265
REDUKSİON BÖLÜNMƏ
Məlumdur ki, canlıların çoxalması, cinsi, qeyri-
cinsi, sporlar vasitəsilə olur. Bu çoxalma tipləri bir-
birindən kəskin surətdə fərqlənirlər. Belə ki, sporlarla
çoxalma zamanı nəsil öz başlanğıcını bir spor (qeyri
-
cinsi) hüceyrəsindən başlayır, vegetativ çoxalma zamanı
nəslə başlanğıcı bir qrup somatik (diploid xromosomlu)
hüceyrələr verir. Cinsi çoxalma zamanı isə nəsil öz
başlanğıcını xüsusi ixtisaslaşmış cinsi (haploid
xromosomlu) hüceyrələrdən alır. Cinsi çoxalma əsasən
çox hüceyrəli heyvan və bitki orqanizmlərinə xas
olmaqla yanaşı bu yolla ibtidai orqanizmlər də çoxalırlar.
Çox hüceyrəli heyvanların ilkin cinsi hüceyrələri bir
qayda olaraq rüşeym inkişafının ilk mərhələlərində
somatik hüceyrələrdən öz başlanğıcını alır. Sonra
inkişafın ilk və son mərhələsində əmələ gəlmələrindən
asılı olmayaraq, cinsi vəzilərdə toplanır və beləliklə cinsi
vəzilərin başlanğıcı əmələ gəlir. Cinsi vəzilər boru
halında olanda onlarda üç zona ayırd etmək olur. Bu
zonalar cinsi hüceyrələrin inkişafının üç dövrünə
müvafiq gəlir. Erkək fərdlərdə cinsi hüceyrələrin
yaranması və formalaşması hadisəsi spermatogenez,
dişilərdə isə oogenez hadisəsi adlanır. Ümumiyyətlə isə
bu hadisə qametogenez hadisəsi və ya meyoz prosesi
adlanır. Qametogenez prosesındə hüceyrələrin inkişafının
bir dövrü onların intensiv olaraq mitoz yolla
çoxalmasıdır. Bu çoxalma adi mitozdan onunla fərqlənir
ki, bölünmə nəticəsində yaranan hüceyrələr başlanğıc
hüceyrə həcminə çatmadan təkrar bölünürlər. Odur ki,
266
cinsi vəzilərin bu nahiyyəsindəki hüceyrələr həcmcə
kiçik, sayca çox olur və çoxalma zonası adlanırlar (şəkil
62). Bundan sonra hüceyrələr ikinci dövrə-böyümə
dövrünə keçir. Cinsi vəzilərin bu nahiyyəsindəki
hüceyrələr ətraf mühitdən qida maddələrini alır və
böyüyürlər. Beləliklə onlar böyümə zonasını əmələ
gətirirlər. Erkək fərdlərdə böyümə zonasında olan
hüceyrələr 1-ci dərəcəli spermatosit hüceyrələri əmələ
gətirirlər. Bu dövrdə hüceyrələr böyüməklə yanaşı
yetişmə mərhələsinə keçid üçün bölünməyə də
hazırlaşırlar.
Şəkil 62. Cinsi hüceyrələrin inkişaf sxemi.
Bundan sonra həmin hüceyrələr bölünərək 2-ci
dərəcəli spermatosit hüceyrələrini əmələ gətirirlər.
Bundan sonra yetişmənin 2-ci bölünməsi gedir və hər bir
2-ci dərəcəli spermatosit bölünür və hərəsi 2 spermatid
Чохалма
зонасы
2 н,
2ж
Бюйцмя
зонасы
2 н,
4ж
Йетишмя
зонасы
н,
ж
Сперматазо
ид
Йумурт
а
щцcейр
я
Йюнялдижи
жисимжикляр
н, 2ж
267
əmələ gətirir. Sonra isə hər bir spermatid formalaşma
mərhələsini keçərək spermatozoid hüceyrəsinə çevrilir.
Yetişmə mərhələsində olan hüceyrələr bölündükdə
onlardakı diploid xromosom sayı 2 dəfə azalır və yetişmə
mərhələsindəki spermatidlərdə haploid saylı xromosom
olur. Odur ki, bu bölünmə reduksion bölünmə adlanır.
Elə bunun nəticəsi olaraq hər bir spermatozoidə cüt
homoloji xromosomlardan ancaq biri düşür. Münasib
spermatozoidlərdə DNT miqdarı da somatik hüceyrələrə
nisbətən 2 dəfə az olur.
Oogenez prosesi də mahiyyətcə spermatogenez
prosesinə oxşardır. Lakin bəzi fərqlər vardır. Belə ki, bu
zaman böyümə mərhələsindəki hüceyrələrdən hər biri
yetişmə zonasına keçid üçün bölündükdə, nüvə
materialları tam bərabər olaraq oositlərdə paylanırsa,
sitoplazma isə qeyri bərabər paylanır. Odur ki, 1-ci
dərəcəli iki oositdən biri həcmcə iri, ikincisi isə kiçik
olur. Yetişmənin 2-ci bölünməsində isə iri hüceyrə təkrar
bölünərək bir iri və bir kiçik hüceyrə verir, kiçik
hüceyrədən isə bölünmə nəticəsində iki kiçik hüceyrə
əmələ gəlir. Odur ki, 4 oositdən 3-ü kiçik olur və polyar
cisimcik adlanır və mayalanmağa qabil olmur. Biri isə iri
olur, formalaşaraq yumurta hüceyrəsinə çevrilir və
mayalanmağa qabil olur. Bundan başqa oogenez
spermatogenezdən bir də onunla fərqlənir ki, bu zaman
böyümə mərhələsindəki hüceyrələr ooqonilər nisbətən
yavaş böyüyürlər və bir dərəcəli ovosit hüceyrələrinə
çevrilirlər, böyümə dövründə bunlara daha çox vaxt sərf
olunur və böyümə dövrü özü iki mərhələyə ayrılır: kiçik
böyümə dövrü və böyük böyümə dövrü. Böyük böyümə
268
dövründə yumurta hüceyrəsi min dəfələrlə böyüyür və bu
zaman meyozun birinci profazası keçir.
Reduksion bölünmə hadisəsi spermatosit və oosit
hüceyrələrində iki dəfə ardıcıl olaraq gedir. Bu bölünmə
mitozdan bir sıra xüsusiyyətlərinə görə fərqlənir (şəkil
54). Əvvəlcə iki dəfə ardıcıl gedən reduksion bölünmədə
hüceyrələrdə elə qanunauyğun dəyişikliklər gedir ki,
onlar cinsi hüceyrələrin yaranmasına və hər bir cinsi
hüceyrələrdə somatik hüceyrədəkindən 2 dəfə az
xromosom olmasına gətirib çıxarır. Digər tərəfdən
meyozda mitozdan fərqli olaraq genetik materiallın
rekombinasiyası gedir. Belə ki, homoloji xromosomların
müəyyən
sahələri
arasında
mübadilə
gedir.
(krossinqover), eləcə də meyozun 1 və 2 bölünməsi
arasında S mərhələsi olmur. Mitozda hər bölünmədən
qabaq interfaza dövrü olur və bu zaman genetik material
reduplikasiyaya uğrayır (DNT ikiləşir, zülallar sintez
olunur, enerji toplanır və s). Reduksion bölünmə zamanı
isə genetik material bir dəfə reduplikasiya olur, bölünmə
isə iki dəfə təkrar olunur. Elə bunun və reduksion
bölünmənin 1 profazasında homoloci xromosomların
konyuqasiyasının nəticəsi olaraq reduksion bölünmə
nəticəsində yaranan cinsi hüjeyrələrdə xromosom sayı iki
dəfə somatik hüceyrələrdəkindən az olur. Lakin
reduksion bölünmənin bəzi xüsusiyyətlərində müəyyən
dərəcədə mitoza oxşarlıq da vardır. Belə ki, mitozdakı
qütblük, bölünmənin mərhələləri (interfaza, metafaza,
anafaza və telofaza), xromosomların qütblərə hərəkəti və
s. meyozda da müşahidə edilir.
Meyozda bölünmə iki dəfə ardıcıl getdiyi üçün I
bölünmədəki mərhələlər 1 profaza, 1 metafaza, 1
269
anafaza və 1 telofaza işarə olunur. 2-ci bölünmədə
həmin mərhələlər II rəqəmi ilə işarələnir (şəkil 63).
Meyozun 1 profazası həm mitozun profazasından həm
də meyozun II profazasından fərqli və mürəkkəbdir.
Şəkil 63. Meyoz.
270
Meyozun 1 profazası özü ayrılıqda 5 ardıcıl
mərhələdən ibarətdir: 1. Leptotena, 2. Ziqotena, 3.
Paxitena, 4. Diplotena, 5. Diakinez.
Meyoza və ya reduksion bölünməyə daxil olan
hüceyrələrdə adi diploid (2n) xromosom dəsti olur.
Profazadan əvvəl gələn interfazada hüceyrələr G
1
, S, G
2
mərhələlərini keçərək DNT və xromosomu təşkil edən
xromatidləri ikiləşir. Sonra onlar 1 profazanın leptotena
mərhələsinə daxil olur, bu mərhələ nazik xromatin
saplar mərhələsi də adlanır.
Leptotenada xromosomlar artıq S dövrünün
nəticəsi olaraq ikiləşmişdir. Lakin hər xromosomun iki
qız xromatiddən ibarət olmasını çox da asanlıqla
müşahidə etmək olmur (mitozdan fərqli olaraq). Hələlik
leptotenada diploid xromosom sayı mövcud olur.
Leptotena mərhələsində xromosomlar üzərində müncüq
kimi düzülmüş xromatidlərin sıxılmış sahəsi olan
xromomerləri aydın görmək olur. Xromomerlərin sayı,
düzülüşü, xromomer arası məsafə hər bir xromosom
üçün özünə məxsusdur. Xromomerlərin bu xüsusiyyəti
xromosom xəritəsinin tərtib edilməsi və onların
sitogenetik cəhətdən analizi üçün əlverişli şərait yaradır.
Xromosomlarda
xromomerlərin
sayı
müxtəlif
obyektlərdə
müxtəlifdir:
məs.
Tritonun
12
xromosomunda 2,5 min. düyünün 24 xromosomunda
645 dənədir.
Leptotenanın sonunda homoloji xromosomların
konyuqasiyası başlayır.
|