Genetik proqramlaşmış hüceyrə ölümü (apoptoz). Apoptozu adətən hüceyrənin fizioloji ölümü
adlandırırlar (nekrozdan fərqli olaraq patoloji «bədbəxt
hadisə» nəticəsində məhv olma) «Apoptoz» terminin
(yunanca apoptosis-yarpaq tökmə) 1971-ci ildə Kerr
təklif edib. Apoptoz hüceyrələrin tökülən yarpaqlara
oxşarlığına əsaslanıb, çünki bu zaman hüceyrələr
büzüşərək elə bil toxumadan kənara düşür.
Apoptoz mitozun əksi olub, genetik proqramlaşır.
Hər hüceyrənin genomunda proliferasiya genləri ilə
bərabər apoptoz genləri də olur. Ən çox öyrənilmiş
apoptozu induksiya edən mexanizmlərdən biri –
Fas/Apo – 1 (JD95) geninin ekspressiyasıdır.
Maraqlıdır ki, eyni amillər şəraitdən asılı olaraq
həm mitozu, həm də apoptozun indikatoru (ingibitoru)
kimi çıxış edə bilirlər.