53
Şəkil 19. Hüceyrə membranının quruluşu.
Belə zülallar membranın yağ qatında elə yerləşir
ki, onların qütblü sahələri sanki hidrofob yağ hissəsinin
içərisinə daxil olur.
Zülalların hidrofil hissələri isə lipidlərin başcıq
hissəsi ilə birləşir və su fazasına doğru yönəlmiş olur
(şəkil 19). Ona görə də lipidlərin hidrofob hissələri ilə
qarşılıqlı əlaqədə olan belə zülallar praktiki olaraq su
fazasına çıxmırlar. Onları ancaq membranı zədələməklə
və ya üzvü həlledicilərlə ondan ayırmaq mümkün olur.
Dostları ilə paylaş: