405
10 faiz azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra
olunurdu.
Prezident Heydər Əliyev tez bir zamanda dövlət
intizamını gücləndirib, siyasi sabitliyin yaranmasına nail
oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi
tədbirlər görməyə başladı. Bazar iqtisadiyyatının
formalaşmasına münasib şərait yaratmaq məqsədilə
qanun, fərman və qərarlar qəbul edildi. Prezident 1994-
cü il aprelin 5-də xarici ticarəti sərbəstləşdirmək haqqında
Fərman verdi. Xarici iqtisadi əlaqələr liberallaşdırıldı,
həm fiziki, həm də hüquqi şəxslərə azad surətdə xarici
ticarət
hüququ
verildi.
1997-ci
ilin
yanv
arında
respublikada ixrac vergisi ləğv olundu. 1994-cü ilin may
ayında respublikanın maliyyə vəziyyətini yaxşılaşdırmaq
üçün qəti addımlar atıldı. 1994-cü ilin əvvəllərindən milli
valyuta -
manat respublika ərazisində yeganə ödəniş
vasitəsi elan olundu. Prezidentin 14 may 1994-cü il
Fərmanı ilə kredit siyasəti ciddiləşdirildi. Banklararası
valyuta birjasının işi nizama salındı.
İstehsalı inkişaf etdirmək üçün respublikanın
kifayət qədər investisiya imkanları yox idi. Xarici kapitalı
cəlb etmək məqsədilə "açıq qapı" siyasəti yeridilməyə
başlandı. Xarici investorlara və kreditorlara təminat verən,
onları müdafiə edən qanunlar qəbul olundu. Gömrük
vergiləri sərbəstləşdirildi və aşağı salındı. Xarici
sərmayələrə immunitet haqqında Qanun qəbul edildi.
Dostları ilə paylaş: