388
hərəkatını dəstəkləməyə çağırırdı. Onun rəhbərliyi altında
milli dövlətçilik ənənələrinin bərpasına başlanmışdı.
1990-
cı il noyabrın 17-də Naxçıvan MSSR parlamentinin
Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyası Muxtar
Respublikanın adından "sovet sosialist" sözlərinin
götürülməsi, Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-
ulduzlu bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi və
bu
barədə
Azərbaycan
parlamenti
qarşısında
qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması
haqqında tarixi qərarlar qəbul etdi. Muxtar Respublika Ali
qanunverici orqanı "Ali Məclis" adlandırıldı. Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1990-cı il
noyabrın 21-də 20 Yanvar faciəsinə siyasi qiymət verdi,
bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika
başçıları Ə.Vəzirovun, A.Mütəllibovun və onların
əlaltılarının günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin
ona rəhbərlik etmək istədiyini göstərdi.
Naxçıvan MR-də həyata keçirilən demokratik
tədbirlər bütün Azərbaycana örnək oldu. Demokratik
qüvvələrin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan
SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul
etdi. Dövlətin adı dəyişdirilib "Azərbaycan Respublikası"
adlandırıldı. Azərbaycan Cümhuriyyətinin bayrağı Dövlət
Bayrağı kimi təsdiq olundu.
Heyd
ər Əliyev imperiyanı qoruyub saxlamağa
çalışan qüvvələrə, ilk növbədə, Kommunist Partiyasına
v
ə Sovet hökumətinə açıq etirazını bildirdi, onların riyakar
siyas
ətini ifşa etdi. O, 1991-ci il iyulun 19-da Kommunist
Dostları ilə paylaş: