Азярбайжан Республикасы Мцдафия Назирлийи


Əsas idarəetmə məntəqəsində



Yüklə 0,58 Mb.
səhifə11/19
tarix24.12.2023
ölçüsü0,58 Mb.
#193105
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
M-1təzə - for merge

Əsas idarəetmə məntəqəsində Mülki Müdafiə rəisi, onun müavinləri, xidmət rəisləri (baş mütəxəssislər), MM qərargahının əsas heyəti (qərargah rəisi, şöbə və bölmə rəhbərləri) yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün oraya xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu, nəqliyyat vasitələri və s. verilir.
Ehtiyat idarəetmə məntəqəsində Mülki Müdafiə rəisinin müavini, qərargah rəisinin müavini, xidmət rəislərinin köməkçiləri və s. yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün oraya xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu, nəqliyyat vasitələri də verilə bilər.
Yardımçı idarəetmə məntəqəsi bütün tədbirlərə əsas idarəetmə məntəqəsindən rəhbərlik etmək mümkün olmayan hallarda, məsələn, biri digərindən uzaq sahələrdə eyni zamanda xilasetmə işləri aparılarkən müəyyən müddət üçün yaradılır. Yardımçı idarəetmə məntəqəsinin konkret vəzifələri və işçi heyəti müvafiq MM rəhbəri tərəfindən təyin edilir.
Ölkəyə düşmən basqını təhlükəsi yaranan dövrdə idarəetmə məntəqələrində vəzifəli şəxslərin fasiləsiz növbətçiliyi təşkil edilir. Oradakı rabitə-xəbərdarlıq vasitələri iş vəziyyətinə gətirilir, məntəqə kəşfiyyat nəzarət cihazları və digər avadanlıqlarla təchiz olunur, onun qorunması təşkil edilir, yaxınlığında radiasiya və kimya müşahidə məntəqələri qurulur, işçi və xidmətçi heyətlərin vəzifələri dəqiqləşdirilir.
Mülki Müdafiə tədbirlərinin təşkili və yerinə yetirilməsi üzrə Mülki Müdafiə rəhbəri və qərargahının fəaliyyət qaydası, əsasən, yaranmış şəraitdən, qarşıya qoyulan konkret vəzifələrdən və icra üçün verilən müddətdən asılı olur.
Mülki Müdafiə rəhbərinin idarəetmə üzrə iş ardıcıllığı aşağıdakı mərhələlərdən ibarətdir:
1. Alınmış tapşırığın aydınlaşdırılması.
Mülki Müdafiə rəhbəri yuxarı rəisdən tapşırığı alarkən, özü üçün tam aydınlaşdırmalıdır:

    • qarşıda duran işlərin məqsədini və yuxarı rəisin niyyətini;

    • bu işlərin icrasında tabeliyindəki qüvvələrin yeri və rolunu;

    • icra ediləcək işlərin həcmini.

Mülki Müdafiə rəisi tapşırığı aydınlaşdırıb, dəstələri fəaliyyətə hazırlamaq məqsədilə dərhal görülməli tədbirləri müəyyənləşdirməli, tabelikdəkilərə bu barədə ilkin sərəncam verməli və qərar qəbul etmək üçün lazımi məlumatları toplamağı qərargaha və xidmət rəislərinə (mütəxəssislərə) tapşırmalıdır.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin