Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə61/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. Trasın hazırlanması
2.9.13. DDÖ ilə boru kəmərinin trası arasında məsafə
100m-dən az olmamalıdır.
185


2.9.14. Boru kəməri əvvəlcədən çəkilmiş boru kəmərinə
paralel çəkilərsə onlar arasındakı məsafə 15m-dən az
olmamalıdır.
2.9.15. Eyni vaxtda iki və daha artıq boru kəməri
çəkilərsə, onlar arasındakı məsafə, çəkilmə və təmir işinin
təhlükəsizliyini nəzərə almaqla təyin edilməlidir.
2.9.16. Boru kəmərinin trası, hava EVX rayonundan
keçərsə, tras, EVX-nin dirəyinin hündürlüyü üstəgəl 10m
məsafəyə uzaqlaşdırılmalıdır.
2.9.17. Tikintisi və istismarı zamanı boru kəmərinin
qorunmasını təmin edən tədbirlər görülübsə, boru kəmərinin
trasının digər sualtı kommunikasiyalar və boru kəmərləri
trasları ilə kəsişməsinə yol verilir.
D. Qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət
2.9.18. Qaz-neft kəmərlərinin və qaynaq edilmiş
armaturların qaynaq tikişləri tam şəkildə dağıdıcı olmayan
fiziki metodlarla yoxlanılmalıdır.
2.9.19. Boru kəmərlərinin qaynaq birləşmələrinin key-
fiyyətinə nəzarətin nəticələri xüsusi jurnalda qeyd olunmalı və
defektoskopçuda saxlanılmalıdır.
D. Boru kəmərlərinin sınağı
2.9.20. Boru kəmərləri istismara verilənə qədər onlara
baxış keçirilməli, möhkəmliyə və kipliyə sınanmalıdır. Sualtı
boru kəmərlərinə xarici baxış, onlar suya buraxılan zaman
keçirilməlidir. Hər bir boru kəmərinin sınaq növü və sınaq
təzyiqinin həddi iş layihəsində göstərilməlidir.
186


2.9.21. Boru kəmərini sınaqdan keçirmək üçün bu işlərin
aparılması ardıcıllığını və təhlükəsizlik tədbirlərini nəzərə alan
təlimat olmalıdır. Təlimatı sifarişçi ilə birgə tikinti təşkilatı
tərtib etməlidir. Boru kəmərinin təzyiq altında yoxlanılması
üçün lazım olan avadanlığın vaxtında verilməsi və ondan
düzgün istifadəsi üçün sifarişçi məsuliyyət daşıyır.
2.9.22. Boru kəməri, tikinti idarəsi tərəfindən təyin
edilmiş cavabdeh şəxsin rəhbərliyi altında və sifarişçinin
iştirakı ilə sınaqdan çıxarılmalıdır.
2.9.23. Estakadada dayaqlar üzərinə layihəyə uyğun
qoyulmamış qaz kəmərlərinin sınağı qadağandır.
2.9.24. Sualtı qaz-neft kəmərlərinin sınağının keçirilmə
rayonu və vaxtı, Istehsalat Birliyinin (yuxarı təşkilatın)
dispetçer xidmətinə və gəmilərə xəbərdarlıq edilməsi üçün
Xəzər Dövlət Gəmiçilik və Xəzərdənizneftdonanma Idarələrinin
hidroqrafik xidmətlərinə əvvəlcədən çatdırılmalıdır.
2.9.25. Layihədə nəzərdə tutulmuş işlər, o cümlədən
elektrokimyəvi mühafizə, texnoloji əlaqələr, avtomatika və
telemexanika nəzarət qurğuları qurulduqdan sonra boru
kəməri istismara qəbul edilməlidir.
2.9.26. Sualtı neft kəməri çəkildikdən və sınaqdan çıxa-
rıldıqdan sonra, kəmərə bütün tras boyu baxış keçirilməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin