Азярбайъан республикасы


 Qazneftsu təzahürlərinin və açıq fontanların



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə82/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   78   79   80   81   82   83   84   85   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

3.8. Qazneftsu təzahürlərinin və açıq fontanların 
qarşısının alınması
3.8.1. Qazneftsu təzahürü mümkün olan quyularda
işləmək üçün xüsusi hazırlıq keçmiş qazmaçılar və
mütəxəssislər buraxılır. Bu kadrların biliyinin yoxlanılması və
yenidən hazırlanması 3 ildə bir dəfədən az olmayaraq aparılır.
3.8.2. Mümkün flüid təzahürlü layı və ya bir neçə layı
açmazdan əvvəl qazneftsu təzahürlərinin qarşısının alınması
245


üzrə tədbirlər işlənməli, həyata keçirilməli və aşağıdakılar
görülməlidir:
- qazma briqadası üzvləri 

248

-ə əsasən qazneftsu təza-
hürlərinin ləğvi zamanı təcrübi tədbirlər üzrə təlimatlandırılma-
lıdırlar;
- qazma avadanlığının, TQA-nın, alət və tərtibatların və-
ziyyəti yoxlanılmalıdır;
- təlim həyəcanı. Növbəti təlim həyəcanlarının dövriliyi
(vaxtı) qazma müəssisəsi tərəfindən müəyyənləşdirilir;
- obyektin qazma məhlulunun operativ ağırlaşdırılmasına
və onun ehtiyatlarının hazırlanma və ya buruğa gətirilməklə
artırılmasına hazırlığının qiymətləndirilməsi.
3.8.3. Qazneftsu təzahürləri aşkar edildikdə qazma
növbəsi quyu ağzını və qazma boruları kanalını kipləşdirməli,
bu barədə qazma müəssisəsinin rəhbərliyinə məlumat verməli,
təzahürlərin ləğvi üzrə təlimata uyğun fəaliyyət göstərməlidir.
Qazma borularını kipləşdirməmişdən əvvəl, dayaq borusunda
(stoyakda) və boru arxası fəzada manometrin göstəriciləri
götürülməlidir.
3.8.4. Qazneftsu təzahürləri zamanı preventorları bağla-
dıqdan sonra quyu ətrafında, mümkün qrifon əmələ gəlməsinə
nəzarət təşkil olunmalıdır.
3.8.5. Qazma boruları kəmərinin qaldırılması zamanı qaz-
neftsu təzahürlərinin və quyu divarlarının uçulmasının qarşısını
almaq üçün quyuya qazma məhlulu əlavə edilməlidir.
Əlavəetmənin rejimi, quyu ağzında səviyyənin saxlanıl-
masını təmin etməlidir.
Quyuya əlavə edilən (doldurulan) qazma məhlulunun
xüsusiyyətləri quyuda olan məhluldan fərqlənməməlidir.
3.8.6. Qazma borularının endirilməsi vaxtı sıxışdırılıb
çıxarılan və onların qaldırılmasında əlavə edilən məhlulun
həcminə nəzarət olunmalıdır və endirilən və ya qaldırılan
qazma borularının metalının həcmi ilə müqayisə olunmalıdır.
246


Əlavə edilən qazma məhlulunun həcmi ilə qaldırılan
boruların metalının həcmi arasındakı fərq 0,5 m
3
-dən artıq
olduqda qaldırma prosesi dayandırılmalı və qazneftsu
təzahürlərində qazma növbəsinin təlimatla nəzərdə tutulmuş
tədbirləri həyata keçirilməlidir.
3.8.7. Yüksək təzyiqli anomal layları açmazdan əvvəl və
sonra, qaldırma-endirmə əməliyyatından, geofiziki tədqiqatlar-
dan, təmir işlərindən və boş dayanmalardan sonra quyunun
yuyulmasını bərpa etdikdə qazma məhlulunun sıxlığına,
özlülüyünə, qazlılığına nəzarət olunmasına qazma məhlulunun
dövranı (sirkulyasiyası) bərpa edildikdən sonra tezliklə
başlanılmalıdır.
3.8.8. Qazlı horizontları açdıqda və quyunun gələcək
dərinləşməsində (növbəti qoruyucu kəmər buraxılanadək)
qazma məhlulunun qazla doymasına nəzarət olunmalıdır.
Qazma məhlulunun dövranının (sirkulyasiyasının) bütün dövrü
(sikl) boyunca onun xüsusiyyətləri bərabərləşdirilməyincə,
qazma kəmərini qaldırmaq qadağandır.
3.8.9. Məhsuldar qazlı layı qazarkən mexaniki sürət o
həddə qədər məhdudlaşdırılmalıdır ki, qazma məhlulunun
deqazasiyası təmin olunmuş olsun.
3.8.10. Əgər qazma məhlulunda qazın həcmi miqdarı
5%-dən artıq olarsa məhlulun deqazasiyası
(qazsızlaşdırılması), məhlulun qazla doyması (layın işləməsi,
qazın qazılmış süxurlarla daxil olması, köpüklənmə və s.)
səbəblərinin aşkar edilməsi və aradan qaldırılması üçün
tədbirlər görülməlidir.
247


3.8.11. Qazneftsu təzahürlərində qazma məhlulunun
udulması baş verən quyuda qazma boruları kəmərinin qaldırıl-
masına, quyunu ağzına kimi doldurduqdan və qazma
kəmərinin qaldırılıb-endirilməsi üçün lazım olan vaxt ərzində
məhlulun daşması olmadıqda, başlamağa icazə verilir.
3.8.12. Qazma məhlulunun (suyun) hissə-hissə və ya
tam udulması ilə müşahidə olunan və flüid təzahürü mümkün
olan quyuların qazılması layihəsi sifarişçi ilə razılaşdırılmış
xüsusi plan üzrə aparılmalıdır.
3.8.13. “Vannalar” (neft, su, turşu) qoyularkən qazma
məhlulunun və vanna mayesinin sütununun yaratdığı
hidrostatik təzyiq lay təzyiqindən artıq olmalıdır. Hidrostatik
təzyiq lay təzyiqindən aşağı düşdükdə və ya onun aşağı
salınmasına ehtiyac duyulduqda, qazma kəmərinin dartılıb-
buraxılması üzrə işlər boruarxası fəza kipləşdirilməklə və
qazma borularına kürəli kran qoyulmaqla yerinə yetirilməlidir.
Bu zaman

248

-in tələblərinə uyğun təhlükəsizlik tədbirləri
yerinə yetirilməlidir.
3.8.14. Qazneftsu təzahürlərinin və açıq fontanların ləğvi
üçün lazım olan avadanlıq, xüsusi tərtibat, alətlər, materiallar,
FMV-lər qazma müəssisələrinin və ya ixtisaslaşmış təşkilatların
(xidmətlərin) qəza-ehtiyat anbarlarında həmişə tam hazır
vəziyyətdə olmalıdır.
3.8.15. Qazma məhlulunun daşması («sifon») və «por-
şenləşmə» hallarında qazma kəmərinin qaldırılması
qadağandır. Bu hallar əmələ gəldikdə qaldırma əməliyyatı
dayandırılmalı, quyu qazma boru kəməri qaldırılıb-endirilməklə
və fırladılmaqla yuyulmalıdır.
Qazma məhlulunun daşmasının («sifon»un) qarşısını al-
maq mümkün olmadıqda, qazma boru kəmərinin qaldırılması
elə sürətlə aparılmalıdır ki, bu zaman quyudan çıxan və
quyuya doldurulan məhlulların həcmləri bərabər olsun.
248


«Porşenləşmə»ni aradan qaldırmaq mümkün olmadıqda
(qazma kəmərinin aşağı hissəsində tıxacın olması və ya quyu
lüləsinin daralması) qaldırma əməliyyatını quyunu yumaqla,
boruları rotorla fırlatmaqla və boruları şurfdan qəbul
körpüsünə atmaqla aparmaq lazımdır.
3.8.16. Açıq fontanların ləğvi ilə bağlı işlər, FQDHH-nin
işçilərinin qüvvəsi ilə müvafiq qaydada yaradılmış qərargahın
(ştabın) işlədiyi xüsusi plan üzrə 

249

uyğun aparılmalıdır.
Qərargah işlənmiş tədbirlərin yerinə yetirilməsi üçün tam
məsuliyyət daşıyır.
3.8.17. Məhsuldar horizontu açmazdan əvvəl və açılmış
kəsilişdə neftqazlı çöküntülər, həmçinin digər yüksək təzyiqli
horizontlar olduqda obyektdə xəbərdaredici yazılar asılmalıdır:
«Diqqət! Məhsuldar lay açılıb!». «Quyunun doldurulmaması
fontana səbəb ola bilər!».

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin