Азярбайжан республикасы дахили ишляр назирлийи


partizan müharibəsi aparmaq kimi avantürist çağırışları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə140/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   136   137   138   139   140   141   142   143   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi


partizan müharibəsi aparmaq kimi avantürist çağırışları 
rədd etdi, qarşıya mövcud reallıqlar daxilində həll 
edilməsi mümkün olan məsələlər qoymağa, mübarizəni 
dinc siyasi vasitələrlə davam etdirməyə başladı. 
Azərbaycanda yüksək vəzifə sahibi olanlar xalqa kömək 
etmək, ona arxa durmaq əvəzinə kürsülərini qorumaq 
naminə qaçıb gizləndilər. Bir sıra qabaqcıl ziyalı yanvarın 
20-
də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. 
Ziyalıların səsini boğmaq, onları qorxutmaq üçün bu 
mitinqin iştirakçısı olan üç görkəmli alim, professor 
Sumqayıta, mitinqə gedərkən yolda tankın altına salınıb 
məhv edildi.
Gərginliyi bir qədər yatırmaq üçün hərbi hökumət 
həmin gün radio ilə Azərbaycan SSR Ali Soveti sədrinin 
Bakıda fövqəladə vəziyyət elan olunmasına və şəhərə 
qoşun yeridilməsinə qarşı etiraz bəyanatının yayılmasına 
icazə verdi.


383 
Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın 
Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil 
olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı 
yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən 
kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. 
O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar 
faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını 
hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və 
respublika rəhbərlərinin günahı üzündən yol verilmiş 
kobud siyasi səhv kimi ifşa etdi. H.Əliyev çıxışında qeyd 
etdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində 
ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında 
zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, 
tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il 
yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə 
nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". 
Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona 
yarınan respublika başçılarının da yarıtmaz fəaliyyətini 
ifşa etdi və göstərdi ki, Vəzirov "bu yüksək vəzifədə 
olduğu 
müddətdə... 
Azərbaycanda 
vəziyyəti 
sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv 
addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə 
xalqla öz arasında uçurum yaratmışdır". Heydər Əliyev 
qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı.
Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına 
baxmayaraq, yanvarın 22-də şəhidlər ilə vidalaşdı. 
Paytaxt matəm libası geyinmişdi. Respublikada üç gün 
matəm elan olunmuşdu. Azadlıq meydanında izdihamlı 
matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində 
milyona qədər insan iştirak edirdi. Bu, azadlıq, haqq, 
ədalət, demokratiya yolunda müqəddəs şəhidlərə 
ehtiramın, habelə Moskvanın qanlı əməllərinə qarşı 
etirazın ifadəsi idi. Küçələrdə, AKP MK binası 
divarlarında "Qorbaçov cəlladdır!", "Rədd olsun Sov. 


384 
İKP!", "İşğalçılar, rədd olub gedin!" və b. şüarlar 
yazılmışdı. Partiya biletlərindən tonqallar qalanmışdı.
Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda 
dəfn edildi.
Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ 
bitmək bilmirdi. Sovet ordusunun tam döyüş hazırlıqlı 
qoşun 
hissələrinin 
Ermənistandan 
Naxçıvana 
yeridilməsinə cəhd göstərildi, lakin xalq bunun qarşısını 
aldı. Siyasi çevriliş edilmiş bölgələrdə ordunun köməyi ilə 
kommunistlərin hakimiyyəti bərpa olundu. Ordu hissələri 
Lənkərana yeridildi.
Gizlicə respublikadan qaçmış Ə.Vəzirovun yerinə 
Moskva yanvarın 24-də Ayaz Mütəllibovu Azərbaycan KP 
MK-
nın birinci katibi vəzifəsinə gətirdi.
İmperiya rəhbərləri, onların yerli əlaltıları istədiklərinə 
nail oldular. Bakıda fövqəladə vəziyyət, komendant saatı 
tətbiq edildi. AXC MMŞ dağıdıldı, bir çox fəal cəbhəçilər 
həbs olundu, ölkədən qaçdı, qeyri-leqal işə keçdi.
İmperiyanın şovinist rəhbərliyi qanlı əməlləri ilə 
Azərbaycan xalqının iradəsini qıra bilmədi, özünün 
dayağı olan Kommunist Partiyasını, Sovet hakimiyyətini 
xalqın 
gözündən 
daha 
da 
saldı, 
bəzilərində 
"yenidənqurma"ya olan ümidi puç etdi, təsdiq etdi ki, 
imperiya üçün respublikanın suverenliyi, xalqların 
ləyaqəti heç nədir.
1990-
cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün 
təkcə böyük faciə deyildir, ləyaqətini qorumaq üçün 
mübarizə aparmağa, bu yolda qurban verməyə hazır olan 
xalqın tarixində şərəfli bir səhifədir.


385 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin