dudlaşmalı və 5000 ton/sutkadan (neft üzrə) artıq
olmamalıdır.
3.6.5. Müxtəlif xarakterli işlərin (qazma, mənimsəmə, is-
tismar, neft-qazçıxarma avadanlığının quraşdırılması və s.)
eyni vaxtda aparılmasında sənaye təhlükəsizliyini tə’min
etmək məqsədi ilə yer təkinin istifadəçisi və ya onun
səlahiyyətli nümayəndəsi küt quyular meydançasında
işlərin
təhlükəsiz aparılmasının təşkili üzrə sənədləri müvafiq
qaydada işləyir və təsdiq edir. Bu tədbirlər istehsalat
prosesinin bütün iştirakçıları üçün mütləqdir.
3.6.6. Yer təkinin istifadəçisi (sifarişçi) tərəfindən küt qu-
yular meydançasına müvafiq
qaydada cavabdeh iş rəhbəri
tə’yin edilir (lazımi səlahiyyətlər verilməklə).
3.6.7. Küt quyular meydançasında işlərin təhlükəsiz
aparılmasının təşkili qaydası aşağıdakıları nəzərdə tutmalıdır:
- işlərin və əməliyyatların ardıcıllığını, eyni vaxtda aparıl-
dıqda onların başlaması qaydasını;
- işin gedişi və keyfiyyətinə, onların təhlükəsiz aparılması
səviyyəsinə operativ nəzarət sistemini;
- təşkilatların öz aralarında və küt quyular
meydançasında cavabdeh iş rəhbəri ilə qarşılıqlı
hərəkət
etmək qayda və şərtlərini.
3.6.8. Nəqliyyatın, xüsusi texnikanın qəza vəziyyəti
yarandıqda (qazneftsu təzahürü, açıq fontanlar və s.)
adamların küt quyular meydançasından təxliyə qaydası
qəzaların ləğv olunması planında nəzərə alınmalıdır.
3.6.9. Vışka-bucurqad blokunu yeni nöqtəyə (pozisiyaya)
çəkdikdə, həmçinin vışkaları sınaqdan keçirdikdə
və quyuda
mürəkkəb qəza işləri apardıqda qonşu obyektlərdə bütün işlər
dayandırılmalıdır. Adamlar təhlükəli zonadan (vışkanın hün-
dürlüyü üstəgəl 10 metr məsafəyə) uzaqlaşdırılmalıdırlar
(bilavasitə işin görülməsi ilə məşğul olan işçilərdən başqa).
238
3.6.10. Küt quyular meydançasında təhlükəli işlərin gö-
rülməsi bu Qaydaların tələblərinə müvafiq olaraq, küt quyular
meydançasında işə cavabdeh rəhbər tərəfindən verilən
tapşırıq-buraxılışa əsasən aparılmalıdır.
3.6.11. Qazmadan çıxmış (qurtarmış) quyuların
mənimsənilməsi bu Qaydaların tələbləri və
Azdövdağtexnəzarət Komitəsinin
əlavə tələbləri nəzərə
alınmaqla aparılmalıdır.
3.6.12. Küt quyular meydançasında növbəti quyunun qazıl-
ması ilə eyni vaxtda əvvəl qazılmış quyularda əlavə məhsuldar
qatların açılması ilə bağlı işlərin (o cümlədən əsas quyu lüləsin-
dən üfqi ayrılmaların qazılması yolu ilə) görülməsinə icazə verilir.
3.6.13. Qazma qurğusunun sökülməsi və ya vışka-bucur-
qad və digər blokların küt quyular meydançasındakı axırıncı
qazılmış quyudan çıxarılması, onların küt quyular
meydançasında nəqli təhlükəli zonada yerləşən bütün istismar
quyuları dayandırıldıqdan sonra aparılmalıdır.
3.6.14. Qazma icraçısı tərəfindən növbəti quyunun
təhvili və sifarişçi tərəfindən
onun qəbulu görülən işlərin
keyfiyyətinin tədqiqindən sonra aparılır və hər iki tərəfin
imzası ilə aktla təsdiqlənir. Təhvil verilən quyunun vəziyyəti
(istismar kəməri kipliyə sınaqdan keçirilib;
istismar kəməri
perforasiya olunub və quyu daxili avadanlıq endirilib; quyunun
tikintisi tam başa çatdırılıb və s.) podrat (icra) işinin yerinə
yetirilməsinə dair müqavilə ilə tə’yin olunur.
Quyunun istismara verilməsi sifarişçi tərəfindən
qoyulmuş qaydada aparılır.
239