Азярбайъан республикасы


D. 1.26.2. Kollektiv xilasetmə vasitələri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə39/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 1.26.2. Kollektiv xilasetmə vasitələri
1.26.2.1. Kollektiv xilasetmə vasitələri yalnız birbaşa təyi-
natları üzrə istifadə edilməlidir. Onlardan digər məqsədlər
üçün istifadə etmək qadağandır.
DDÖ-də (ÜQQ) kollektiv xilasetmə vasitələrinin illik təkrar
müayinəsi müəssisənin rəhbərliyi tərəfindən təyin edilmiş ko-
missiya tərəfindən və «Dəniz gəmilərinin konvension təchizatı
üzrə Qaydalar»ın tələblərinə əsasən aparılır.
1.26.2.2. DDÖ (ÜQQ) layihələndirilərkən kollektiv xilaset-
mə vasitələrinin yaşayış bloku ərazisində quraşdırılması
nəzərdə tutulmalıdır. 
DDÖ-dəki (ÜQQ) xilasetmə qayıqları onlar üçün nəzərdə
tutulmuş yerlərə etibarlı bərkidilməlidir. Bərkidilmə əl ilə rahat
və tez açılmanı təmin etməlidir.
1.26.2.3. Gəmilərdə, DDÖ və ÜQQ-da yerləşdirilmiş xilas-
etmə qayıqlarının və sallarının (plot) təchiz olunması [262] II
hissəsinin və üzən qazma qurğularının konvension təchizatı
üzrə Qaydaların tələblərinə uyğun həyata keçirilməlidir.
1.26.2.4. Gəmidə, DDÖ-də (ÜQQ) xilasetmə qayıqlarının
təchiz olunması hər vaxta dəyişərkən məsul şəxs tərəfindən
yoxlanılmalıdır.
114


Yoxlamanın nəticələri xüsusi jurnalda qeyd olunmalıdır.
D. 1.26.3. Fərdi xilasetmə vasitələri
1.26.3.1. DDÖ-də özülün (platformanın) yaşayış otaqla-
rındakı yataq yerlərinin sayına bərabər və üstəlik bir vaxta
üçün də əlavə olaraq (miqdarda) hesablanmış xilasetmə
jiletləri nəzərdə tutulmalıdır.
1.26.3.2. DDÖ iplə bağlanmış xilasetmə dairəsi ilə təchiz
olunmalıdır. Ipin uzunluğu dairənin dəniz səviyyəsindən hün-
dürlüyünün 2 mislindən az olmamalıdır. Dairələrin ümumi sayı
DDÖ-nün ölçülərinə görə müəyyən edilir. DDÖ-də xilasetmə
dairələri minmə-yanalma meydançasının, piyada körpüsünün
(əgər mövcuddursa) hər iki tərəfinə bərabər sayda
paylanmaqla, həmçinin DDÖ-nün hər yarusunun perimetri
boyu hər 20 m-dən bir yerləşdirilməlidir.
Xilasetmə dairələrinin ümumi sayının 50%-dən çoxu öz-
özünə alışan alovlu siqnal üzgəcli (buyki) və 25%-dən çoxu
avtomatik hərəkət edən tüstü buraxan şaşkalı olmalıdır.
1.26.3.3. Gəmilərdə, DNQT-də quraşdırılan fərdi
xilasetmə vasitələri [194, 195] tələblərinə uyğun olmalıdır.
1.26.3.4. Fərdi xilasetmə vasitələrinin vəziyyəti müəyyən
olunmuş müddət başa çatdıqda məsul şəxs tərəfindən,
xilasetmə jiletləri isə mənsub olduqları şəxs tərəfindən hər
vaxta başlamazdan əvvəl yoxlanılmalıdır.
1.26.3.5. Registr nəzarətində olan gəmilərdə və ÜQQ-da
xilasetmə jiletləri və dairələri hər il müəyyən olunmuş vaxtda
(faktlar barədə sertifikatlarda qeydlər aparmaqla) təkrar müa-
yinədən keçməlidir, DNQT-də isə müayinə-müəssisə
rəhbərliyinin təyin etdiyi komissiya tərəfindən [262]-in
tələblərinə uyğun aparılmalıdır.
1.26.3.6. Fərdi xilasetmə vasitələrindən təlimatlara
uyğun olaraq istifadə edilməlidir. «Həyəcan» siqnalı üzrə
115


məşqlər zamanı, təlim keçən rəhbər, heyətin fərdi xilasetmə
vasitələrindən istifadə etmə bacarığını yoxlamalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin