Şəhər və rayonda, obyektdə xəbərdarlığın təşkili üzrə görülən tədbirlər Şəhərin (rayonun) ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna bütün mövcüd qüvvə və vasitələri, o cümlədən də dolayı rabitə xətlərini bir mərkəzdə (MM rabitə xidmətlərində) cəmləşdirmək onlara rəhbərliyi mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks halında istifadə etməklə nail olmaq mümkündür. Şəhərin (rayonun) rabitə xidməti imkan verməlidir ki, MM rəhbərləri öz idarəetmə məntəqələrindən tabelikdəki təşkilatların və MM xidmətlərinin başçıları ilə yuxarı və qarşılıqlı fəaliyyət gösrən MM qərargahları ilə, eləcə də ərazi MM dəstələrinin komandirləri kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata mindirmə (düşürmə) məntəqələri ilə etibarlı əlaqə saxlaya bilsin, həmçinin, hər cür təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün əhalini vaxtında xəbərdar etmək mümkün olsun. İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel nazirliyin MM qərargahları xəbər verirlər. Obyektlərdə isə öz növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir. Xəbərdarlıq sxemi obyektdə rəhbər heyətin, MM qüvvələrinin və digər işçilərin iş və işdənkənar vaxt xəbərdar edilməsi qaydasını müəyyən edən sənəddir. Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA) və rabitə xətlərindən (kanallarından) ibarətdir. S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir. S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur. Məsafədən idarəetmə və məcburi çağırmış P-160 aparaturu elektrik sirenalarının mərkəzdən işə qoşulmasını, xəbərdarlıq siqnalları vermək üçün radioyayım qovşağı proqramının məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də rəhbər heyətin iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir.