Азярбайжан республикасы дахили ишляр назирлийи


Sosial- iqtisadi münasibətlər



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə48/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   44   45   46   47   48   49   50   51   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Sosial-
iqtisadi münasibətlər. XV əsr Azərbaycan 
dövlətlərinin sosial-ictimai münasibətlər sistemində 
əmlakın hüquqi vəziyyəti, mülkiyyət münasibətləri, vergi 
və mükəlləfiyyətlər məsələsi mühüm yer tuturdu. Əvvəlki 
dövrlərdə olduğu kimi XV əsrdə Azərbaycanda torpaq 
mülkiyyətinin ənənəvi növləri cüzi dəyişikliklərlə qalırdı. 
Dövlətin idarəsi altında olan torpaqlar əraziyi-divani, 
hökmdara və hakim sülalənin üzvlərinə məxsus olan 
torpaqlar əraziyi-xassə adlanırdı. Əraziyi divanidən əldə 
edilən gəlirlər dövlətin ümumi xərclərinin ödənilməsinə, 
əraziyi-xassədən gələn gəlirlər isə hakim sülalənin 
saxlanılmasına sərf edilirdi. Dini idarələrin, ocaq, pir, 
müqəddəs ziyarətgahların torpaqları vəqf-i xeyri, din 
xadimlərinə məxsus torpaqlar isə vəqf-i əhli adlanırdı. 
Feodalların xüsusi mülkiyyətində olan torpaqlar mülk 
adlanırdı. Mülk torpaqları irsən keçə bilər, alqı-satqı 
obyektinə çevrilə bilər, bəxşiş kimi verilə bilərdi.
XV əsrdə artıq şərti torpaq mülkiyyətinin yeni növü 
olan soyurqal iqtanı tamamilə əvəzləmişdi. XIV əsrin 60-
cı illərindən meydana çıxan soyurqal hərbi və ya mülki 
xidmət müqabilində verilən torpaq mülkiyyəti növü idi. 
Iqtadan fərqli olaraq soyurqal sahibləri öz torpaqlarını irsi 
olaraq varislərinə verə bilərdilər. Digər tərəfdən soyurqal 


140 
sahibləri iqtadardan fərqli olaraq soyurqal ərazisində 
vergi, polis və məhkəmə immuniteti hüququna malik idi.
Sosial-
ictimai 
münasibətlər 
sisteminin 
nizamlanmasında vergi və mükəlləfiyyətlər mühüm rol 
oynayırdı. Qaynaqların məlumatına görə XV əsrdə əhali 
üzərinə çoxsaylı vergi və mükəlləfiyyətlər qoyulmuşdu. 
Bəzi hökmdarların, xüsusilə də Uzun Həsən və Əhməd 
Ağqoyunlunun islahatları nəticəsində vergilərin sayı və 
həcmi nisbətən yüngülləşdirilsə də bu yalnız ötəri 
xarakter daşımışdı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin