Азярбайъан республикасы


 Quyuların, boruların və avadanlıqların



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə115/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   111   112   113   114   115   116   117   118   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.7. Quyuların, boruların və avadanlıqların 
parafinsizləşdirilməsi
4.7.1. Istilik generasiya edən qurğuların basqı boru kə-
mərləri:
-qoruyucu və əks klapanlarla təchiz olunmalı;
-quyuda işlərin aparılmasından əvvəl, qurğunun paspor-
tunda göstərilən təzyiqdən artıq olmamaqla quyuda gözlənilən
maksimal təzyiqin 1,5 misli qədər təzyiqlə sınanmalıdır.
327


4.7.2. Səyyar parafinsizləşdirmə qurğuları quyu ağzından
25 m-dən və digər avadanlıqlardan 10 m-dən az olmayan
məsafədə quraşdırılmalıdır.
4.7.3. Atqı boru kəmərinin buxara verilməsi zamanı ona
və quyunun quyu ağzına 10 m-dən az məsafəyə yaxınlaşmaq
qadağandır.
4.7.4. Istilikdaşıyıcının təzyiq altında verilməsi üçün rezin
şlanqlardan istifadə etmək qadağandır.
4.8. Quyuların əsaslı və cari təmiri 
4.8.1. Quyuların əsaslı təmiri üzrə işlər ixtisaslaşdırılmış
briqada tərəfindən, müəssisənin baş mühədsinin (texniki
rəhbərinin) təsdiq etdiyi plan üzrə aparılmalıdır.
Planda yerinə yetirilməli işlərin bütün növləri,
təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin edən bütün
texniki vasitələr nəzərdə tutulmalıdır.
4.8.2. Quyuların təmirə verilməsi və onların təmirdən
sonrakı qəbulu müəssisədə müəyyənləşdirilmiş qaydalara
uyğun akt üzrə həyata keçirilir.
4.8.3. Quyuda işləri aparmağa başlamazdan əvvəl
briqada qəzaları ləğvetmə planı ilə və quyuların konstruksiyası
və vəziyyəti, lay təzyiqi, quyudaxili avadanlıq, aparılacaq əmə-
liyyatların siyahısı, həmin əməliyyatlar aparılarkən gözlənilən
texnoloji parametrlər haqqında məlumatlardan ibarət iş planı
ilə tanış olmalıdır.
Işlərin icraçıları təhlükəsizlik texnikası üzrə təlimatlandırıl-
malı və bu barədə təlimat jurnalında müvafiq qeydlər aparılma-
lıdır.
4.8.4. Iş yerləri, avadanlıqlar və işlərin aparıldığı zona
[211]–in tələblərinə uyğun işıqlandırılmalıdır.
328


4.8.5. Aqreqatların, avadanlıqların, alətlərin
yerləşdirilməsi və iş zonasındakı meydançaların qurulması
müəssisənin texniki rəhbərinin təsdiq etdiyi sxem və texnoloji
reqlamentə uyğun yerinə yetirilməlidir.
4.8.6. Qaldırıcı aqreqatın, vışkaların, qüllələrin yükqaldır-
ma qabiliyyəti və yolverilən külək təzyiqi təmir prosesində
gözlənilən ən maksimal yüklənməyə uyğun olmalıdır.
4.8.7. Quyuların təmiri üçün aqreqatlar quyuağzı mey-
dançada, istehsalçı zavodun istismar təlimatına uyğun
qurulmalıdır.
Aqreqat meydançada elə qurulmalıdır ki, ona qulluq
rahat olsun. O, sürüşmənin (yerdəyişmənin) qarşısını alan
dayaqlarla təchiz olunmalıdır.
4.8.8. Təmir işlərinə başlamazdan əvvəl quyu, sıxlığı bu
Qaydaların 3.5.66 bəndinin tələblərinə uyğun gələn məhlulla
boğulmalıdır. Lay təzyiqi hidrostatik təzyiqdən yüksək olan bü-
tün quyular və (aparılmış hesabatlara görə) lay təzyiqi hidros-
tatik təzyiqdən aşağı olan fontan və ya qazneftsu təzahürü
şəraiti saxlanılan quyular da boğulmalıdır.
Lay flyuidinin öz-özünə quyuağzına çıxması istisna
olunan dağ-mədən-geoloji şəraitli yataqlardakı quyularda
əvvəlcədən boğulmadan yeraltı (cari) və əsaslı təmir işlərini
aparmağa icazə verilir.
4.8.9. Quyuağzı avadanlığın sökülməsindən əvvəl boru
və boruarxası fəzalardakı təzyiq atmosfer təzyiqinə qədər
aşağı salınmalıdır.
Iş planında əvvəlcədən boğulması nəzərdə tutulmayan,
quyudibi ayırıcı-klapanla təchiz edilmiş quyuları saxlamalı,
təzyiqi atmosfer təzyiqinə qədər endirməli və 3 saatdan az
olmayaraq, bu vəziyyətdə saxlamaq lazımdır.
Quyudan qazçıxmanın kəsilməsi müəyyənləşdirildikdən
və quyuda mayenin səviyyəsinin sabitliyi yoxlanıldıqdan sonra
quyuağzı armatur sökülməlidir.
329


4.8.10. Lay təzyiqindən asılı olaraq yeraltı və əsaslı təmir
aparılarkən quyu ağzı TQA ilə təchiz edilməlidir. TQA-ın yer-
ləşmə və bağlanma sxemi müəssisə tərəfindən işlənib hazırla-
nır və Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndəsi ilə
razılaşdırılır. TQA quyu ağzında quraşdırıldıqdan sonra, quyu,
istismar kolonunun sınaq təzyiqindən artıq olmayan,
gözlənilən maksimal təzyiqə sınanır.
4.8.11. Mümkün qazneftsu təzahürünün qarşısını almaq
və ləğv etmək üçün doldurma (doliv) bloku quraşdırılır və
quyu ağzına elə hesabla bağlanılır ki, quyunun öz-özünə
dolması və ya nasosun (quyunun yuyulması üçün aqreqat)
köməyilə məcburi dolması təmin edilsin. Boruların quyudan
qaldırılması əməliyyatı dolma və quyuağzında səviyyənin
saxlanması ilə aparılır. Dolma tutumu səviyyəölçənlə təchiz
edilməli və dərəcələrə bölünmüş olmalıdır.
4.8.12. Fontan quyusu boğulmazdan əvvəl boru kəməri
və armaturların bağlanma sistemi işçi təzyiqin 1,5 mislinə
bərabər təzyiqlə sınaqdan keçirilməlidir.
4.8.13. Fontan quyusu boğulmazdan əvvəl qazma məh-
lulunun lazımi parametrlərinin təmir olunan quyunun
maksimal həcminin iki mislindən az olmayan ehtiyatı nəzərdə
tutulmalıdır.
Quyu, məhlul olan yerdə və ya birbaşa quyunun yaxın-
lığında yerləşmiş, iki quyu həcmindən az olmayan həcmdə
müvafiq sıxlıqlı ehtiyat maye ilə təchiz olunmalıdır.
4.8.14. Quyunun dərinliyindən asılı olmayaraq saz
vəziyyətdə olan çəki indikatoru olmadan endirmə-qaldırma
əməliyyatlarını, həmçinin qülləyə (vışkaya) ağırlıq düşməsi ilə
əlaqədar olan təmir işlərini aparmaq qadağandır.
4.8.15. Küləyin sürəti 15 m/san. və daha artıq, leysanda,
güclü qar yağmada və dumanda (50 m-dən az görünmədə)
endirmə-qaldırma əməliyyatlarını aparmaq qadağandır.
4.8.16. Neftqazsu təzahürü aşkarlandıqda quyu ağzı kip-
330


ləşdirilməli, briqada isə bu Qaydaların 19-cu əlavəsinə uyğun
işlənib hazırlanmış qəzaların ləğv edilmə planına uyğun
hərəkət etməlidir.
4.8.17. Dalma mərkəzdənqaçma elektrik nasosları ilə
təchiz olunmuş quyuları təmir etməzdən əvvəl kabelin
gərginliyi açılmalıdır.
Kabelin diyircəyi və quyuağzı ilə eyni şaquli səthdə
quraşdırılmış barabana kabelin sarınması və açılması mexanik-
ləşdirilməlidir. Kabelin sarğıları barabanın üzərində düzgün
sıralarla yığılmalıdır.
4.8.18. Dalma elektrik nasosunun kabelli barabanı işçi
meydançadan görünə bilən zonada yerləşbirilməlidir.
4.8.19. Fontan quyularında, neftqazsu təzahürü mümkün
olan quyularda, həmçinin hidrogen-sulfid (kükürdlü) olan
quyularda qum tıxaclarını jelonka ilə təmizləməyə yol verilmir.
4.8.20. Təmir - izolyasiya işlərini apararkən qazın, neftin
(axımı əmələ gətirdikdən sonra) təzyiqi ilə layların yarılması
ehtimalı olan intervalda, həmçinin keçirici qeyri-məhsuldar
laylar intervalında qoruyucu kəmərlərin perforasiyası
qadağandır.
4.8.21. Quyuların kanat texnikasından istifadə etməklə
təmiri aşağıdakı şərtləri təmin etməklə aparılmalıdır:
-quyuların profilaktiki təmir işləri neftqazçıxarma müəs-
sisəsinin baş mühəndisinin (texniki rəhbərinin) təsdiq etdiyi
plan əsasında xüsusi briqada tərəfindən aparılmalıdır;
-ayırıcı-klapanın yoxlanması işləri və onların dövrüliyi
istehsalçı - zavodun tövsiyələri və sifarişçinin mədən
sifarişlərinə uyğun yerinə yetirilməlidir;
-seksiyalı lubrikatorun və plaşkalı preventorların yoxlan-
masının dövriliyi: hidravlik üsulla kipliyə yoxlanma – 6 aydan
bir, defektoskopiya – ildə 1 dəfə;
-ekssentrik kameralardan (ingibitor sağanaqlarından)
ingibitor klapanını, qazlift klapanını, sirkulyasiya klapanını
331


çıxardıqdan sonra onların oturacaqlarına kip tıxac taxılmalıdır.
Quyuların sağanaqda açıq «yuvalar»la istismarı qadağandır;
-endirmə-qaldırma əməliyyatlarını və kanat
texnikasından istifadə etməklə görülən bütün işləri, kanatlı
barabanın hər hansı istənilən sürət diapozonunda və kanata
təsbit edilmiş yüklə fırlanmasını təmin etməyə imkan verən
hidravlik bucurqadın tətbiqi ilə aparmaq lazımdır.
332



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin