Азярбайжан Республикасы Тящсил Назирлийи


Mitotik  aktivliyin  requlə  edilməsi



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə103/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   99   100   101   102   103   104   105   106   ...   126
Mitotik  aktivliyin  requlə  edilməsi.  Hüceyrələrin 
interfaza  və  mitotik  rejiminin  öyrənilməsi  ümumi  bir 
qanunauyğunluq  yaranmasına  gətirib  çıxarır.  Bu 
qanunauyğunluq  ondan  ibarətdir  ki,  orqanizmdə 
bölünmə  yolu  ilə  çoxalan  hüceyrələrin  miqdarı,  ölən, 
məhv  olan  hüceyrələrin  miqdarına  bərabərdir.  Deməli 
toxumanı  təşkil  edən  hüceyrə  populyasiyası  öz-özünü 
tənzim edən sistemdir. 
D.Meziyaya görə hər bir normal hüceyrə bölünmə 
qabiliyyətinə  malikdir,  ancaq  bəzi  halda  o  ya 
tormozlanır  ya  da  ləngiyir.  Tormozlanma  müxtəlif 
dərəcədə  ola  bilər.  Bəzən  tormozlanma  elə  dərin  ola 
bilər ki, o geri dönməyə bilər.  
Tormozlanma  haqqında  təsəvvürlər  orqanizmdəki 
hüceyrələrin fəallığının requlə edilməsi ilə yaxşı uzlaşır. 
Belə  ki,  mitotik  aktivlik  və  ya  müəyyən  vaxt  ərzində 
bölünən  hüceyrələrin  miqdarı  dəyişkən  ola  bilər. 
Müxtəlif  orqanların  hüceyrələrində  sutkalıq  ritm 
müəyyənləşmişdir.  Orqanizmin  sakitlik  dövründə 


 
255 
hüceyrələr  daha  çox  bölünürlər.  Orqanının  şiddətli 
funksiyası  zamanı  isə  mitoz  zəifləyir.  Çox  hallarda  bu 
orqanizmin  hormonal  fəaliyyəti  ilə  əlaqədar  olur. 
Məsələn:  Ağrı  hissəsindən  və  ya  digər  qıcıqlanmadan 
mitozun  azalması  bu  zaman  çox  miqdar  adrenalin 
ayrılması  ilə  əlaqədar  olur.  Bölünən  hüceyrələrin 
miqdarının  dəyişməsi  bir  qayda  olaraq  mitoza  sərf 
olunan vaxtın dəyişməsi ilə deyil, interfazanın müxtəlif 
mərhələlərinə  sərf  olunan  vaxtın  dəyişməsi  ilə 
əlaqədardır.  Belə  ki,  müxtəlif  amillərin  təsirinə 
interfazanın  G
1
  dövrü  (DNT  repliksiyasına  hazırlıq 
dövrü)  və  G
2
  dövrü  çox  həssasdır.  Hüceyrələrin  bu 
dövrdə  gecikməsi  interfazanın  uzanmasına  və  beləliklə 
ümumi  bölünən  hüceyrənin  miqdarının  azalmasına 
səbəb  olur.  Lakin  gün  ərzində  və  ya  günün  müxtəlif 
dövrlərində  mitotik  aktivlik  bir  neçə  dəfə  dəyişirsə  də 
bölünən  hüceyrələrin  sayı  gün  ərzində  hər  bir  orqan  
üçün  daimi  qalır.  Bu  hal  belə  mülahizə  etməyə  imkan 
verir  ki,  orqanizmdə  mitotik  tsiklin  dövrünü, 
hüceyrələrin  bərpasını  requlə  edən  ümumi  mexanizm  
mövcuddur. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin