179
sitoplazmanın aqreqat halının dəyişməsində, hüceyrənin
hərəkətində, orqanoidlərin sitoplazmada yerdəyişməsində,
yalançı ayaqların, mikroxovların yaranması və yox
olmasına, endositoz və ekzostozda mühüm rolu var.
Mikroborucuqlar mikroxovların karkasını yaradır, həm
də hüceyrədaxili törəmələrin yaranmasında iştirak edir.
Aralıq filamentlər - bunların qalınlığı aktin
filamentlərindən çox, mikroborucuqların diametrindən
isə az olur (şəkil 47) . Hüceyrənin ən sabit
filomentləridir, dayaq funksiyasın yerinə yetirirlər.
Məsələn bu strukturlar sinir hüceyrələrinin çıxıntılarının
uzunluğu boyu, desmosom nahiyəsində, hamar
miositlərin sitoplazmasında yerləşir. Müxtəlif tipli
hüceyrələrdə
aralıq
filomentlər
tərkibinə görə
fərqlənirlər. Neyronlarda 3 müxtəlif polipeptiddən ibarət
neyrofilomentlər
əmələ
gətirir.
Neyroqliya
hüceyrələrində aralıq filomentlərin tərkibinə turş qlial
zülal daxildir. Epitel hüceyrələrində keratin filomentləri
(tonofilomentlər)
var. Əzələ hüceyrələrində isə
(damarların miositləri istisna olmaqla) aralıq filomentlər
desmin zülalından ibarətdir.
Dostları ilə paylaş: