3.12. Quyuların ləğv edilməsi və konservasiyası
Ümumi tələblər
3.12.1. Ləğv olunmaya və konservasiyaya hazırlanan hər
quyu üzrə izolə-ləğvetmə işlərinin aparılması fərdi planı, balansın-
da quyu yerləşən təşkilat tərəfindən tərtib olunaraq,
Azdövdağtexnəzarət Komitəsi və FQDHH ilə razılaşdırılmalı və
«Azneft» Istehsalat Birliyi (yuxarı təşkilat) tərəfindən
təsdiqlənməlidir.
Planda aşağıdakılar göstərilməlidir:
- quyunun faktiki quruluşu (dərinliyi, buraxılmış kəmərlə-
rin uzunluğu və diametri, kəmərarxası fəzada sementin qalxma
hündürlüyü və onun keyfiyyəti), yaranmış mürəkkəbləşmələrin
xarakteri, quyuda alətin olması və onun yerləşmə intervalları və
s;
- quyunun ləğv edilməsi və konservasiya olunması
səbəbləri;
- quyuda aparılan işlər (qazma məhlulunun sıxlığı,
sement körpülərinin qoyulma intervalı, vurulan sementin
miqdarı və s);
- quyu ağzında quraşdırma (sökmə) işləri;
- göstərilən işlərin icrasına cavabdeh şəxslər.
3.12.2. Quyuda kəmərlərarası təzyiq və laylararası axma-
lar olduqda, izolə-ləğvetmə işlərinə başlamazdan əvvəl, ayrıca
plan üzrə tə’mir-bərpa işləri aparılmalıdır.
3.12.3. Quyularda izolə-ləğvetmə işləri zamanı baş
vermiş mürəkkəbləşmələr və qəzalar istehsalat birliyi (yuxarı
təşkilat) tərəfindən təsdiq olunmuş əlavə plan üzrə aradan
qaldırılmalıdır.
261
3.12.4. Quyunun konservasiyası elə aparılmalıdır ki,
onun təkrar istismara buraxılması və ya onda hər-hansı bir
tə’mir və başqa işlərin aparılması mümkün olsun.
Quyuların ləğv edilməsi
3.12.5. Karbohidrogenli layları, aqressiv mühiti və yüksək
təzyiqli sulu horizontları açmış quyuların ağzı elektrik qövs
qaynağı ilə aşağıdakı qeydlər aparılmış reperlə təchiz olunma-
lıdır: quyunun nömrəsi, yatağın (sahənin) və quyunu qazmış
təşkilatın adı, quyunun tikilməsinin başlanma və qurtarma
tarixi.
3.12.6. Kənd təsərrüfatı üçün yararlı olan torpaqlarda
yerləşdirilmiş və 3.12.5 bəndində qeyd olunmuş quyulardan
fərqli olan quyuların quyu ağzı, yer səthindən 2 m-dən az
olmayan dərinliyə endirilməli və elektrik qövs qaynağı ilə
quyunun nömrəsi yazılmış konduktorda quraşdırılmış qapayıcı
(bağlayıcı) ilə təchiz olunmalıdır.
3.12.7. Texniki səbəblərə və ya keyfiyyətsiz qazılmaya
görə və həmçinin qəzalar nəticəsində ləğv olunmaya məruz
qalmış quyular Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış
xüsusi plan üzrə ləğv olunmalıdır.
3.12.8. Ləğv edilən quyular lay təzyiqindən 15% artıq
təzyiq yarada bilən (layda udulmalar yoxdursa) maye ilə dol-
durulmalıdır.
3.12.9. Istismar kəməri buraxılmamış quyuların ləğvi za-
manı, neft-qaz layları olan intervalda sement körpüləri qoyul-
malıdır.
Hər bir sement körpüsünün hündürlüyü məhsuldar layın
qalınlığını örtməklə, layın həm tavanından, həm də
dabanından 20 m artıq götürülməlidir.
262
Ən yuxarıda yerləşən məhsuldar qatın sement
körpüsünün hündürlüyü layın tavanından 50 m çox olmalıdır.
Istismar kəməri buraxılmayan quyuların ləğvi zamanı
sement körpülərin qoyulması və hündürlüyü təşkilatın
rəhbərliyi tərəfindən, Azdövdağtexnəzarət Komitəsinin razılığı
ilə təyin edilir.
3.12.10. Istismar kəmərinin deformasiyası ilə əlaqədar
olaraq ləğv edilən quyularda sement körpüsünü imkan
daxilində deformasiya zonasına və ondan yxarı ən azı 50 m
hündürlüyündə və ya əks halda deformasiya zonasından
yuxarıda ən azı 100 m hündürlüyündə qoymaq lazımdır.
3.12.11. Istismar kəməri buraxılmış quyuların ləğvi
zamanı quyunun süzgəc zonasına təzyiq altında sement
məhlulu vurulduqdan sonra, süzgəc zonasından yuxarı ən azı
50 m hündürlüyündə sement körpüsü qoyulmalıdır.
