Азярбайъан республикасы


 Quyuların isti su və buxarla işlənməsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə110/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   106   107   108   109   110   111   112   113   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.6.3. Quyuların isti su və buxarla işlənməsi
319


4.6.3.1. Buxar generatorları və suqızdırıcı qurğular, istilik
daşıyıcılarının hazırlanması və vurulması proseslərinə nəzarət
etmək və onları tənzimləmək üçün cihazlarla, texnoloji
prosesin pozulduğu hallarda yanacaq verilməsini dayandıran
(kəsən) vasitələrlə təchiz olunmalıdır.
4.6.3.2. Buxar və ya isti suyun vurulmasında istifadə olu-
nan boru kəmərlərinin stasionar qurğulardan quyuya çəkilməsi
və onların istismarı [13]-ün tələblərinə riayət edilməklə yerinə
yetirilməlidir.
4.6.3.3. Buxarpaylayıcı məntəqədən və ya paylayıcı
buxar kəmərlərindən quyu ağzına qədər məsafə 25 m-dən az
olmamalıdır.
4.6.3.4. Buxar və ya isti suyun vurulması üçün təchiz
olunmuş quyuağzı bağlayıcı armatur məsafədən idarə olunan
olmalıdır. Flans birləşmələri örtüklə bağlanmalıdır.
4.6.3.5. Qəza hallarında buxar generatoru və suqızdırıcı
qurğuların fəaliyyəti dayandırılmalı, xidməti heyət baş verə bi-
ləcək qəzaların ləğvi planına müvafiq hərəkət etməlidir.
4.6.3.6. Buxar generatorunun odluğuna yanacaq ötürən
boru xəttində avtomatik qoruyucu qurğu olmalıdır. Həmin qur-
ğu istilik kəmərində təzyiq buraxıla bilən həddən yuxarı və ya
aşağı olduqda, eyni zamanda suyun verilməsi dayandırıldıqda,
avtomatik olaraq odluğa yanacaq verilməsini dayandırmalıdır
(kəsməlidir).
4.6.3.7. Buxar və ya isti suyun vurulması üçün təchiz
olunmuş quyuların ərazisi çəpərlənməli və həmin sahəyə
xəbərdaredici nişanlar qoyulmalıdır.
4.6.3.8. Istilik daşıyıcısı istiliyə davamlı paker quraşdırıl-
dıqdan sonra, istismar kəməri üçün buraxıla bilən maksimal
təzyiqdən yuxarı olmayan təzyiqlə laya vurulmalıdır.
4.6.3.9. Paker quraşdırılmış quyuya istilik daşıyıcısını vu-
rarkən boruarxası fəzadan gələn ötürücü boru xəttindəki
siyirtmə açıq olmalıdır.
320


4.6.3.10. Boru arxası fəzanın çıxış ötürücü boru xətti
texnikadan

xidməti
heyətdən
kənara
istiqamətləndirilməlidir.
4.6.3.11. Quyu işləndikdən sonra birləşdirici qurğular
yoxlanılmalı, armatur rənglənməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin