2.4. Boru kəmərlərinin çəkilməsi
Izolyasiya işləri
2.4.1. Boru kəmərlərinin torpaq və atmosfer korroziya-
sından mühafizəsi layihənin, işin icra və qəbul qaydalarının
tələblərinə uyğun olaraq
54
-ə əsasən yerinə yetirilməlidir.
2.4.2. Boru kəmərlərinin təmizlənməsi, izolyasiyası və
düzülməsi, bir qayda olaraq işin icra layihəsinə müvafiq mexa-
nikləşdirilmiş konveyer üsulu ilə yerinə yetirilməlidir.
2.4.3. Boru kəmərlərinin korroziyadan mühafizə edilmə
işləri müəssisə üzrə əmrlə təyin edilmiş və bu işlərin təhlükəsiz
yerinə yetirilməsi qaydalarını bilən mühəndis-texniki işçinin
rəhbərliyi altında aparılmalıdır.
2.4.4. Iş icraçısı işə başlamazdan əvvəl, boru
kəmərlərinin təmizlənməsi, izolyasiyası və endirilməsi ilə
məşğul olan fəhlələri bu işlərin təhlükəsiz aparılması üzrə
istehsalat təlimatı ilə tanış etməlidir.
2.4.5. Izolyasiya-düzmə kolonunun (dəstəsinin) iş
yerindən boru kəmərinin qaynaq edilməsi üzrə irəlidə işləyən
quraşdırıcılar briqadasına qədər olan məsafə 1000m-dən az
olmamalıdır.
2.4.6. Bütün izolyasiya materialları onların xarab
olmasını, nəmlənməsini və çirklənməsini istisna edən şəraitdə
saxlanılmalı və daşınmalıdır.
2.4.7. Boru kəmərlərini korroziyadan mühafizə etmək
üçün istifadə edilən bütün materialların sertifikatı (onların
keyfiyyətini təsdiq edən) və ya digər sənədləri olmalıdır.
Belə sənədlər olmadıqda, laboratoriya sınaqlarının keçiril-
məsi zəruridir.
2.4.8. Izolyasiya edilən boru kəmərləri, astarlama qatı
çəkilməzdən əvvəl pasdan, torpaqdan, tozdan, nəmdən
132
(şehdən), hisdən və qaya parçalarından mexanikləşdirilmiş
üsulla təmizlənməlidir.
Astarlama və izolyasiya işlərinin yağışda, qarda,
dumanda, toz qasırğasında, güclü küləkdə aparılması
qadağandır.
2.4.9. Tətbiq edilən izolyasiya materiallarından asılı
olaraq bitumlu və ya yapışqanlı astarlardan istifadə edilə bilər.
Yapışan lentdən olan örtüklər üçün yapışqanlı və ya bitumlu-
yapışqanlı astarlardan istifadə edilməlidir.
Astar quru səthə hamar (düz) qatla, (buraxılmış boş yer
olmadan,laxtasız, yığıntısız və qovuqsuz) çəkilməlidir.
2.4.10. Bitumlu astar susuzlaşdırılmış 1V markalı bitum
və aviasiya benzinindən 1:2 nisbəti ilə hazırlanır. Yay vaxtı
avtomobil benzinindən istifadə edilməsinə icazə verilir.
Etilləşdirilmiş benzindən istifadə edilməsi qadağandır.
2.4.11. Bitum-rezinli mastikanın yolda bituməridən qur-
ğularda və ya səyyar qazanlarda hazırlanması lazım olan halda
mexaniki qarışdırılma tətbiq edilməlidir.
2.4.12. Bitumlu mastikanın texniki şərtlərə və ya bu
məqsəd üçün ayrılmış meydançada işin aparılması təlimatına
uyğun hazırlanmasına icazə verilir.
Meydança hamar (düz) yerdə seçilməli, rahat girişi və
yaşayış sahələrindən 200m-dən, taxtadan olan tikili və
anbarlardan 50m-dən, elektrik ötürücü xətlərindən 30m-dən
az olmayan məsafədə yerləşdirilməlidir.
Bu meydançada 2 və daha çox qazanlar yerləşdirilərsə,
onların aralarındakı məsafə 5m-dən az olmamalıdır.
2.4.13. Bituməridən qurğuya gedən elektrik kabeli
müvafiq qaydalara uyğun çəkilməlidir.
Bitum əridən qazandan 5m radiusda quru otlar
təmizlənməlidir. Meydança müntəzəm olaraq zibildən, kağız-
lardan və digər tullantılardan təmizlənməlidir.
133
2.4.14. Astar bitum qızdırılan yerdən 50m-dən az
olmayan məsafədə hazırlanmalıdır. Bitum 70
0
C-dək
qızdırılmalıdır. Bitum benzinə tökülməlidir, əksinə yox.
2.4.15. Izolyasiya işləri aparılan yerə bitum mastikası xü-
susi bitumdaşıyanlarla və ya qızdırıcı qurğusu olan səyyar
qazanlarla daşınmalıdır.
2.4.16. Bitum mastikası bituməridən qurğudan boşaldıl-
mazdan əvvəl şlanqın və bitum borusunun etibarlı
bərkidilməsi yoxlanılmalıdır.
Mastikanı bituməridən qurğudan bitumdaşıyana boşaldan
zaman yanıqalmanın qarşısını alan tədbirlərə əməl olunmalıdır.
Şlanqın borucuğa birləşən yerinin yaxınlığında
dayanmaq, şlanqın ucunu əllə tutmaq və doldurma səviyyəsini
sisternin açıq lyukundan müşahidə etmək qadağandır.
Tullanışın baş verməməsi üçün şlanqın ucu sisternin lyu-
kunun yaxınlığında bərkidilməlidir.
2.4.17. Bitumun benzinlə qarışdırıldığı yerdən 50m-dən
az olmayan radiusda açıq oddan istifadə etmək qadağandır.
2.4.18. Bitum mastikasının hazırlandığı, təmizləndiyi,
izolyasiya edildiyi və boru kəmərinin buraxıldığı iş yerinin işıq-
landırılması [211]-ə uyğun olmalıdır.
2.4.19. Astarların və benzinin, habelə onların qablarının
yanğından təhlükəsiz və ventilyasiyası olan otaqlarda saxlanıl-
masına yol verilir.
2.9.20. Izolyasiya materialları mastika hazırlanan yerdən
25m-dən yaxın olmayan məsafədə çardaq (talvar) altında
yığılmalı, bu materialların və yanacağın ehtiyatları isə növbəti
yükləməyə qədər qazandan 5m-dən yaxın olmayan məsafədə
yerləşdirilməlidir.
2.4.21. Qaynar bitum mastikasından yanıq almadan işlə-
mək üçün izolyasiyaçı xüsusi geyimdə (havadan asılı
olmayaraq) işləməlidir (brezent gödəkçə və şalvarda, dəridən
çəkmədə, boğazlı brezent əlcəklərdə).
134
2.4.22. Benzin, astarlama və ya qaynar bitum tökülmüş
yerlər dərhal torpaqla örtülməlidir.
2.4.23. Polimer plyonkadan (nazik təbəqə) istifadə
edilən zaman plyonka və astarlama saxlanılan yerlərdə,
habelə izolyasiya maşınının yaxınlığında açıq oddan istifadə
etmək və siqaret çəkmək qadağandır.
2.4.24. Polimer lentlər qızdırılan bağlı otaqlarda 30
0
C-dən
artıq olmayan temperaturda və qızdırıcı cihazlardan 1m-dən
az olmayan məsafədə saxlanılmalıdır.
2.4.25. Boru kəmərlərinin şüşəgişlə (stekloruberoid) izol-
yasiya işləri üçün yerli şəraitə uyğun olaraq təhlükəsizlik
texnikası təlimatı tərtib edilməlidir.
2.4.26.
99
-a əsasən şüşə lifinin tozunun işçi zonanın
havasındakı qatılığı 4mq/m
3
-dən artıq olmamalıdır.
2.4.27. Şüşəgişlə işləyən zaman işçilər müvafiq xüsusi
geyim və digər mühafizə vasitələri tətbiq etməklə
işləməlidirlər.
2.4.28. Şüşəgiş rulonu bilavasitə izolyasiya maşınının
makarasına keçirilməzdən əvvəl açılmalıdır. Şüşəgişin əllə
sarınması qadağandır.
2.4.29. Şüşəgiş rulonunun daşınması və düzülməsi (yığıl-
ması) zamanı qablaşdırma kağızı zədəli olmamalıdır. Rulonu
nəqliyyat vasitələrindən tullamaq (atmaq) qadağandır.
2.4.30. Şüşəgişlə işləyən zaman mühafizə olunmamış
əllərlə ona toxunmaq, onun üstündə oturmaq və ya
uzanmaq,habelə bilavasitə iş yerində qida və içməli su qəbul
etmək qadağandır. Qida məhsulları və içməli su izolyasiya
maşınından və şüşəgiş rulonundan 50m-dən az olmayan
məsafədə saxlanılmalıdır.
2.4.31. Boru kəmərlərinin izolyasiya örtüyünü mexaniki
zədələnmələrdən qorumaq üçün, həmçinin «qaynar»
sahələrdə möhkəm çürüməyən rulon şəklində olan
materialdan
(PDB-polimeriodeqtebitum,
PRDB-
135
polimerrezindeqtebitum, brizol, şüşə-ruberoid, hidroizol və
izol) xarici sarğı kimi istifadə edilməlidir.
Qayalı, daşlı və çınqıllı, həmçinin quru nahamar torpaq-
larda izolyasiya edilmiş, sarğılı boru kəmərləri xəndəyin
dibindəki nahamar çıxıntıların üzərinə 10sm-dən az olmayan
qalınlıqda yumşaq torpaq tökməklə yerləşdirilməli (düzülməli)
və boru kəmərinin yuxarı hissəsinin üzərinə 20 sm həmin
torpaqdan tökülməlidir.
Mühafizə sarğısı örtüyə kip (boşluqsuz, qırışsız və bükük-
süz) yapışmalıdır. Sarğının qurtaracağı növbəti lentin
başlanğıcı ilə 10 sm-dən az olmayaraq örtülməli və yapışdırıcı
ilə yapışdırılmalı və ya bandaj ilə (qurşaq) bərkidilməlidir.
2.4.32. Su maneələri, dəmir yolu və avtomobil yolları ilə
kəsişən keçidlərdə izolyasiya örtüyünü mexaniki
zədələnmədən mühafizə etmək üçün ikiqat çəkilmiş rulon
materialdan olan sarğıdan və futerləmədən (taxta reykalar və
b.) istifadə edilməlidir.
2.4.33. Izolyasiya işlərinin keyfiyyətinə nəzarət
54
-ə
uyğun aparılmalıdır.
2.4.34. Astarlamanın çəkilməsinin keyfiyyəti xarici
baxışla boşluqların, yığılmaların və qovuqların olmamasını
yoxlamaqla aparılır.
2.4.35. Yapışqan polimer lentdən olan izolyasiya örtüyü-
nün eni və həmçinin sarğısı kipliyə (germetikliyə) və bütünlüyə
yoxlanılmalıdır. Əgər sarğı tamamilə yapışmış olarsa, kiplik
(germetiklik) kafi hesab edilir. Örtüyün bütünlüyü (tamlığı)
defektoskopla yoxlanılmalıdır.
2.4.36. Defektoskop işə salınmazdan əvvəl yerləbirləşdiril-
məli və iş vaxtı yerləbirləşdirmənin vəziyyətinə diqqət yetirilmə-
lidir.
2.4.37. Defektoskopun gövdəsində gərginliyin olması
aşkar edilərsə, o dərhal işdən çıxarılmalı və təmirə verilməlidir.
136
|