3.12.12. Konstruksiyasında «gizli» kəmər olan quyunun
kəmərarxası zonaya lazımi səviyyəyə qədər sement məhlulu
qalxmayıbsa və ya əvvəlki kəmərin «başmağı» tam
örtülməyibsə, «gizli» kəmərin baş hissəsindən aşağı və yuxarı
30 m hündürlükdə sement körpüsü qoyulmalıdır.
Bütün ləğv ediləcək quyuların quyuağzı ilə əlaqəsi olan
axırıncı kəmərində (ən kiçik diametrli) ən azı 50 m hündürlü-
yündə sement körpüsü qoyulmalıdır.
Toksiki və aqressiv komponentləri olan quyuların ləğv
olunmasında izolə-ləğvetmə işlərinin aparılması
3.12.13. Toksiki və aqressiv komponentləri olan quyular
ləğv olunduqda, bütün açılmış horizontlar, hündürlüyü hori-
zontun qalınlığına bərabər üstəgəl 50 m hündürlüklü sement
körpülərin quraşdırılması ilə bir-birlərindən izolə olunmalıdırlar,
ən yuxarı horizontun tavanından yuxarı isə üstəgəl 100 m.
263
3.12.14. Əgər açılmış horizontların texniki səbəblərdən
bir-birlərindən izolə olunması mümkün deyilsə və onların
aralarında axın yoxdursa, aşağı sement körpüsü maksimal
mümkün dərinlikdə hündürlüyü 100 m-dən az olmamaq şərti
ilə quraşdırılmalıdır.
3.12.15. Axırıncı texniki kəmərin «başmağı»nda hündür-
lüyü 50 m-dən az olmayan sement körpüsü quraşdırılmalıdır.
3.12.16. Quyu lüləsinin sement körpüsünün altında və
üstündə yerləşən hissəsi, quyunun tikilmə layihəsinə və ya bu
sahədə ixtisaslaşmış elmi-tədqiqat təşkilatının tövsiyəsinə
uyğun olaraq, korroziyaya qarşı ingibitorla işlənmiş qazma
məhlulu və aqressiv muhit neytrallaşdırıcısı ilə doldurulmalıdır.
3.12.17. Ləğv olunan quyuların konstruksiyasında, ayrı-
ayrı seksiyalarla endirilmiş qoruyucu və ya istismar kəmərləri
vardırsa, seksiyaların birləşmə intervalında, birləşdirilən
yerdən 50 m aşağı və yuxarı olmaqla sement körpüləri
quraşdırılmalıdır.
3.12.18. Ləğv olunan quyuların «gizli» (potaynaə, xvos-
tovik) kəməri arxasında sement məhlulu lazımi səviyyəyə
qalxmayıbsa və ya əvvəlki kəmərin «başmağı» tam
örtülməyibsə, «gizli» kəmərin baş hissəsindən aşağı və yuxarı
50 m hündürlükdə sement körpüsü qoyulmalıdır.
3.12.19. Körpülərin quraşdırılmasında istifadə olunan
tamponaj sementi toksiki və aqressiv komponentlərə davamlı
olmalıdır.
264
3.12.20. Quyu ağzı ətrafında 1 m hündürlüklü metal
çəpərli, 2x2x0,5 m ölçüsündə beton meydança qurulmalıdır.
Beton meydançada quyu ağzından bilavasitə yaxınlıqda 60-70
mm diametrli borudan 0,5 m hündürlüklü reper
quraşdırılmalıdır. Boruya elektrik qövs qaynağı ilə (quyunun
nömrəsi, yatağın və təşkilatın adı, qazmanın qurtarıldığı tarix,
toksiki və aqressiv qazların olması mümkünlüyü haqqında
xəbərdarlıqlar göstərilməklə) yerinə yetirilmiş yazısı olan metal
lövhə quraşdırılmalıdır.
3.12.21. Quyuda izolə-ləğvetmə işləri qurtardıqdan bir
ay, altı ay sonra və sonradan vaxtaşırı ildə bir dəfədən az
olmayaraq, bu işləri yerinə yetirmiş təşkilat (müəssisə)
tərəfindən kəmərdə və kəmərlərarası fəzada təzyiq
yoxlanılmalı, hidrogen-sulfid və digər aqressiv komponentlər
baxımından quyu ağzı ətrafda və onların toplanması
(yığılması) mümkün olan yerlərdə havaya nəzarət
aparılmalıdır. Ölçülərin nəticələri havaya nəzarət jurnalında
qeyd olunmalıdır.
3.12.22. Ləğv olunmuş quyunun quyu ağzında qaz
müəyyən olunarsa, onun mənbəyinin aşkar edilməsi və əlavə
izolə işlərinin aparılması üzrə müvafiq tədbirlər görülməlidir.
3.12.23. Toksiki və aqressiv komponentləri olan
quyularda izolə-ləğvetmə işlərinin aparılması zamanı, qazma
və neftqazçıxarma müəssisələrinin rəhbərləri, ehtiyat tədbirləri
haqqında briqada üzvlərini (onların imzaları ilə) əlavə təlimat-
landıran və onları FMV ilə və həmçinin havada olan təhlükəli
qazlara nəzarət etmək üçün cihazlarla tə’min edən mühəndis-
texniki işçilərdən şəxslər tə’yin edirlər.
3.12.24. Izolə-ləğvetmə işlərinin aparılması üzrə fərdi
planda, göstərilən işlərin aparılmasına dair işçilərin təhlükəsiz-
liyini təmin edən tədbirləri reqlamentləşdirən bölmə olmalıdır.
265
3.12.25. Quyuda izolə-ləğvetmə işləri apararkən, bu işləri
aparan briqada ilə müəssisə arasında etibarlı ikitərəfli radio və
ya telefon əlaqəsi təmin olunmalıdır.
266
Ləğv olunmuş quyulardan kəmər başlıqlarının, qoruyucu
və istismar kəmərlərinin çıxarılması
3.12.26. Bu işlər
233
-ün tələblərinə uyğun yerinə
yetirilməlidir.
3.12.27. Neftqazçıxarma idarəsinin geoloji və texniki-
istehsalat şöbələri ləğv olunmuş quyular fondunu mədən və
geoloji materiallar əsasında hərtərəfli tədqiq edərək, kəmərləri
çıxarılmaq üçün yararlı olan quyuların yataqlar üzrə siyahısını
tərtib etməlidir.
Tərtib edilmiş siyahı Istehsalat Birliyinin (yuxarı
təşkilatın) baş geoloqu və Azdövdağtexnəzarət Komitəsi ilə
razılaşdırılmalıdır.
3.12.28. Quyular seçilərkən onların quruluşu, quyuya
doldurulan qazma məhlulunun sıxlığı, quyu dibinin dərinliyi,
quyuda qalan boru və alətlərin diametri və ölçüsü, quyuda
görülmüş son tamamlama izolyasiya işləri, quyunun içində və
kəmər arxasında təzyiqin olub-olmaması haqqında məlumat,
ləğv olunma səbəblari və s. hərtərəfli öyrənilməlidir.
3.12.29. Kəmərləri çıxarılacaq hər bir quyu üçün layihə
sənədləri hazırlanmalıdır (olmalıdır).
3.12.30. Görüləcək işlər müəssisə rəhbərliyinin əmri ilə
təyin olunmuş məsul şəxsin rəhbərliyi altında ixtisaslaşdırılmış
briqadalar tərəfindən layihəyə uyğun yerinə yetirilməlidir.
3.12.31. Çıxarılacaq kəmərlərin arxasında təzyiqin olub-
olmaması yoxlanılmalıdır. Bu yoxlama qazma idarəsinin çilin-
gərlər qrupu tərəfindən idarənin baş mexaniki və mürəkkəb
işlər üzrə mühəndisin rəhbərliyi altında aparılmalıdır.
3.12.32. Əgər kəmərlər arasında təzyiq və laylar
arasında axım olarsa, quyuda xüsusi plan üzrə təmir-bərpa
işləri aparılmalı və yalnız bundan sonra quyuağzı yığım
sökülməli və tikinti-quraşdırma işinə başlanılmalıdır.
267
3.12.33. Quyu ağzının açılması üçün FQDHH-nin və
Azdövdağtexnəzarət Komitəsinin icazəsi olmalıdır.
3.12.34. Baş verəbiləcək fontana və yanğına qarşı əlavə
tədbirlər görülməli və işçi heyət təhlükəsizlik qaydaları ilə təli-
matlandırılmalıdır.
3.12.35. Quyudan qaldırılacaq texniki və istismar kəmər-
lərinin çəkisini nəzərə alaraq müvafiq vışka, qaldırıcı
mexanizm və avadanlıq seçilərək əvvəlcədən sınaqdan
keçirilməlidir.
3.12.36. Hər növbədə qazma briqadası işə başlamazdan
əvvəl qaldırıcı avadanlığın (tal bloku, qarmaq, qarmaq bloku,
fırlanğıc, sırğalar, tal kanatı) elevator, spayderlər, idarəedici
qoruyucu qurğuların və s-nin yoxlanma baxışını keçirməlidir.
3.12.37. Quyunun yuyulması və kəmərin kəsilib (açılıb)
qaldırılması zamanı əməliyyatlara nəzarət etmək üçün iş icra-
çısının nəzarət edə biləcəyi yerdə hidravlik çəki indikatoru və
manometr olmalıdır.
3.12.38. Kəmərləri qaldırarkən onların xarici səthini
təmizləmək məqsədilə quyu ağzı borutəmizləyən tərtibatla
təmin olunmalıdır.
3.12.39. Çıxarılan boruların daşınması zamanı onların
yivləri qoruyucu halqalarla mühafizə olunmalıdır.
Dostları ilə paylaş: |