Азярбайъан республикасы


Qazma kəmərinin quruluşu və istismarı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə79/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   75   76   77   78   79   80   81   82   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Qazma kəmərinin quruluşu və istismarı
3.5.76. Qazma kəmərinin möhkəmliyə hesablanması,
qazma üsulundan və quyu lüləsinin vəziyyətindən asılı olaraq
deformasiyanın bütün növlərinə qarşı

247

-in tələblərinə
müvafiq aparılır. Qazma kəmərinin möhkəmlik ehtiyatları ona
dartıcı ox boyu yük, burucu (fırladıcı) moment, habelə əyici
yük təsir etdikdə rotor qazması üçün 1,5-dən az olmamalı,
turbin qazması üçün isə 1,4-dən az olmamalıdır. Qazma
kəmərinin möhkəmlik ehtiyatı (axıcılığa qarşı), paz
tutucularından istifadə etdikdə və boruya xarici və daxili izafi
təzyiq təsir etdikdə – 1,15-dən az olmamalıdır.
3.5.77. Qazma borularına (komplektlərinə), aparıcı, AQB-
yə, keçid borucuqlara (perevodniki) və qazma kəmərinin da-
yaq-mərkəzləşdirici elementlərinə pasportlar qazma alətinin is-
tismarına qədər yazılır və onların bütün istismarı dövrü hesab-
dan silinənə qədər doldurulur.
3.5.78. Qazma və aparıcı borulara protektorların qoyul-
ması layihə ilə müəyyən edilir.
3.5.79. Qazma, aparıcı, AQB-nin, keçid borucuqların və
qazma kəmərinin aşağı hissəsinin elementlərinin qıfıl yiv
birləşmələrinin bağlanması istehsalçı-zavodlar tərəfindən
tövsiyə olunan moment göstəricilərinə görə aparılır.
3.5.80. Qazma idarələrinin xidmət etdiyi hər bir region
(sahə) üçün quyuda qəza işlərində qazma borularını “sol”
istiqamətdə açmaq məqsədi ilə xüsusi vasitələr olmalıdır.
235


Qəza və mürəkkəbləşmələrin qarşısının alınması və
ləğvi
3.5.81. Qazma müəssisələri layihə təşkilatları ilə birgə
qəza və mürəkkəbləşmələrin qarşısının alınmasına və ləğv
edilməsinə dair tədbirlər işləməlidirlər.
3.5.82. Təmir-izolyasiya işləri aparıldıqda qaz və neftin
təzyiqi ilə layların mümkün yarılması (axın yaratdıqdan sonra)
və həmçinin məhsuldar olmayan keçirici layların intervalında
qoruyucu kəmərlərin perforasiyası qadağandır.
3.5.83. Axıcılığa meylli süxurlar açılmış quyularda uzun
müddətli fasilələr və ya boş dayanmalar zamanı qazma aləti
qoruyucu kəmərin dabanına (başmağına) qədər qaldırılmalıdır;
vaxtaşırı olaraq qazma aləti qaldırılıb-endirilməlidir (şabloni-
rovka), lazım gəldikdə açıq quyu lüləsi quyu dibinə qədər
işlənməlidir. Işlənmənin vaxtaşırlığı qazma müəssisəsinin
texnoloji xidməti tərəfindən müəyyənləşdirilir.
3.5.84. Tutulmuş qazma alətinin, qoruyucu kəmərlərin
azad olunması üçün partlayıcı materialların (detonator
şnurları, torpedalar və s.) istifadə olunması ilə aparılan qəza
işləri, qazma təşkilatı və bu işlərin aparılması üçün lisenziyası
(hüququ) olan təşkilat tərəfindən

19

-a uyğun olaraq birgə
işlənmiş və təsdiq olunmuş xüsusi layihə (plan) üzrə
aparılmalıdır.
3.5.85. Qazma müəssisələri layihə təşkilatları ilə birgə
qəza və mürəkkəbləşmələrin profilaktikasına və ləğvinə dair
tədbirlər hazırlamalıdır.
3.5.86. Qeyri-standart qəza alətini quyuya buraxmazdan
əvvəl, lazımi ölçüləri göstərilməklə quruluşun uyğun eskizi
hazırlanmalıdır.
236


3.5.87. Pilləli sementləmədə qıfılların (muftaların) daxili
hissəsini, qoruyucu kəmərlərdə calaq (birləşmə) quruluşlarını
və sement stəkanlarını qazmaq üçün AQB-lər qazma kəməri
quruluşundan (komponovkasından) çıxarılmalı və yanları bərk
çıxıntılarsız və yana kəsmə qabiliyyəti olmayan baltadan və ya
yastıdaban, yanları armatursuz frezerdən istifadə edilməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin