45
şəklində yerləşir. Bu təmasın elə forması var ki, hüceyrə
ətrafında lent və ya qurşaq şəklində yapışma zonası
yaranır, desmosom təmas ən çox örtük epitelisi
hüceyrələrində rast gəlir. Bu zaman hüceyrənin
müəyyən sahəsində 0,5 nm diametri qalınlaşma olur ki,
çox vaxt bu qalınlaşma elektron sıx maddədən ibarət
olub, bəzən çox qatlı olur. Bəzən sitoplazma tərəfdən bu
zonada elektron sıx maddə yerləşir ki, bu da membranın
daxili səthinin qalınlaşmasına səbəb olur. Qonşu
hüceyrələrin desmosomları simmetrik yerləşir və
hüceyrələrin mexaniki əlaqəsini təmin edir.
Dostları ilə paylaş: