Азярбайъан республикасы


 Diferensial təzyiqin tənzimlənməsi ilə quyuların



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə84/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   80   81   82   83   84   85   86   87   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

3.10. Diferensial təzyiqin tənzimlənməsi ilə quyuların
qazılması
Ümumi tələblər
253


3.10.1. Diferensial təzyiqin tənzimlənməsi ilə «Quyu-lay»
sistemində quyuların qazılmasına, Azdövdağtexnəzarət
Komitəsi və FQDHH ilə razılaşdırılmaqla qazma müəssisəsinin
rəhbərliyi tərəfindən icazə verilir.
3.10.2. Qazma briqadası əleyhqazlarla, izoləedici nəfəs
aparatları ilə və daşınma qaz analizatorları ilə tə’min olun-
malıdır.
3.10.3. Buruqda hava nümunələrinin götürüldüyü yerlər
göstərilməklə, hava mühitinin nəzarəti jurnalı olmalıdır.
3.10.4. Ştuserlərin, separatorların və siyirtmələrin quraş-
dırıldığı yerlər xidmət və tə’mir üçün rahatlığı təmin etməli,
onlara keçidlər isə tutulmamalıdır (qalaqlanmamalıdır).
Avadanlıqların quraşdırılması və istismarı
3.10.5. Quyuağzı avadanlıq, plaşkalı və universal preven-
torlar daxil olan nümunəvi (bir tipli) sxem üzrə qurulmalıdır.
Quyuağzı yığım sxeminə tənzimləyici ştuserlər, separa-
torlar və fırlanan (dönən) preventor daxil olmalıdır.
3.10.6. Preventorların atqı xətlərindəki siyirtmələr məsa-
fədən idarə olunan olmalıdır.
3.10.7. Separatorlar

9

-un tələblərinə uyğun istismar
olunmalıdır.
3.10.8. Sərfölçənin göstəricilərinin düzgünlüyünün
yoxlanılması üçün buruqda ölçü tutumu olmalıdır.
3.10.9. Boru kəmərləri, separatorlardan qazın kənarlaşdı-
rılması üçün, məşəl qurğusu ilə təchiz olunmalıdır.
3.10.10. Tənzimlənən ştuserlər blokunun texnoloji boru
kəmərlərinin döngələri döymə künclüklərlə (kovanıy uqolğnik)
yerinə yetirilməlidir.
3.10.11. Tənzimlənən ştuserlər məsafədən idarə olunan
olmalıdır.
Texnoloji əməliyyatların aparılması
254


3.10.12. “Quyu-lay” sistemində diferensial təzyiqin
tənzimlənməsi ilə quyuların qazılması, müvafiq sıxlıqlı qazma
məhlulu tətbiq edilməklə yerinə yetirilməlidir.
3.10.13. Qazma prosesində diferensial təzyiq mümkün
qədər minimal olmalı və 3-3,5 MPa (30-35 kqq/sm
2
) çox olma-
malıdır.
Təzyiqlər “tarazlığı”nda və balanslaşdırılmış təzyiqdə qaz-
ma zamanı diferensial təzyiqlər "0”-a bərabər və ya hətta
mənfi qiymətli də ola bilərlər.
3.10.14. Diferensial təzyiqin tənzimlənməsi ilə quyuların
qazılmasında, qəbul tutumlarında qazma məhlulunun səviyyə-
sinə, sıxlığına və onun diferensial sərfinə daimi nəzarət
olmalıdır.
3.10.15. Keçirici boru altında kürəli kran, əks klapan və
ya ayırıcı klapan quraşdırılmalıdır.
3.10.16. Anomal yüksək təzyiqli zonalarda quyunun
qazılması prosesində mümkün dayanmaların davamiyyəti
minimuma çatdırılmalıdır.
3.10.17. Quyunun qazılmasında uzun müddətli
dayanmalar olduqda ştuserli manifold su ilə yuyulmalıdır.
3.10.18. Sirkulyasiya sistemində təzyiq qalxdıqda
ştuserlər qısa müddətə tam açılmalı və bundan sonra əvvəlki
rejimə qayıdılmalıdır.
3.10.19. Quyu ağzında və başqa mümkün olan yerlərdə
havada qazın miqdarı onun aşağı partlama qatılığı həddinin,
20%-dən artıq (və ya havada həcmi miqdarı 1% çox) olduqda
qazma işlərinin aparılması qadağandır.
3.10.20. Qazma məhlulunun tərkibində 20%-dən 60%-ə
qədər qaz olduqda, qazma işləri quyu ağzı kipləşdirilmiş halda,
lakin əks təzyiqsiz yerinə yetirilməlidir. Qazma məhlulunda
60%-dən artıq qaz olduqda isə sirkulyasiya quyu ağzında əks
təzyiqlə aparılmalıdır.
255



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin