SİTOPLAZMATİK MEMBRAN, QURULUŞU,
KİMYƏVİ XÜSUSİYYƏTLƏRİ VƏ
VƏZİFƏLƏRİ
Hüceyrənin bütün membranlarının - sitoplazmatik
membran, hüceyrədaxili komponentlərin membranları
və s. hamısı üçün ümumi bir xüsusiyyəti var ki, o da
onların çox nazik (6-10 nm) lipoproteid təbiətli
olmasıdır.
Membran
hüceyrə
komponentlərini,
boşluqları, hüceyrənin özünü örtür və xarici mühitdən
ayırır. Belə ki, sitoplazmatik membran hüceyrəni
xarici mühitdən ayırmaqla, onun qapalı olmasını
təmin edir. Membranın bir çox çıxıntıları olmasına
baxmayaraq o qapalıdır
(Şəkil 16
sxem-1
)
. Hüceyrənin
heç bir yerində açılmır. Hüceyrə daxilindəki qapalı
membranlar şar və yastı formalı vakollar yaradır ki,
onlar da bəzən çox mürəkkəb formada ola bilirlər,
bəzən də süngər və tor əmələ gətirirlər. Bu halda
həmin boşluqlar membran ilə əhatə olunur. Bu halda
belə membranlar sitoplazmanın iki quruluş vəziyyətini
yaradırlar: hialoplazma – onun homogen kimyəvi
cəhətdən zəngin, fiziki və fiziki-kimyəvi xüsusiyyətlərə
malik duru hissəsi və membranla əhatə olunmuş
47
vakuollar, çöplər, orqanoidlər və törəmələr olan
paraplazma və metaplazma hissəsi.
Mitoxondri və plastidlərin də membranları belə
xüsusiyyətə malik olurlar. Onlar həmin orqanoidlərin
daxili kütləsini membranlar arası sahədən və
hialoplazmadan ayırırlar. Nüvə membranı da iki
lövhədən ibarət olub hər lövhə öz növbəsində üç qatdan
ibarətdir. Nüvə membranı da karioplazma və
xromosomları perinüklear sahədən və hialoplazmadan
ayırır. Membranların bu xüsusiyyətləri onların kimyəvi
tərkibi və lipoproteid təbiəti ilə əlaqədardır (Şəkil 17
sxem-2).
Şəkil 16
.
Hüceyrə membranının quruluşu(sxem-1).
48
Şəkil 17.
Hüceyrə membranının quruluşu(sxem-2).
Hüceyrənin
plazmatik
membranı
50%
fosfolipidlərdən və 50% müxtəlif zülallardan təşkil
olunub, nüvə qlafı
(membarnı) 70-75% zülallardan və
25-30% fosfolipidlərdən təşkil olunub. Xloroplast
membranlarında
fosfolipidlərin
əksər
hissəsi
qlikolipidlərlə əvəz olunur (daxili membranı).
Lipidlərə üzvü maddələrin böyük bir qrupu
daxildir ki, onlar suda çətin (hidrofob), üzvi
həlledicilərdə isə, asan (lipofil) həll olurlar. Bu qrup
maddələr yağ turşularının spirtli efirləridir ki, onlar sadə
yağlar şəklində hüceyrədə mövcud olur. Lakin membran
tərkibində mürəkkəb yağlara, steroidlərə də rast gəlinir.
Mürəkkəb yağlar sadə yağlarla digər yağ təbiəti
olmayan maddələrin birləşməsindən əmələ gəlir. Məs:
fosfolipidlər, qlikolipidlər, liporteidlər və s. membranda
ən çox rast gələn mürəkkəb yağlar fosfolipidlər
49
(qliserofosfatidlər),
sfinqomiyelinlərdir.
Qliserofosfatidlər üç atomlu spirtlərin, qliserinin iki yağ
turşusu və fosfor turşusu ilə birləşməsidir ki, fosfor
turşusu da öz növbəsində müxtəlif kimyəvi qruplarla
(xolin, serin, inozit, etanolamin və s.) birləşir.
Məsələn, membranda rast gələn qliserolipid-lesitin
tərkibində iki yağ turşusu, qliserin, fosfor turşusu və
xolin rast gəlinir. Digər membran lipidlərindən biri
sfinqomiyelində, qliserin amin spirti sfinqozinlə əvəz
edilmişdir. Steroidlər yağ turşularından iki doymamış
rabitənin olması ilə fərqlənirlər. Membranda steroid
təbiətli yağlardan ən çox rast gələni xolestrindir. Bitki
hüceyrələrində xolestrin olmur. Bitkilərdə xolestrini
fitosterinlər əvəz edir. Bakteriyalarda isə sterinlər olmur
(Şəkil 18).
50
Şəkil 18. Sitoplazmanın
membranınınquruluşu (elektron
mikroskopu ilə müşahidə).
а –
membranın elektron
mikroskopunda görünüşü
:
səthində qlikokaliks elementləri
görünənikiqatlı membran.
Membranlar arasında şəffaf sahə
görünür. х 300000 (B.K.Rollana
görə)
б – плазматик мембранын
molekulyar quruluşu:lipid
qatlarında(1)
inteqral
(2),
yarıminteqral
(3)
zülallar
yerləşir
Lipid qatlarının
daxili və
xarici
səthində əthi zülallar yerləşir
(4).
Sitoreseptor adlanan
qlikokaliksi
гликокаликси ямяля
эятирян мцряккяб интеграл
зцлалларын олигосахарид
зянжири (К.де Дйува эюря).
Б –
щцжейря сящтиндя
йерляшян ресепторлар
Dostları ilə paylaş: |