Азярбайжан республикасы



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix27.12.2022
ölçüsü0,62 Mb.
#78021
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
618 praktikum mehkeme ekspertizasi 2018 (1)

Birinci sualın müzakirəsində məhkəmə-ballistik 
ekspertizasının mahiyyəti, predmeti, obyektləri, növləri və 
vəzifələri. 
Odlu silahların və döyüş sursatlarının tədqiqi. Odlu 
silahların və döyüş sürsatlarının tədqiqində eksperimental 
nümunələrin alınması. Tədqiqatın aparılması üçün hamar 
lüləli ov tüfənglərindən eksperimental mərmilərin alınması. 
Odlu silahın hissə və mexanizmlərinin giliz və güllə 
üzərində saxladıqları izlər. Giliz və gülləyə görə odlu 
silahın eyniləşdirilməsi. Giliz, güllə, mərmi, karteçlərin və s. 
ekspertizası.Odlu silahın tədqiqində həll olunan əsas 
məsələlər. Döyüş sürsatlarının tədqiqində həll olunan
məsələlər. Atılmış gilızə görə patronun növünün müəyyən 
edilməsində ekspert hərəkətlərinin ardıcıllığı. Atılmış 
gülləyə görə yivli odlu silahın müəyyən edilməsində 
ekspert hərəkətlərinin ardicıllığı. Güllənin uçuş xəttinin 
müəyyən edilməsi. Atəşin əlavə faktorları olan barıt və 
metal hissəciklərinin atəşdən sonra mərmilər(güllələr) 
vasitəsilə müəyyən məsafələrə aparılmasının nəzəri və 
metodiki əsasları.Atəş məsafəsinin və silahın növünün 
atəşin tətbiqi izlərinə görə müəyyən edilməsi metodları. 
Atəş izlərinin tədqiqi zamanı həll edilən əsas məsələlər. 
Məhkəmə - ballistik ekspertin rəyinin müstəntiq və 
məhkəmə tərəfindən qiymətləndirilməsi məsələlərinə 


-19- 
xüsusi diqqət yetirilməlidir. Sual üzrə iki kursantın 
dinlənilməsi məqsədəuyğundur.
İkinci sualın müzakirəsində partlayış-texniki 
ekspertizasının mahiyyəti, obyektləri, növləri, partlayıcı 
qurğuların təsnifatı. Partlayış – texniki ekspertizasında həll 
olunan məsələlər, partlayış mexanizminin, partlayıcı 
qurğuların və maddələrin tədqiqində ekspert qarşısında 
qoyulan suallar, partlayıcı qurğunun növünün, hazırlanma 
və partlama üsullarının müəyyən edilməsi, partlayıcı 
maddələrin tərkibinin tədqiqi ətraflı müzakirə olunmalıdır,
Üçünçü sual üzrə soyuq silahın anlayışı və təsnifatı. 
Tiyəli və tiyəsiz soyuq silahlar konstruktiv əlamətləri
soyuq atıcı sılahların təsnifatı, obyektləri, vəzifələri və 
cinayətlərin araşdırılmasında əhəmiyyəti, soyuq silahların 
tədqiqində həll olunan məsələlər, onların tədqiqat 
metodikası, qaz silahlarının ekspertizasının mahiyyəti, 
predmeti, 
obyektləri 
və 
vəzifələrinin 
müzakirəsi 
məqsədəuyğundur.  

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin