Азярбайъан республикасы


 Kimyəvi reagentlərin vurulması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə109/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   105   106   107   108   109   110   111   112   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.6.2. Kimyəvi reagentlərin vurulması
4.6.2.1. Bu işlər aidiyyati (məlum) reagentin istifadəsi
üzrə təlimatın tələblərinə müvafiq və lazım olan fərdi mühafizə
vasitələri tətbiq olunmaqla aparılmalıdır.
4.6.2.2. Aqressiv kimyəvi reagentlərlə (kükürd, xlorid,
ftor turşuları və s.) işlərin aparıldığı yer aşağıdakılarla təmin
olunmalıdır:
-xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə
vasitələrinin qəza ehtiyatı;
-təmiz şirin su ehtiyatı;
-məhlul üçün neytrallaşdırıcı komponentlər (təbaşir,
əhəng, xloramin).
4.6.2.3. Kimyəvi reagentlərin qalıqları yığılıb, utilizasiya
və ya məhv edilmək üçün xüsusi ayrılmış və təchiz olunmuş
yerə aparılmalıdır.
317


4.6.2.4. Kimyəvi reagentləri və ya digər zərərli maddələri
vurduqdan sonra, aqreqatın basqı sistemi sökülənə qədər,
sistem lazımi həcmdə neytral maye ilə yuyulmalıdır. Sistem
yuyulduqdan sonra maye xüsusi tutuma axıdılmalıdır.
4.6.2.5. Kükürd turşusu və kükürd anhidridi buxarlarının
qatılığını təyin etmək üçün briqada qaz analizatoru ilə təmin
olunmalıdır. Onların işçi zonada yol verilən qatılığı 1mq/m
3
çox
olmamalıdır.
4.6.2.6. Turşu və qələvilərin vurulmasında istifadə
olunan nasosların kipkəcləri xüsusi sipərlə (örtüklə) örtülməli
və yalnız təmir müddətində açılmalıdır.
4.6.2.7. Turşu və qələvilərin tutumlara doldurulması və
boşaldılması əməliyyatları mexanikləşdirilməlidir.
4.6.2.8. Turşuların daşınması və saxlanılmasında istifadə
olunan tutumlar və onların bağlayıcı (qapayıcı) qurğuları tur-
şuya davamlı və kip olmalıdır.
4.6.2.9. Əgər basqı təzyiqi istismar kəmərinin sınanıldığı
təzyiqdən çox deyilsə, qələvilərin, turşuların boru arxası
fəzaya vurulmasına icazə verilir.
4.6.2.10. Dozator nasosları işlədikdə qələvilərin
vurulması rejiminə injeksiya quyularının ağzında və nasosların
atqı xəttində qoyulmuş manometrlərlə nəzarət edilməlidir.
4.6.2.11. Quyuya gətirilən turşular və qələvilər birdəfəlik
vurma üçün lazım olan həcmdə olmalıdır.
4.6.2.12. Küləyin sürəti 11 m/san çox olduqda, duman
və sutkanın qaranlıq vaxtı turşunun quyuya vurulması
qadağandır.
4.6.2.13. Kükürd turşusunun quyuya vurulmasından
əvvəl və sonra həcmi 0,5m
3
az olmayan karbohidrogen əsaslı
məhluldan quyuda bufer təbəqəsi yaradılmalıdır.
4.6.2.14. Kimyəvi reagentlər saxlanılan yerlər
çəpərlənməli, qırmızı bayraqlarla nişanlanmalı və müvafiq
təhlükəsizlik nişanları ilə təchiz olunmalıdır.
318


4.6.2.15. Termoreaktor bilavasitə quyuya endirilməzdən
əvvəl maqneziumla yüklənməlidir (doldurulmalıdır).
4.6.2.16. Maqneziumla dolu termoreaktor, tutumlar və
işlərin aparıldığı yer, basqı boru kəmərlərindən və turşularla
dolu tutumlardan azı 10 m aralı məsafədə yerləşdirilməlidir.
4.6.2.17. Səthi-aktiv maddə və polimerlərin sulu
məhlulu, nasos stansiyalarında yerləşdirilmiş xüsusi
qurğularda hazırlanmalıdır. Qurğuların yerləşdiyi otaqlar
sürüşməyən döşəməyə malik olmalıdır.
4.6.2.18. Məhlulların dozalaşdırılması mexanikləşdirilməli,
səthi-aktiv maddələrin və polimerlərin bütün həcm üzrə
bərabər paylanması təmin olunmalıdır.
4.6.2.19. Turşuların doldurulması və boşaldılması əməliy-
yatı mexanikləşdirilməli və ventilyasiya qurğusunun qoşulmuş
vəziyyətində yerinə yetirilməlidir.
4.6.2.20. Məhlulların hazırlanması, səthi-aktiv
maddələrin və polimerlərin dozalaşdırılması üçün qurğular
nasosların qızdırılma bloku, nəzarət-ölçü və avtomatlaşdırma
cihazları ilə təchiz olunmalı və qızdırılan otaqlarda
yerləşdirilməlidir.
Nəzarət-ölçü cihazları bloku, nasoslar yerləşən blokdan
istilik keçirməyən arakəsmə ilə ayrılmalı və elektrik avadanlıq-
ları partlayışdan mühafizəli olmalıdır.
4.6.2.21. Səthi-aktiv maddələrin və onların komponentlə-
rinin işçi zonanın havasında YVQ-si sənaye müəssisələrinin la-
yihələndirilməsi üzrə sanitariya normalarına uyğun olmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin