AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİ
POLİS AKADEMİYASI
AZƏRBAYCAN
TARİXİ
MÜHAZİRƏLƏR
TOPLUSU
BAKI- 2014
2
AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİ
POLİS AKADEMİYASI
“İCTİMAİ ELMLƏR” kafedrası
“AZƏRBAYCAN TARİXİ”
MÜHAZİRƏLƏR TOPLUSU
(dinləyicilər üçün)
BAKI - 2 0 1 4
3
Tərtib etdilər: İctimai elmlər kafedrasının
rəisi, polis polkovniki, t.ü.f.d.
T.F.Əliyev
Elmi
redaktor:
İctimai elmlər kafedrasının
baş müəllimi, polis baş
leytenantı
İctimai elmlər kafedrasının
müəllimi, polis baş
leytenantı
DİN-in Polis Akademiyasının
rəisi, polis general-mayoru,
h.ü.f.d
R.Y.Qasımov
R.M.Məcnunov
N.T.Əliyev
Rəyçilər:
Bakı Slavyan Universitetinin
”Azərbaycan tarixi və ictimai
elmlər" kafedrasının dosenti,
t.ü.f.d
Ə.Ə.Əmirov
Bakı Slavyan Universitetinin
”Azərbaycan tarixi və ictimai
elmlər" kafedrasının baş
müəllimi, t.ü.f.d
A.S.
Əliyev
4
MÜNDƏRİCAT
ÖN SÖZ
İSTİQAMƏTVERİCİ MÜHAZIRƏ: “Azərbaycan tarixinə giriş”
MÖVZU №1. Azərbaycan ərazisində ibtidai-icma quruluşu,
tayfa ittifaqları və qədim dövlətlər. Azərbaycan
III-
VII əsrlərdə
MÖVZU №2: Azərbaycan Xilafətin hakimiyyəti dövründə. IX-
XII əsrlərdə Azərbaycan feodal dövlətləri.
Azərbaycanda monqol əsarəti
MÖVZU №3: Azərbaycan XIV əsrin sonu-XV əsrdə. Səfəvilər
dövləti
MÖVZU № 4: Azərbaycan XVIII əsrdə. Azərbaycan XIX əsrin
birinci yarısında. Azərbaycanın bölüşdürülməsi
MÖVZU № 5: XIX əsrin II yarısında Azərbaycanda kapitalist
münasibətlərinin meydana gəlməsi. XIX əsrin
sonu
– XX əsrin əvvəllərində Azərbaycanda
demokratik və milli-azadlıq hərəkatı
MÖVZU № 6: Azərbaycan 1914-1918-ci illərdə
MÖVZU № 7: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
MÖVZU № 8: Azərbaycan Sovet hakimiyyəti illərində
MÖVZU № 9: Müstəqil Azərbaycan Respublikası
5
ÖN SÖZ
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra milli şüurun formalaşdırılması, hərbi-vətənpərvərlik
ruhunda tərbiyə edilmiş gənc nəslin yetişdirilməsi
dövlətimizin təhsil siyasətində başlıca məsələlərdən
birinə çevrilmişdir.
“Azərbaycan
tarixi”
fənninin
gənclərin
vətənpərvər və ləyaqətli vətəndaş kimi yetişdirilməsində
oynadığı müstəsna rol nəzərə alınaraq, bu fənn
respublikamızın digər ali tədris ocaqlarında olduğu kimi,
DİN-in Polis Akademiyasında da tədris edilir.
“Azərbaycan
tarixi”
fənni
müdavimlərin
gələcəkdə yüksək mənəvi əxlaqlı və vətənpərvər bir
şəxsiyyət və zabit kimi yetişdirilməsində misilsiz rol
oynayır. Qeyd etdiyimiz yüksək mənəvi dəyərləri özündə
cəmləşdirən bu gününün müdavimi və dinləyicisi –
gələcəyin polis zabiti cəmiyyətdə ictimai təhlükəsizliyin,
dövlət maraqları və insan hüquqlarının qorunmasına öz
töhfəsini vermiş olacaqdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Polis Akademiyasının dinləyiciləri üçün nəzərdə tutulmuş
“Azərbaycan tarixi” fənni üzrə mühazirələr toplusu tərtib
edilərkən müvafiq fənn üzrə mövcud tədris proqramının
tələbləri nəzərə alınmış, həmçinin digər ali tədris
ocaqlarının da təcrübəsindən geniş istifadə olunmuşdur.
6
İSTİQAMƏTVERİCİ MÜHAZIRƏ:
“AZƏRBAYCAN TARİXİNƏ GİRİŞ”
PLAN
1.
“Azərbaycan tarixi” kursunun predmeti. Tarix
elminin metodologiyası, tədqiqat metodları.
Xronologiya və dövrləşdirmə.
Dostları ilə paylaş: |