Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə90/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   86   87   88   89   90   91   92   93   ...   126
 


 
236 
NƏHƏNG XROMOSOMLAR 
 
Bəzi  hüceyrələrdə  həyat  tsiklinin  müəyyən 
mərhələlərində  xüsusi  tipli  nəhəng  xromosomların 
ölçüsü  çox  böyük  olur.  Onu  hələ  ilk  dəfə  1881-ci  ildə 
İtalyan  sitoloqu  Balbiani  xironomusun  (Chironomus) 
tüpürcək  vəzilərində  müşahidə  etmişdir.  1933-cü  ildə 
Y.Qeyts  və  Q.Bauer  drozofil  milçəyinin  tüpürcək 
vəziləri  hüceyrələrinin  nüvələrində  də  nəhəng 
xromosomlar kəşf etdilər. Bu kəşf genetika və sitologiya 
elminin  inkişafına  çox  böyük  təsir  göstərdi.  Nəhəng 
xromosomlar  kəşf  edildikdən  sonra  bir  tərəfdən 
xromosomun  morfoloji  quruluşu,  digər  tərəfdən  isə 
onun  genetik  rolu  haqqındakı  təsəvvürlər  daha  da 
dəqiqləşməyə başladı.   
İkiqanadlılara  aid  olan  həşarat  növlərinin 
əksəriyyətinin 
tüpürcək 
vəzilərində 
nəhəng 
xromosomlar  müşahidə  olunur.  Drozofildə  nəhəng 
xromosomlar  adi  xromosomlardan  1000  dəfə  böyük 
olur.  4  cütdən  ibarət  olan  bu  xromosomların  ümumi 
uzunluğu  2000  mk  olur,  halbuki  somatik  hüceyrələrdə 
onların ümumi uzunluğu 7,5 mk.-dir. Bu xromosomların 
bu cür nəhəng ölçüyə malik olması səbəbi odur ki, onlar 
10  dəfəyə  qədər  qismən  və  ya  natamam  replikasiyaya 
uğrayaraq  bir-birindən  ayrılmırlar.  Odur  ki,  hər  bir 
nəhəng  xromosom 1000-dən artıq xromonemdən ibarət 
olur.  Müvafiq  olaraq  nəhəng  xromosomlarda  DNT 
miqdarı adı somatik xromosomlarındakından  1000 dəfə 
çox  olur.  Sonradan  Poytner,  Qeyts,  Bauer,  Kostov  bu 
xromosomların  sitogenetik  rolunu  müəyyənləşdirdilər. 


 
237 
Reduplikasiya  olmuş  xromosomlar  ayrılmadığı  üçün 
hüceyrə də hələ bölünmür, onun ancaq həcmi böyüyür, 
hüceyrənin  nüvəsi  bütün  sürfənin  inkişafı  dövründə 
interfaza  vəziyyətində  olur.  Xromonemlərin  bu  cür 
ikiləşib  ayrılmamasını  endomitozla  izah  edirlər.  Və  bu 
hadisə  endomitozun  digər  təzahür  forması  olan 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin