264
olduğunu nəzərə alsaq, onun 2,3 və s. dəfə artaraq
təkamül prosesində yeni növlərə başlanğıc verdiyini
mülahizə etmək olar. Elecə də Rosa cinsində 14, 21,
35, 42, 56 xromosomlu növlərin olması, solanum
cinsində 12, 24, 36, 48, 60, 72 və s. xromosomlu
növlərin rast gəlməsi deyilənləri sübut etməyə imkan
verir.
Təbiətdə poliploidlərin yaranması mexanizmini
öyrənməklə hazırda müxtəlif kimyəvi maddələrin
təsirindən (məs: kolxitsin) süni surətdə bitkilərdə
poliploidlik yaratmaq mümkün olmuşdur. Keçmiş
SSRİ-də şəkər çuğunduru, qarabaşaq, buğda, çovdar,
tut və s. bitkilərinin poliploid formaları alınmış və
onlar üzərində aparılan seleksiya işi nəticəsində
məhsuldarlığın xeyli artırılmasına nail olmuşlar.
Endomitozun bir növü də iki və çox nüvəliliyin
yaranmasıdır. Bu zaman hüceyrədə və xromosomlarda
mitozla əlaqədar olan bütün ardıcıl və qanunauyğun
dəyişikliklər baş verir, hər qütbdə nüvə əmələ gəlməsi
prosesi normal gedir. Lakin sitotomiya prosesi (və ya
sitokinez) gecikdiyindən sitoplazma nüvələr ətrafında
bölünmür və bir hüceyrədə iki nüvə əmələ gəlir. Əgər
bu proses bir neçə dəfə təkrar olsa hüceyrədə çox
nüvəlilik yaranır. Belə hadisəyə qaraciyərin bəzi
parenxim hüceyrələrində, qığırdaq hüceyrələrində və
s. rast gəlinir.
Dostları ilə paylaş: