlükəsini istisna edən (azaldan) tədbirlər nəzərdə
tutulmalıdır. Göstərilən layihə həlləri müəssisənin texniki
rəhbərinin təsdiqlədiyi QLP-yə daxil edilməlidir.
344


4.9.6.7. Boru kəmərlərinin avtomobil və dəmir yolları ilə
kəsişmə hissələri bu Qaydaların 4.9.6.1 bəndi üzrə normativ
sənədlərin tələblərinə uyğun polad və ya dəmir - beton
borudan olan mühafizə örtüyündə olmalıdır.
4.9.6.8. Yeraltı və yerüstü neftqazkondensat
kəmərlərinin yaşayış məntəqələrindən çəkilməsinə yol verilmir.
4.9.6.9. Çəkilmənin profili öz-özünü kompensasiya etmə-
lidir, yaxud boru kəmərlərinə ölçüsü və sayı hesablanmış və
layihədə göstərilmiş kompesatorlar qoyulmalıdır.
4.9.6.10. Torpaq kütləsinin təbii-iqlim xüsusiyyətlərinin
təsiri altında yerdəyişməsinin (sürüşmə, uçqun və s.) əmələ
gələ biləcəyi rayonlarda, boru kəmərlərinin bu hadisələrdən
qorunma tədbirləri nəzərdə tutulmalıdır.
Daşıma qabiliyyəti (möhkəmliyi) kifayət qədər olmayan
torpaqlarda kompensasiyaedici tədbirlər boru kəmərlərinin
çökmədən və qabarmadan zədələnməsinin qarşısını almalıdır.
Qayalıq yerlərdə müvafiq örtüklər, yaxud ballast
qatlarının salınması nəzərdə tutulmalıdır, bu zaman dağ
şəraitlərində relyefin kəskin dəyişməsi hallarında,
karbohidrogenlərin mümkün qəza tullantılarının maksimum
utilizasiya edilməsi üçün və ətraf mühitə texnogen təsirləri
azaltmaq üçün boru kəmərlərinin novlarda çəkilməsi nəzərdə
tutulmalıdır.
4.9.6.11. Hidravlik zərbənin baş verməsinin qarşısını
almaq üçün, boru kəmərlərindəki qapayıcı armaturlar asta
açılmalı və bağlanmalıdır.
4.9.6.12. Boru kəmərlərinin bütün reduktorlu və ya
ştokun gizli hərəkəti ilə qapanan quruluşlu qapayıcı
armaturlarında, onların fırlanma istiqamətini göstərən
«Açıqdır», «Bağlıdır» işarələri olmalıdır. Bütün qapayıcı
armaturlar texnoloji sxemə uyğun nömrələnməlidir.
345


4.9.6.13. Neftqazkondensat boru kəmərlərinin quyularda
(xəndəklərdə) yerləşən qapayıcı armaturları (siyirtmələr,
kranlar və s.) açıb-bağlamaq üçün, onlar məsafədən idarə
olunan olmalıdır və ya quyuya adam düşmədən bu əməliyyatı
yerinə yetirmək üçün uzun ştokları olmalıdır.
4.9.6.14. Quyularla bilavasitə əlaqəsi olan atqı boru kə-
mərləri, neftqaz kəmərlərinin kipliyinin pozulduğu qəza vəziy-
yətlərində quyudan gələn maye axınını avtomatik kəsən əks
klapanlarla və ya qapayıcı qurğularla təchiz edilməlidir.
Əgər quyunun parametrlərinin işinə məsafədən nəzarət
olunursa və qapayıcı qurğular quyuların idarə pultundan bağ-
lanırsa, məsafədən idarə olunan qapayıcı qurğuların tətbiqinə
yol verilir.
4.9.6.15. Boru kəmərinin bir hissəsi və ya bütün boru kə-
məri istismara buraxılmazdan əvvəl içərisi təmizlənməli və o,
möhkəmliyə və kipliyə sınanmalıdır.
Bu əməliyyatlar boru kəmərinin bir hissəsi və ya hamısı
tam hazır olduqdan (tam örtüldükdən, bənd bərkidildikdən,
armatur və cihazların, katod çıxışlarının quraşdırılmasından,
sınaq obyekti üçün icra sənədlərinin təqdimindən) sonra
aparılır.
4.9.6.16. Neftqazyığım kəmərlərinin (quyulardan sıxıcı
nasos qurğularına və ya mərkəzi yığım məntəqəsinə qədər)
üfürülməsi və sınağı layihə sənədlərinə və texnoloji
reqlamentə uyğun yerinə yetirilməlidir.
4.9.6.17. Sınaq üsulları və boru kəmərinin içərisinin tə-
mizlənməsi layihə təşkilatları tərəfindən işçi layihədə, işlərin
icrası layihəsində müəyyənləşdirilir.
4.9.6.18. Boruların qaz və ya hava ilə üfürülməsinə və sı-
nağına başlamazdan əvvəl, göstərilən işlər zamanı adamların
olması qadağan olunan təhlükəli zonalar müəyyən edilməli və
işarələrlə nişanlanmalıdır (cədvəl 6).
346


Cədvəl 6

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin