Азярбайжан Республикасы Тящсил Назирлийи


PLAZMATİK  MEMBRANIN   İXTİSASLAŞMIŞ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə24/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   20   21   22   23   24   25   26   27   ...   126
PLAZMATİK  MEMBRANIN   İXTİSASLAŞMIŞ    
QURULUŞ  VAHİDLƏRİ 
 
Bir  çox  heyvan  hüceyrələrinin  plazmatik 
membranları  müxtəlif  çıxıntılar  əmələ  gətirirlər.  Çox 
vaxt  həmin  mürəkkəb  çıxıntılar  sitoplazmanın  xüsusi 
quruluş  vahidləri  olan  mikroborular,  mikrotükcüklər, 
fibrillər daha mürəkkəb quruluşlu kirpiklər, qamçılar və 
s. əmələ gətirirlər. 
Mikrotükcüklər  ən  çox  böyrək  və  bağırsaq  epiteli 
hüceyrələrində rast gəlir, onlar silindirşəkilli olub, üzəri 
membranla  ötürülmüş  olur.  Mikrotükcüklərin  qalınlığı 
100 
nm 
olur. 
Müxtəlif 
tipli 
hüceyrələrdə 
mikrotükcüklərin  sayı  və  uzunluğu  müxtəlif  olur. 
Bağırsaq  epitelisində  hər  hüceyrədə  3000-ə  qədər 
mikrotükcüklər  olur.  Mikrotükcüklər  arasındakı  dar 
sahə  və  qalın  qlikokaliks  membranda  özünə  məxsus 
ələk  əmələ  gətirir  ki,  buradan  da  sorulma  prosesində 
müxtəlif maddələr keçir.  
Bir  çox  toxumalarda  mikrotükcüklərin  sayı  və 
ölçüsü  hüceyrənin  həyat  fəaliyyətinin  müxtəlif 
dövrlərindən  asılı  olaraq  dəyişir.  Məsələn,  qalxanvari 
vəzi  hüceyrələrinin  sakitlik  dövründə  mikrotükcüklərin 
sayı  az,  ölçüsü  kiçik  olur,  lakin  vəzin  fəallaşması, 
intensiv hormon ifraz etdiyi və onu qana ötürdüyü vaxt 
onların  ölçüsü  böyüyür  və  sayı  artır.  Mikrotükcüklərin 
hüceyrədə  rolu  dəqiq  öyrənilməsə  də,  məlumdur  ki, 
onlar  hüceyrənin  sorulma  sahəsini  artırır.  Bu  xüsusilə 
sorulma  funksiyasını  yerinə  yetirən  hüceyrələrdə  daha 
çox  rast  gəlinir.  Məsələn:  bağırsaq  epitelisində  1  mm
2
 


 
65 
membran sahəsində 
8
10
2

 mikrotükcük olur. Plazmatik 
membran  çıxıntılarından  ən  geniş  yayılanı  kirpik  və 
qamçılardır.  Kirpik  və  qamçılar  da  membranla  örtülü 
olur.  Kirpiyin  diametri  200  nm,  uzunluğu  isə  20  mkm 
olur.  Hüceyrədə  kirpiklərin  miqdarı  dəyişkəndir.  Əgər 
kirpik  təkdirsə  və  iridirsə  o  qamçı  adlanır.  Onun 
uzunluğu 2 mkm-dən 2 mm-ə qədər ola bilər.  
Kirpik  və  qamçılar  heyvan  hüceyrələrində  geniş 
yayılmışdır.  İnfuzorda  hər  hüceyrədə  yüzlərlə  və 
minlərlə kirpik olur. Onlar hərəkət funksiyalarını yerinə 
yetirirlər.  Bitkilərdə  onlar  erkək  cinsi  hüceyrələrində 
rast  gəlir.  Çılpaqtoxumlu  və  Örtülütoxumalarda  kirpik 
və qamçılar olmur.  
Kirpik 
və  qamçıların  quruluşu,  vəzifələri 
hüceyrələrin xüsusi orqanoidləri bəhsində verilmişdir.  

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin