4.6.7.1. Quyudibi zonanın
kompleks işlənməsində
istifadə olunan partlayıcı maddələr (barıt təzyiq generatorları
və ya təzyiq akkumlyatorları) [19]-un
tələblərinə uyğun
saxlanılmalı və daşınmalıdır.
4.6.7.2. Partlayıcı maddələr olan qutular quyu ağzından
50m-dən az olmayan məsafədə yerləşən qıfıllı otaqlarda saxla-
nılmalıdır.
4.6.7.3. Barıt təzyiq generatorları (akkumulyatorları), en-
dirilən partlayıcı maddələr zəncirəsinə (girlyanda) yalnız onun
lubrikatora daxil edilməsindən əvvəl quraşdırılmalıdır.
4.6.7.4. Partlayıcı
maddələr zəncirəsi lubrikatora,
mərkəzi siyirtmənin bağlı vəziyyətində yerləşdirilməlidir.
Endirilən qurğu siyirtmənin lövhələrinə (plaşka)
toxunmamalıdır. Işi iki fəhlə yerinə yetirməlidir.
4.6.7.5. Quyu dibinə endirilmiş barıt
təzyiq
generatorunun və ya akkumlyatorunun idarəetmə cihazlarına
və elektrik şəbəkəsinə qoşulması aşağıdakı ardıcıllıqla yerinə
yetirilməlidir:
-quyu ağzı germetikləşdirilməli;
-partlayıcı maddələr zəncirəsinin
elektrik kabelini
transformatora (paylayıcı lövhəyə) qoşmalı;
-işçi meydançada olan (bilavasitə icraçılardan başqa) bri-
qada üzvlərini və digər şəxsləri quyu ağzından 50 m-dən az
olmayan təhlükəsiz məsafəyə uzaqlaşdırmalı;
-işəsalma (qoşma) cihazlarının kodunu «ayrılmışdır»
(söndürülmüşdür) vəziyyətinə qoymalı;
-elektrik şəbəkəsinin kabelini transformatora və ya idarə-
etmə cihazlarına qoşmalı;
-kənar cərəyanların daxil olmasını (navedenie)
istisna
edən tədbirləri görməli;
-idarəetmə cihazlarına elektrik enerjisini verməli;
324
-partlayıcı maddələr zəncirəsini
elektrik enerjisinə
qoşmalı (yalnız işlərə cavabdeh
olan rəhbərin göstərişi ilə
yerinə yetirilir).
4.6.7.6. Quyunun quyudibi zonasının kombinasiyalı işlən-
məsi zamanı ADS-6 tipli partlayıcı
maddələrdən istifadə
edərkən və ya layın hidravlik yarılmasının digər elementlərində
istismar kəmərinin toxunulmazlığını təmin edən tələblər yerinə
yetirilməlidir.
Dostları ilə paylaş: