Азярбайъан республикасы


 Hidrogen-sulfidli (kükürdlü) yataqlarda



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə85/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   81   82   83   84   85   86   87   88   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

3.11. Hidrogen-sulfidli (kükürdlü) yataqlarda 
neft və qaz quyularının qazılması
Ümumi tələblər
3.11.1. Istehsalat obyektlərində işlərə yaşı 18-dən az
olmayan, sağlam, həmçinin izoləedilmiş əleyhqazlarda, nəfəs
aparatlarında və nəfəs orqanlarını qoruyan digər vasitələrdə
işləməyə yararlı şəxslər buraxılırlar.
Işçilər hidrogen-sulfidin xüsusiyyətlərini və insan
orqanizminə tə’sirini, təhlükənin əlamətlərini bilməli, xəsarət
alana ilk tibbi (həkiməqədər) yardımın göstərilməsini
öyrənməli və onların hidrogen-sulfid mühitində işlərə
buraxılmağa vəsiqəsi olmalıdır.
3.11.2. Təlimin təşkil olunması və aparılmasında əməyin
mühafizəsi xidməti işçiləri ilə birgə tibbi-sanitariya hissəsinin,
yanğın təhlükəsizliyi, FQDHH və hərbi qazxilasetmə xidmətinin
nümayəndələrinin iştirakı tə’min olunmalıdır.
3.11.3. Obyektlərdə işlərə cəlb olunmuş kənar
təşkilatların işçiləri, əlavə olaraq bu sahə üzrə öyrədilməli və
bu obyektlərə xidmət edən sifarişçi təşkilatın işçiləri kimi eyni
həcmdə bilikləri yoxlanılmalıdır.
3.11.4. Işçi zonanın havasında hidrogen-sulfidin qatılığı
YVQ-dən–10 mq/m
3
-dən, karbohidrogenlə qarışığında – 3
mq/m
3
-dən, yaşayış məntəqələrinin havasında – 0,008
mq/m
3
-dən yuxarı olmamalıdır.
3.11.5. Qazma işləri aparılan ərazidə küləyin istiqamətini
və sürətini müəyyənləşdirən qurğular (konus, flyuger, anemo-
metr) quraşdırılmalıdır. Qaranlıq vaxtı bu qurğular işıqlan-
dırılmalıdır.
256


3.11.6. Hər bir obyektdə, Azdövdağtexnəzarət
Komitəsinin yerli nümayəndələri ilə razılaşdırılmış və
müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş qaz
təhlükəli yerlərin və işlərin siyahısı hazırlanmalıdır.
Siyahı ilə qeyd olunmuş yerlərdə, təhlükəsizlik işarələri
və yazılar quraşdırılmalıdır.
3.11.7. Tərkibində hidrogen-sulfid olan mayelərin
neytrallaşdırılmadan açıq kanalizasiya sistemlərinə tökülməsi
qadağandır.
3.11.8. Kipgəcli və flans birləşmələrin, armaturların,
lyukların və hidrogen-sulfidin ayrılması mümkün ola biləcək
digər mənbələrin germetikliyi müəssisənin baş mühəndisi
tərəfindən təsdiqlənmiş qrafik üzrə daşınma qaz analizatoru
ilə yoxlanılmalıdır.
3.11.9. Hidrogen-sulfidin ayrılması mümkünlüyü ilə bağlı
istehsalat obyektlərində işlər azı 2 nəfər fəhlə tərəfindən
yerinə yetirilməlidir. Onlar bir-birinin işinə nəzarət etməli,
xəsarət aldıqda bir-birinə kömək etməyə hazır olmalı və
təhlükə zamanı həyəcan siqnalı verməlidirlər. Işlər müvafiq
FMV-ri tətbiq etməklə yerinə yetirilməlidir.
3.11.10. Texnoloji avadanlıqlar (separator və nasos ava-
danlıqları, tutumlar), həmçinin texnoloji boru kəmərləri
proseslərə nəzarət və onların tənzimlənməsi cihazları ilə,
nümunələrin götürülməsi üçün quruluşlarla, korroziya
ingibitorlarının verilməsi üçün ştuserlərlə təchiz olunmalıdır.
3.11.11. Xəndəklərdə (quyularda) yerləşdirilmiş qapayıcı
armaturlar (siyirtmələr, kranlar və s.) məsafədən idarə
olunmalı və ya xəndəyə düşmədən açıb-bağlamaq üçün
onların uzadılmış ştokları olmalıdır.
3.11.12. Tərkibində hidrogen-sulfid olan qazı yandırma-
dan və ya neytrallaşdırmadan atmosferə buraxmaq
qadağandır.
257


3.11.13. Istehsalat otaqlarının və binaların (otaqların)
xaricində yerləşdirilmiş qurğuların işçi zonalarının hava mühi-
tində hidrogen-sulfidin mövcudluğuna daimi nəzarət etmək
üçün, işıq və səs siqnalizasiyalı stasionar qaz analizatorları
quraşdırılmalıdır. Stasionar qaz analizatorlarından başqa, hava
mühitinə vaxtaşırı nəzarət üçün daşınma qaz
analizatorlarından da istifadə edilməlidir.
3.11.14. Hidrogen-sulfidin YVQ-sinə nəzarət edən
sistemlər olmadıqda və ya onlar nasaz olduqda qaz təhlükəli
obyektlərin işə buraxılması və istismarı qadağandır.
3.11.15. Obyektdə hava mühitinə nəzarət qrafik üzrə
aparılmalıdır:
- hidrogen-sulfidin üzə çıxması və yığılması mümkün
olan açıq yerlərdə – sutkada bir dəfədən az olmayaraq;
- bağlı yerlərdə – növbədə bir dəfədən az olmayaraq;
- tutumlarda, xəndəklərdə və digər havası az dəyişilən
yerlərdə – hər dəfə iş başlamazdan əvvəl.
Ölçülərin nəticələri «Havada hidrogen-sulfidin olmasına
nəzarət Jurnalı»nda qeyd olunmalıdır.
3.11.16. Hava nümunələrinin götürülməsi və ya daşınma
cihazlarla hidrogen-sulfidin qatılığının ölçülməsi, xüsusi öyrə-
dilmiş şəxs (laborant və ya başqa şəxs) tərəfindən dublyorun
iştirakı ilə aparılmalıdır. Bu zaman onlar müvafiq FMV-dən
istifadə etməlidirlər.
3.11.17. Işçi zonanın havasında hidrogen-sulfidin
miqdarı YVQ-dan çox olduqda:
- müvafiq əleyhqaz geyməli;
- cavabdeh şəxsi və ya işin rəhbərini və təhlükəli zonada
olan adamları xəbərdar etməli;
- təhlükəli zonadan çıxmalı;
- baş verə biləcək qəzaların ləğv olunması planı üzrə
hərəkət etməli.
258


3.11.18. Hidrogen-sulfidin təhlükəli qatılığıının yaranması
səbəbinin aradan qaldırılmasından sonra, qazın yığılması
mümkün ola bilən yerlərdə nəzarət ölçüləri aparılmalıdır.
3.11.19. Hidrogen-sulfidli mühitdə işlənəcək qoruyucu
boruları quyuya endirməzdən əvvəl, onlar 100% nəzarətdən
(kipliyə yoxlama, kalibrlənmə, şablonlaşdırma) keçməlidir.
3.11.20. Hər bir obyektdə, hidrogen-sulfidin ayrılması ilə
bağlı olan qəzalar daxil olmaqla, mümkün olan qəzaların
ləğvedilmə planı olmalıdır.
3.11.21. Təşkilatların rəhbərləri, hər obyekt üçün FMV-in
istismarı, saxlanılması və qorunmasına görə məsul şəxs təyin
etməlidirlər.
3.11.22. Pirofor-dəmir sulfidi çöküntülərinin öz-özünə
yanmasının qarşısını almaq üçün, qaz və kondensat boru
kəmərləri açılmazdan əvvəl, inert qazla doldurulmalıdır.
Aparatlar və boru kəmərləri baxış, təmizlənmə və ya tə’mir
üçün açılarkən onların divarlarının daxili səthləri yetərincə
isladılmalıdır.
3.11.23. Təmizlənmə zamanı çirk və pirofor çöküntüləri
tutumlardan, aparatlardan, çənlərdən çıxarılana qədər nəm
vəziyyətdə saxlanılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin