Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 3. Azərbaycanın xarici siyasəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə152/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   145   146   147   148   149   150   151   152   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

 
Sual 3. Azərbaycanın xarici siyasəti. 
Azərbaycan Respublikasına qarşı informasiya 
blokadasının yarılması, Dağlıq Qarabağ probleminə dair 
həqiqətlərin 
dünya 
ictimaiyyətinə 
çatdırılması, 
Azərbaycanın dünya siyasətində, dünya dövlətləri 
arasında 
özünə 
layiq 
yer 
tutması, 
beynəlxalq 
münasibətlərin ümumbəşəri dəyərlər əsasında inkişafına 
kömək etməsi, Cənubi Qafqazda başqa dövlətlərin 
Dağlıq Qarabağ münaqişəsinin həllində də maraqlı 
olması, respublikanın ərazi bütövlüyünün sülh, danışıqlar 
yolu ilə təmin edilməsi istiqamətində Prezident Heydər 


420 
Əliyevin başçılığı ilə gərgin və səmərəli iş aparıldı. 
Heydər Əliyev diplomatiyası beynəlxalq münasibətlər 
sistemində yaranmış dəyişikliklər, qloballaşma meylləri, 
dövlətlərin Cənubi Qafqaz regionundakı siyasi və iqtisadi 
maraqlarının Azərbaycanın maraqları ilə mümkün qədər 
uzlaşdırılması kimi praqmatik əsaslar üzərində quruldu. 
Azərbaycan Prezidenti 68 ölkənin prezidenti, hökumət 
başçısı ilə görüşlər keçirdi. Azərbaycan üzv olduğu 
beynəlxalq 
təşkilatların 
sessiyalarında, 
zirvə 
toplantılarında iştirak etdi. 2000-ci il sentyabrın 6-da BMT 
B
aş Məclisində, 2001-ci il yanvarın 25-də Avropa Şurası 
Parlament Assambleyasında Heydər Əliyev mövcud 
şəraitdə müstəqillik əldə etmiş dövlətlərə münasibətdə 
aydın hiss olunan ikili standartlarla yanaşmanın 
yolverilməzliyini, qloballaşmaya töhfələrini verən ölkələrə 
texnoloji 
yardım 
göstərilməsi, 
mədəniyyətlərin 
toqquşması 
təhlükəsini 
aradan 
qaldırmaq 
üçün 
demokratiya və bazar iqtisadiyyatının inkişafında ayrı-ayrı 
xalqların mentalitetinin nəzərə alınması vacibliyini qeyd 
etmişdi.
1993-
cü il sentyabrın 24-də Azərbaycan 
Respublikası MDB-yə daxil oldu. Doğrudur, bu təşkilat 
daxilində üzv dövlətlərin bərabərhüquqlu əməkdaşlığı 
lazımınca təmin edilməmiş, subyektlər arasında 
münaqişələrin aradan qaldırılması üçün təsirli tədbirlər 
həyata keçirmək mümkün olmamışdı. Üzv dövlətlərə 
Rusiya Federasiyasının ikili münasibəti bu birliyin 
səmərəsini xeyli azaldır, narazılığa səbəb olurdu. Heydər 
Əliyev MDB dövlət başçılarının, demək olar ki, bütün 
görüşlərində 
birlik 
daxilində 
belə 
qeyri-sağlam 
münasibətlər olmasının yolverilməzliyini, separatizmlə 
mübarizənin vacibliyini diqqətə çatdırırdı.
MDB-
yə daxil olan dövlətlərlə ikitərəfli əlaqələrin 
möhkəmlənməsinə diqqət artırılmışdı. 1993-cü ilin 


421 
sonlarına qədər Azərbaycanla kəskin münasibətlərə 
malik olan Mərkəzi Asiya respublikaları ilə əlaqələr yeni 
forma və vasitələrlə köklü surətdə yenidən qurulurdu.
Birlik üzvlərinə RF tərəfindən ikili münasibət MDB 
daxilində dövlətlərin ayrılıqda birliklər təşkil etməsinə 
səbəb 
olurdu. 1996-1997-ci 
illərdə 
Azərbaycan-
Gürcüstan və Azərbaycan-Ukrayna arasında strateji 
əməkdaşlıq haqqında sazişlər bağlandı. 1997-ci ilin 
oktyabrında Gürcüstan, Ukrayna, Azərbaycan və 
Moldova respublikalarının başçıları öz aralarında 
əməkdaşlıq haqqında kommünike imzaladılar. Noyabrın 
25-
də Bakıda "GUAM" bloku təşkilini bəyan edən rəsmi 
protokol imzalandı. Bu ölkələrin NATO və ATƏT 
çərçivəsində, habelə öz aralarında siyasi, hərbi və 
iqtisadi sahələrdə mövqelərini əlaqələndirməyə imkan 
verən strateji partnyorluğa hüquqi əsas yarandı. 1999-cu 
il aprelin 4-
də Vaşinqtonda GUAM təşkilatına üzv olan 
dövlətlərin 
prezidentlərinin 
görüşündə 
Özbəkistan 
Respublikası da bu təşkilata qəbul edildi. GUAM bundan 
sonra GUÖAM adlandırılmağa başlandı. Heydər Əliyev 
təşkilatın sədri seçildi. GUÖAM-ın icraçı katibliyinin 
yaradılması qərara alındı. Belə bir birliyin təşkili Rusiyanı 
olduqca narahat edirdi. Vəziyyəti 1999-cu ilin martında 
MDB 
dövlətləri 
başçılarının 
zirvə 
toplantısında 
Azərbaycan, Gürcüstan, Moldova və Özbəkistanın 
Kollektiv 
Təhlükəsizlik 
Müqaviləsi 
müddətinin 
uzadılmasına razılıq verməməsi daha da gərginləşdirdi. 
Rusiya bu dövlətlərə münasibətini xeyli yumşaltmağa 
istiqamətlənən addımlar atdı. Bununla əlaqədar sonralar - 
2001-ci il iyunun 6-7-
də Yaltada GUÖAM təşkilatı 
başçılarının 
görüşündə 
qəbul 
olunmuş 
"Yalta 
Xartiya
sı"nda yaradılan bu təşkilatın iqtisadi sahələrdə 
əməkdaşlığa üstünlük verəcəyi elan edildi.


422 
Heydər Əliyev ATƏT-in 1999-cu il noyabrın 18-də 
İstanbul 
zirvə 
toplantısında 
"Cənubi 
Qafqazda 
təhlükəsizlik və əməkdaşlıq paktı" təsis edilməsi 
təşəbbüsü ilə çıxış etdi. Bu paktda dövlətlərarası 
münasibətlərin, 
habelə 
münaqişələrin 
aradan 
qaldırılmasının prinsipial əsasları təsbit edilməli idi. Ona 
əsasən regiondan xarici hərbi qüvvələr çıxarılmalı, 
Cənubi Qafqazı bölən ayırıcı xətlər aradan qaldırılmalı, 
təcavüzə, etnik təmizləmələrə, separatizmə son 
qoyulmalı, ikili standartlara yol verilməməli idi. Lakin 
Rusiya Ermənistan vasitəsilə bu planın həyata 
keçməsinə ciddi mane oldu.
Ölkənin xarici siyasət kursunda 1993-cü ilin 
yayından Türkiyə Respublikası ilə münasibətlərdə 
keyfiyyətcə ciddi dəyişikliklər edildi. Bu dost və qardaş 
ölkə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, 
bərabərhüquqlu iqtisadi tərəf müqabili oldu. Türkiyə 
Ermənistanı təcavüzkar bir dövlət kimi tanımış, Dağlıq 
Qarabağ məsələsi ədalətlə həll olunmayınca onunla heç 
bir əlaqə saxlamayacağını elan etmişdi. Azərbaycan-
Türkiyə münasibətləri həm də dünyada və bölgədə 
sülhün, əmin-amanlığın bərqərar olması işinə xidmət 
edirdi. 2001-ci il iyulun 23-
də Xəzər dənizinin mübahisəli 
sularında Azərbaycan gəmilərinə İran təyyarələrinin 
hücum cəhdini Türkiyə qəti etirazla qarşıladı. Ankara 
bütün dünyaya bildirdi ki, "Azərbaycana əl qaldıran 
qarşısında Türkiyəni görəcək!"
Azərbaycan İran İslam Respublikası ilə də hər iki 
tərəf üçün faydalı normal siyasi-iqtisadi və mədəni 
münasibətlər 
qurdu. 
İran 
dövləti 
Ermənistanın 
Azərbaycana təcavüz etdiyini bildirsə də, onunla 
hərtərəfli münasibətlər yaratmışdı. Bu qonşu müsəlman 
dövləti Azərbaycana qarşı münasibətlərində tam səmimi 
olmadığını 
göstərirdi. 
İran 
Azərbaycanı 
özünün 


423 
təhlükəsizlik zonası elan etmişdi. 2001-ci il iyulun 23-də 
İran mübahisəli hesab etdiyi sulardan Azərbaycan 
gəmilərinin çıxarılması haqqında nota verdikdən sonra 
hərbi təyyarələrini havaya qaldırmışdı. Azərbaycan buna 
cavab tədbiri gördü. Münaqişə dinc yolla nizama salındı.
Azərbaycan Prezidenti Heydər Əliyevin İran 
Respublikasına səfəri zamanı - 20 may 2002-ci ildə 
imzalanmış 
"Azərbaycan 
Respublikası 
ilə 
İran 
Respublikası 
arasında 
dostluq 
və 
əməkdaşlıq 
münasibətlərinin prinsipləri haqqında" müqavilə iki dövlət 
arasında 
münasibətlərin 
nizamlanmasına 
istiqamətləndirilmişdi.
Qonşu Gürcüstan Respublikası ilə əlaqələr çox 
önəmli idi. 1996-cı ilin mart ayında Prezident Heydər 
Əliyev Gürcüstana rəsmi səfər etdi. İki ölkə arasında 
dostluq və əməkdaşlıq haqqında sənəd imzalandı. Bu, 
qonşu 
ölkədə 
yaşayan 
azərbaycanlılara 
qarşı 
münasibətin xeyli yaxşılaşmasına səbəb oldu. İki ölkənin 
bütün sahələrdə strateji əməkdaşlığı başlandı. 
Azərbaycanın xarici siyasətində ABŞ, Böyük 
Britaniya, Çin, Yaponiya, Fransa, Almaniya, İtaliya kimi iri 
dövlətlərlə münasibətlər mühüm yer tuturdu. Bu ölkələrlə 
tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələr 
yaradılmışdı.
Prezident Heydər Əliyevin qeyd etdiyi kimi, 
Azərbaycan diplomatiyasında Avropa istiqaməti mühüm 
yerlərdən birini tutur. İngiltərə və Avropanın digər nüfuzlu 
dövlətləri 
ilə 
sabit 
bərabərhüquqlu 
əməkdaşlıq 
münasibətləri qurulmuşdu. Bu ölkələrlə imzalanmış 90-
dan artıq sənəd qarşılıqlı münasibətlər üçün ən möhkəm 
hüquqi əsas yaratmışdı. Azərbaycan Qərblə Şərqin 
qovşağında bərpa olunan qədim İpək Yolunun 
mərkəzində mühüm yer tuturdu. Dünyada nüfuzlu Çin 
Xalq Respublikası və Yaponiya kimi Şərq dövlətləri ilə 


424 
siyasi və iqtisadi əməkdaşlıq respublikanın xarici 
siyasətində uğurlu addımlar olmuşdu.
Pakistan dövləti ilə dostluq və əməkdaşlıq 
münasibətləri daha da inkişaf etdirilirdi. İsrail dövləti ilə də 
əməkdaşlıq genişlənməkdə idi.
XXI əsrin əvvəllərində Azərbaycan Respublikası 
artıq 137 ölkə ilə diplomatik əlaqələr yaratmışdı. 
Azərbaycanda 63 (24-ü bilavasitə Bakıda) ölkənin səfirliyi 
fəaliyyət göstərirdi. Azərbaycanın 21 ölkədə səfirliyi, baş 
konsulluğu və daimi nümayəndəliyi vardı.
1996-
cı ilin aprelində Azərbaycan ilə Avropa 
Şurası (AŞ) və onun üzvü olan dövlətlər arasında 
tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalandı. 
Həmin ilin iyununda Azərbaycan Respublikası AŞ 
Parlament Assambleyasında "xüsusi dəvət olunmuş 
qonaq" statusu aldı. 
AŞ Parlament Assambleyasının 2001-ci il 25 
sentyabr tarixli iclasında İlham Əliyev erməni terrorizmini, 
Ermənistanın Azərbaycana qarşı keçirdiyi terror və 
soyqırım siyasətində terrorçu ASALA təşkilatının fəal 
iştirak etdiyini, törədilmiş 32 terror aktı nəticəsində 2000 
adam öldürüldüyünü, on minlərlə adamın yaralandığını 
bildirdi. Terroru dəstəkləyən Ermənistan dövlətini ifşa 
etdi. İlyarım ərzində Avropa Şurası Parlament 
Assambleyasında 
Ermənistanın 
terrorçu 
dövlət 
adlandırıldığı 12 sənəd (bunlara üst-üstə AŞPA-nın 300 
deputatı imza atmışdır) qəbul olundu. 2002-ci il 
sentyabrın 26-da AŞPA-nın sessiyasında müzakirə 
edilən Azərbaycan haqqında məruzədə ilk dəfə bu 
təşkilatın çox vacib sənədində açıq-aydın bildirilir ki
Azərbaycanın torpaqları işğal olunubdur. Ermənistan 
Azərbaycana qarşı təcavüz edibdir və bu işğal 
nəticəsində Azərbaycanın bir milyondan artıq qaçqını 
vardır.


425 
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə 
əməkdaşlığı daha da genişlənirdi. 2002-ci ildə Avropa 
İttifaqı ilə "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin (1992-ci 
ildə bağlanıb) yerinə yetirilməsinə dair milli proqram 
hazırlanmışdı. Bu əlaqələrin respublikanın inkişafına 
böyük təsiri vardı. Avropa İttifaqı-Azərbaycan Parlament 
Əməkdaşlığı Komitəsinin Brüsseldə 25-26 fevral 2002-ci 
ildə keçirilmiş iclasında qeyd edildiyi kimi, "siyasi, iqtisadi, 
hüquqi islahatların aparılması Azərbaycanın Avropaya 
inteqrasiyası üçün yeni perspektivlər açır.
2002-
ci 
il 
oktyabrın 
2-də 
Azərbaycan 
Respublikası BMT-nin "İqtisadi və Sosial Şurasına" üzv 
seçildi. 
Azərbaycan və Türkiyə respublikaları 1997-ci ilin 
may ayında strateji əməkdaşlığı daha da dərinləşdirmək 
haqqında müqavilə imzaladılar.
Azərbaycanın qəti mövqeyi dövlətlərin ona 
münasibətinin getdikcə dəyişməsinə, sağlamlaşmasına 
səbəb oldu. 1997-ci il iyulun 3-də Moskvada Rusiya 
Federasiyası 
və 
Azərbaycan 
arasında 
dostluq, 
əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə 
imzala
ndı. 1997-ci il avqustun 29-da Rusiya ilə 
Ermənistan arasında da "Dostluq, əməkdaşlıq, qarşılıqlı 
yardım haqqında" yeni müqavilə bağlandı. Bu sənəddə 
hərbi vəziyyət yaranarkən Rusiyanın rəsmi surətdə 
Ermənistan tərəfində çıxış edəcəyi bəyan olunurdu. 
Azərbaycanda narazılıq yaratdığını görən Rusiyanın 
yüksək vəzifəli şəxsləri, habelə Xarici İşlər Nazirliyi xüsusi 
nota ilə bu sənədin Azərbaycan Respublikasına qarşı 
çevrilmədiyini bildirdilər. Azərbaycan Prezidenti Heydər 
Əliyev MDB dövlət başçılarının 1997-ci il oktyabr, 1999-
cu il mart və sonrakı zirvə görüşlərində bu müqavilənin 
Azərbaycana qarşı təhlükə yaradan bəndlərinin ləğv 
olunmasını tələb etdi. 2001-ci ilin may ayında Bakıda 


426 
səfərdə olan RF hərbi naziri rəsmi surətdə elan etdi ki, 
Ermənistan və Azərbaycan arasında silahlı münaqişə 
olarsa, Rusiya neytral qalacaqdır.
Rusiya 
Federasiyasının 
prezidenti 
V.Putin 
Azərbaycan prezidentinin dəvəti ilə 2001-ci il yanvar 
ayının 9-da Bakıya rəsmi səfərə gəldi. Ölkələr arasında 
münasibətlərin inkişaf etdirilməsinə istiqamətləndirilmiş 
tədbirlər görülməsi barədə razılıqlar əldə olundu. V.Putin 
Azərbaycan və Gürcüstanın bölgədə Rusiyanın iştirak 
etmədiyi siyasi birliklərə qoşulmasının qarşısını almaq 
üçün "Qafqaz dördlüyü" (Rusiya, Azərbaycan, Gürcüstan 
və Ermənistan) yaradılması təşəbbüsünü irəli sürdü. 
"Bakı Bəyannaməsi" imzalandı. Prezident V.Putin RF-nin 
Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə 
etdiyini bir daha bəyan etdi.
2002-
ci ilin yanvar ayında Rusiya ilə Türkiyə 
arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalandı. 
Bəşəriyyət üçün böyük bəlaya çevrilmiş terrorizmlə 
mübarizədə aparıcı rol oynayan ABŞ-ın müttəfiqi olan 
Türkiyənin Qafqazda nüfuzu xeyli artdı.
Hökumət dairələrində "Azadlığa Dəstək Aktı"na 
1992-
ci il 907 saylı əlavənin ləğv edilməsinə tərəfdarlar 
çoxaldı. Azərbaycana dövlət səviyyəsində kömək 
göstərmək 
üçün 
yollar 
axtarılıb 
tapıldı. 
ABŞ 
administrasiyası Konqresə müraciət edərək 2002-ci ildə 
Azərbaycana yardımın 46 faiz artırılmasını, Ermənistana 
verilən yardımın isə 22 faiz azaldılmasını təklif etdi. 
2001-
ci il sentyabrın 11-də Nyu-York və 
Vaşinqton şəhərlərində dəhşətli terror hadisələri 
törədilməsinə cavab olaraq ABŞ beynəlxalq terrorizmə 
qarşı mübarizə elan edərkən Azərbaycan Respublikası 
onunla bir mövqedə olduğunu birincilər sırasında bəyan 
etdi, öz ərazisindən ABŞ silahlı qüvvələrinin istifadəsi 
üçün imkanlar yaratdı. Oktyabr ayının sonlarında ABŞ 


427 
senatı 907-ci əlavəni müvəqqəti olaraq dayandırmaq 
üçün prezidentə səlahiyyət verdi. ABŞ prezidenti 2002-ci 
il yanvarın 28-də, növbəti dəfə 2003-cü il yanvarın 17-də 
bu səlahiyyəti reallaşdırdı.
Az sonra ABŞ Azərbaycana silah satışına 
qoyulmuş qadağanı aradan qaldırdı. Təhlükəsizlik 
tədbirlərində Azərbaycana kömək etməyə başladı.
Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər qan 
tökülmədən, qırğın və dağıntılara yol vermədən, dinc 
vasitələrlə həll etmək xətti götürdü. O, Avropada 
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT - 1994-cü il 
Budapeşt sammitindən sonra ATƏM belə adlanır) Minsk 
qrupunun 
fəaliyyətinin xeyli canlanmasına, ona nəzarət 
edən və üzv dövlətlərin münaqişənin həllinə və regionda 
sabitlik yaradılmasına marağının artmasına nail oldu.
Prezident Heydər Əliyev bu illərdə ATƏT 
rəhbərliyi və onun Minsk qrupunun təmsilçiləri ilə 130-dan 
çox görüş keçirdi. ATƏT-in 1994-cü ilin dekabrında 
Budapeşt, habelə 1996-cı ilin dekabrında Lissabon 
sammitləri Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu 
vasitəsilə ədalətli, beynəlxalq prinsiplərə əsaslanaraq 
həllinin vacibliyini təsdiq etdi.
Azərbaycan və Ermənistan prezidentlərinin yeni 
formatda-
Minsk qrupu həmsədrlərinin iştirakı ilə 4-6 mart 
Paris (Fransa), 3 aprel 2001-ci il Ki-
Uest (ABŞ) görüşləri, 
bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın mövqelərinin 
dəyişməzliyini nümayiş etdirdi.
Heydər Əliyev həmsədrlərin və bu münaqişənin 
həllində öz prinsiplərini tam müdafiə etməyib, ikili siyasət 
yeridən beynəlxalq təşkilatların "reallıqla razılaşmaq 
lazımdır" tövsiyəsini qəti rədd etdi. Yaltada GUÖAM 
dövlət başçılarının sammitində həmsədrlərin problemin 
həllindən boyun qaçırmaqla, onu münaqişə edən 


428 
tərəflərin öhdəsinə buraxmaqla ciddi səhvə yol verdikləri, 
beynəlxalq hüquq normalarını və prinsiplərini təhlükə 
altında qoyduqları tənqid edildi.
Azərbaycanın mövqeyinin dəyişməzliyinə səbəb 
Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin 
rəhbərliyi altında uğurla həyata keçirilən daxili və xarici 
siyasət, ölkənin iqtisadiyyatının sürətli inkişaf yoluna 
düşməsi, milli ordu quruculuğu sahəsində irəliləmələr, 
regionla bağlı məsələlərin həllində iri dövlətlərin onunla 
hesablaşmağa məcbur olması idi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin