410
azalırdısa, 1997-2002-ci illərdə sənaye istehsalı 23,2 faiz
artdı.
Kənd təsərrüfatında keçirilən islahatlar da çox
səmərəli oldu. Əgər 1991-1994-cü illərdə bu sahədə
istehsal hər il 15-20 faiz azalırdısa, 1997-2002-ci illərdə
51 faiz artmışdır. 2002-ci ildə əvvəlki illərdə heç vaxt
olmadığı qədər - 2 milyon 200 min ton (1995-ci ildəkindən
2 dəfə çox) taxıl, 700 min ton (1995-ci ildəkindən 3,9 dəfə
çox) kartof istehsal edildi. Ölkədə çəltik istehsalı bərpa
edilməyə, şəkər çuğunduru istehsal olunmağa başlandı.
Respublikada iqtisadi tənəzzülün qarşısı 1995-ci
ildə alındı. Dirçəliş başlandı. Əgər 1991-1994-cü illərdə
ümumi daxili məhsul ildə orta hesabla 20-25 faiz
azalırdısa, 1996-2000-ci illərdə 39 faiz artmışdı. 2002-ci
ildə ölkədə 29,6 trilyon manatlıq (6,1 milyard dollar)
ümumi daxili məhsul istehsal edilmişdi.
İqtisadi dirçəliş ölkənin maliyyə vəziyyətini xeyli
yaxşılaşdırdı.
1996-2002-ci
illərdə
Azərbaycan
Respublikasının dövlət büdcəsinin gəlirləri 2,2 dəfə
artmışdı. 2003-cü ildə dövlət büdcəsi 1 milyard 200
milyon dollar həcmində (1994-cü ildəkindən 17 dəfə çox)
müəyyən edilmişdi. Dövlət büdcəsinin kəsiri durmadan
azalırdı: 1996-cı ildə o, cəmi 3 faiz 2001-ci ildə isə 0,1
faiz təşkil etmişdi.
Ölkənin valyuta ehtiyatları 2002-ci ildə 1 milyard
374 milyon dollara çatmışdı ki, bu da 1993-cü ildəkinə
nisbətən 103 dəfədən çox idi.
Beləliklə, Prezident Heydər Əliyevin müdrik daxili
və xarici siyasəti sayəsində Azərbaycan Respublikasının
iqtisadiyyatı dərin böhrandan, tənəzzüldən qurtardı.
Dostları ilə paylaş: