2.10.3. Dəniz şəraitində elektrik xətlərinin çəkilməsi
(quraşdırılması) [294] tələblərinə uyğun aparılmalıdır.
Dənizdə hava EVX
2.10.4.
Işlərə rəhbərlik edən şəxs, dirək və dayaqları
quraşdırmazdan əvvəl işçiləri təlimatlandırmalı, onları
yerləşdirməli, qaldırıcı vasitələri işlək vəziyyətdə yoxlamalı,
mexanizm və ilməklərin (strop) yükgötürmə qabiliyyətinin
qaldırılan yükün çəkisinə uyğun gəlməsini yoxlamalıdıır.
2.10.5. Dayaq və dirəklər üzən vasitələrlə daşınarkən
əvvəlcədən etibarlı bərkidilməlidir (o
cümlədən xüsusi
təsbitləyici dayaqlar qoyulmalıdır).
2.10.6. Üzən vasitənin göyərtəsində yükləri bərkitmək
üçün quruluşlar (vasitələr) olmadıqda
yüklərin göyərtəyə
yığılması qadağandır.
2.10.7. Dayaq və dirəklər qaldırılaraq quraşdırılacağı
yerə daşınarkən, onların aşağı ucu ilməklənməlidir.
2.10.8. Üzən vasitələrin sökülən (çıxarılan) çəpərləri
dirəyin şurfa endirildiyi (quraşdırıldığı)
yerdə dirəyin
istiqamətləndirildiyi (yerinin dəyişdirildiyi) müddətə
götürülməlidir.
2.10.9. Yükqaldırıcı vasitələrlə dayaqlar və dirəklər qaldı-
rılıb – endirilərkən, quraşdırılarkən və ya sökülərkən onların
üstündə adamların olması qadağandır.
2.10.10. Estakadada hava xətti dayaqları quraşdırılarkən
və ya sökülərkən piyadaların və nəqliyyatın hərəkəti dayan-
dırılmalı, iş yeri çəpərlənməlidir.
194
2.10.11. Naqilləri dayaqlara bərkidilməmiş (tarım çəkilməmiş)
vəziyyətdə gecəyə saxlamaq qadağandır. Tarım çəkilməmiş naqil-
ləri gecəyə saxlamaq lazım gələrsə,
bu haqda
«Xəzərdənizneftdonanma» idarəsinin dispetçer xidməti xəbərdar
olunmalıdır.
2.10.12. Naqillərin dartılması (tarıma çəkilməsi) lövbərdə
dayanmış üzən vasitələrdən bucurqad vasitəsilə aparılmalıdır və
bu zaman bucurqada düşən dartı qüvvəsi naqilin möhkəmliyin-
dən çox olmamalıdır. Naqillərin dartılması (tarıma çəkilməsi) za-
manı bucurqadın arxa tərəfində adamların olması qadağandır.
2.10.13. Hava EVX-nin quraşdırılması (montajı) zamanı
aşağıdakılara əməl olunmalıdır:
a) EVX-in montaj olunmuş hissələri (sahələri) dayaq və
dirəklərin metal konstruksiyalarına etibarlı birləşdirilməklə yer-
ləbirləşdirilməlidir və bu halda birləşmələr arasındakı məsafə
3000m-dən çox olmamalıdır;
b) naqillər və ya qaldırıcı burazlar (troslar) 4,5m hündür-
lükdə, nəqliyyat keçən yerlərdə isə – 6 m hündürlükdə yerləş-
dirilməlidir;
c) dayaqlarda və ya dənizdə olan naqillərin və ya buraz-
ların (troslar) yaratdığı daxili bucaq tərəfdə işçilərin olması
qadağandır.
2.10.14. Şurfların qazılmasına, dirək və dayqların quraş-
dırılmasına, naqil dolaqlarının açılmasına, xətti armaturların,
naqillərin və asma izolyatorların montajına sutkanın işıqlı vax-
tında (görünmə yaxşı olduqda) küləyin sürəti 10m/san-dən və
dənizdə dalğalanma 3 baldan çox olmadıqda icazə verilir.
Dostları ilə paylaş: