4.4.6.7. Quyunu qazlift üsulu ilə istismara başlamazdan
əvvəl və təmirdən sonra istismar kəməri, quyuağzı avadanlıq
və digər borular maksimal işçi təzyiqdən 1,25 dəfə çox
təzyiqlə kipliyə yoxlanılmalıdır.
4.4.6.8. Qazlift quyularının istismarı zamanı lazım olma-
dan yüksək təzyiqli boru, siyirtmə və başqa avadanlığın
yanında dayanmaq qadağandır. Bunun üçün operator otağı və
nəzarət ölçü cihazları var.
4.4.6.9. Qazlift quyularının işi zamanı təzyiq altında flans
birləşmələrdəki qayka və boltları bərkitmək, kipkəc sistemin-
dəki kipləşdiricini (nabivka) dəyişmək və ya yenisini əlavə
etmək qəti qadağandır.
4.4.6.10. Qazlift quyularının təhlükəsiz və normal
işləməsi üçün gündəlik texniki qulluqdan başqa həftəlik texniki
qulluq nəzərdə tutulmalıdır və bunun üçün xüsusi jurnal
olmalıdır.
4.4.6.11. Işləyən quyunun avadanlığının açıq alovla
qızdırılması qadağandır. Donmuş boru kəmərlərini və qapayıcı
quruluşları (kipkəc) ancaq buxar və ya isti su ilə qızdırmaq
olar.
4.4.6.12. Qazlift quyularının istismarı zamanı ehtiyat xət-
tinin armaturlarından başqa bütün armaturlar açıq olmalıdır.
4.4.6.13. Qazlift quyularının təmiri zamanı quyuların ağzı
kiçik qabaritli preventorla təchiz olunmalıdır.
Dostları ilə paylaş: