3.11.26. Qazma vışkasının özülü elə qurulmalıdır ki, onun
altında tullanışa qarşı avadanlıq sərbəst yerləşsin və ona iki
tərəfdən yol olsun və vışkaaltı fəzanın təbii ventilyasiyası
təmin olunmuş olsun.
3.11.27. Buruğun mədəni butkası
küləyin orta illik
istiqaməti nəzərə alınmaqla quyunun küləkdöyən tərəfində
yerləşdirilməlidir və onun girişi
küləyin istiqamətinə əks
tərəfdən olmalıdır.
3.11.28. Tərkibində hidrogen-sulfid olan layı açmağa
100m qalmış və ya bir sutka əvvəl aşağıdakılar
yerinə
yetirilməlidir:
- buruğun ətrafına təhlükəsizlik işarələri qoyulmalı.
Qaranlıq vaxtı onlar işıqlandırılmalıdır;
- hidrogen-sulfidin qatılığına nəzarət edən cihazların
sazlığını, FMV-in olmasını və hazırlığını, qazı sovurma və
kənarlaşdırma sistemlərini yoxlamalı;
- qazma məhluluna hidrogen-sulfidin neytrallaşdırılması
üçün reagentin lazımi miqdarda qatılması;
- quyunun qazılmasında iştirak edən bütün işçilər (MTI-
lər də daxil olmaqla) əlavə olaraq təlimatlandırılmalı və
mümkün olan qəzaların ləğv edilməsi planına
uyğun məşq
keçməlidirlər.
3.11.29. Hidrogen-sulfidli laylar açılmış halda olanda
qoruyucu kəmərlər quyuya buraxılmazdan, sement körpüsü və
“vanna” qoyulmazdan əvvəl qazma məhluluna neytralizator
vurulmalıdır.
3.11.30. Hidrogen-sulfidlə
təmasda olmuş qazma
boruları, avadanlıq, boru kəmərləri başqa quyuda istifadə
olunmazdan əvvəl təzyiqlə kipliyə yoxlanmalıdır.
3.11.31. Işlənmış qazma məhlulu və lay suları, şlam
ambarına ötürülməzdən əvvəl neytrallaşdırılmalıdır.
3.11.32. Qazma boruları quyudan çıxarılarkən buruq
məhlulundan təmizlənməlidir.
260