407
ildə bu şirkətlərə servis xidməti göstərən 400-ə qədər
xarici şirkət fəaliyyətdə idi. Bu müqavilələr çərçivəsində
Azərbaycana 60 milyard dollar həcmində investisiya
qoyulması nəzərdə tutulurdu. Bu müddətdə xarici neft
şirkətləri müqavilələr üzrə işlərin həyata keçirilməsi üçün
6 milyard dollara qədər investisiya qoymuşdu.
1997-
ci il noyabrın 12-də "Əsrin müqaviləsi" üzrə
neftin hasilatına başlanıldı. Bu hadisə Bakıda böyük
təntənə ilə qeyd edildi.
Bu müqavilə üzrə əsas işlərin birinci fazasının
başlanması üçün Xəzər dənizindən Aralıq dənizinə qədər
uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək,
uzunluğu 1760 km olacaq iri diametrli Bakı-Tibilisi-
Ceyhan əsas neft ixrac kəmərinin tikintisi haqqında saziş
əldə olunması vacib idi.
1999-
cu il noyabrın 18-də İstanbulda "Xam neftin
Azərbaycan Respublikası, Gürcüstan Respublikası və
Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan
əsas boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş
imzalandı. Bu zaman Azərbaycan, Türkiyə, Gürcüstan,
Qazaxıstan və ABŞ-ın dövlət başçıları tərəfindən verilən
"İstanbul Bəyannaməsi" layihənin yüksək səviyyədə
dəstəkləndiyinə sübut oldu.
2002-ci il avqustun 1-
də bu kəmərin tikilməsi və
idarə edilməsi üçün BTCKO (Bakı-Tbilisi-Ceyhan) şirkəti
təsis edildi. 2002-ci il sentyabrın 18-də kəmərin təməli
qoyuldu.
Dostları ilə paylaş: