Азярбайъан республикасы


Quyuların dərinlik ştanq nasosları ilə istismarı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə105/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   101   102   103   104   105   106   107   108   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.4.2. Quyuların dərinlik ştanq nasosları ilə istismarı
4.4.2.1. Mancanaq dəzgahı elə quraşdırılmalıdır ki, onun
hərəkət edən hissələrinin özülə və ya yerə toxunması istisna
olunsun.
4.4.2.2. Mancanaq dəzgahının əyləcinə (tormozuna)
xidmət etmək üçün çəpərli meydança quraşdırılmalıdır.
307


4.4.2.3. Mancanaq dəzgahının çarx sürgü qollu
mexanizmi, elektrik intiqalına və işəsalma quruluşuna xidmət
meydançası müvafiq rənglə rənglənməli və çəpərlənməlidir.
4.4.2.4. Mancanaq dəzgahını işə salmazdan əvvəl əmin
olmaq lazımdır ki, dəzgahın reduktoru tormozlanmayıb, çəpər-
lər qoyulub və təhlükəli zonada adamlar yoxdur.
4.4.2.5. Çarx-sürgü qollu mexanizmin millərinin yerini
dəyişdirdikdə və ya əvəz etdikdə, kipkəc ştokuna sıxac quraş-
dırılmalı, sürgü qolu isə mancanaq dəzgahının dayağına
etibarlı bərkidilməlidir.
4.4.2.6. Quyunun quyu ağzı, ştokun germetikliyi üçün
qapayıcı armaturla və kipkəc quruluşu ilə təchiz olunmalıdır.
4.4.2.7. Quyunun quyuağzı yığımı, cilalı ştokun
kipkəcinin içliyinin dəyişdirilməsinə, quyuağzı təzyiqin və
temperaturun ölçülməsinə imkan yaratmalıdır.
4.4.2.8. Balansir başlığının ən aşağı vəziyyətində, kipkəc
ştokunun asılqanının traversi ilə və ya ştanqsaxlayanla
quyuağzı kipkəc arasında 20 sm-dən az olmayan məsafə
olmalıdır.
4.4.2.9. Mancanaq dəzgahının gövdəsi (rama) texniki kə-
mərlə, ikidən az olmayan, müxtəlif yerlərdə qaynaq edilmiş
yerləbirləşdirici polad keçiricilər vasitəsi ilə birləşdirilməlidir.
Düzbucaqlı keçiricinin en kəsiyi 48 mm
2
-dən, günyə pola-
dının divarının qalınlığı 4 mm-dən, dairəvi yerləbirləşdiricilərin
diametri 10 mm-dən az olmamalıdır. 
Mancanaq dəzgahının gövdəsini texniki kolonla
birləşdirən yerləbirləşdirici keçiricilər torpağa 0,5m-dən az
olmayaraq basdırılmalıdır.
Yerləbirləşdirici keçirici kimi dairəvi, zolaq, bucaqlı və ya
digər profilli poladlar tətbiq edilə bilər.
Bu məqsəd üçün polad kanatdan istifadə etməyə icazə
verilmir. Yerləbirləşdirici keçiricilərin birləşmələrinin yoxla-
nılması mümkün olmalıdır.
308


4.4.2.10. Mancanaq dəzgahı avtomatik və məsafədən
idarə olunan quyularda, işəsalma qurğusunun yaxınlığında,
görünən yerdə «Diqqət! Işəsalma avtomatikdir» yazılı plakat
bərkidilməlidir.
4.4.2.11. Hasilatın ölçülməsi, quyuların işə salınması, da-
yandırılması sistemlərinin dispetçer punktuna çıxışı olmalıdır.
4.4.2.12. Avadanlığın təmirinə başlayana qədər və ya
baxışdan əvvəl dövrü işləyən quyunun avtomatik, məsafədən
və ya əl ilə işə salınan mühərriki söndürülməli, kontryük yuxarı
vəziyyətə gətirilməli və bu vəziyyətdə tormoz qurğusu ilə
etibarlı tormozlanmalıdır, işəsalma qurğusunda isə plakat
(«Işə salma, adamlar işləyir») asılmalıdır.
309



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin