Азярбайжан республикасы



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix27.12.2022
ölçüsü0,62 Mb.
#78021
1   ...   13   14   15   16   17   18   19   20   21
618 praktikum mehkeme ekspertizasi 2018 (1)

Birinci 
sualın 
müzakirəsində 
məhkəmə-tibbi 
ekspertiza, onun hüquqi və təşkilati əsasları, obyektləri, 
növləri, təyin olunmasının və keçirilməsinin prosessual 
qaydaları. Meyitlərin məhkəmə-tibbi ekspertizası. Canlı 
şəxslərin məhkəmə-tibbi ekspertizası.İş materialları və tibb 
işçilərinin peşə fəliyyətlərində hüquqpozmalarla bağlı işlər 
üzrə məhkəmə-tibbi ekspertizalar. Maddi sübutların 
məhkəmə-tibbi ekspertizasi: müayinə obyektləri, növləri, 
tədqiqat qaydaları və həll etdiyi məsələlərə xüsusi diqqət 
yetirilməlidir. Sual üzrə iki kursantın dinlənilməsi 
məqsədəuyğundur.
İkinci sual üzrə məhkəmə-psixoloji və məhkəmə-
psixiatrik ekspertizasının predmeti, obyektləri və vəzifələri. 
Məhkəmə-psixiatrik 
ekspertizasının 
keçirilməsi 
üçün 
materialların hazırlanması. Məhkəmə-psixiatrik ekspertiza-
sının həll etdiyi məsələlər. 
Məhkəmə-psixoloji ekspertiza və onun səlahiyyətləri: 
psixi inkişafin geri qalması və ya ləngiməsi; şəxsin 
aqressivliyi, emosionallığı,ə səbi-psixi proseslərin qeyri-
sabitliyi və ya ifrat xarakterini göstərən əlamətlərin 
öyrənilməsi; hadisələri qavramaq, yadda saxlamaq və yada 
salmaq qabiliyyətinin öyrənilməsi və müəyyən edilməsi; 
zərər çəkənin hərəkətləri nəticəsində təqsirləndirilən şəxsdə 
güclü emosional halın yarana bilməsini göstərən 


-30- 
əlamətlərin və emosional vəziyyətin müəyyən edilməsi; 
şəxsin öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz 
hərəkətlərinin idarə edə bilmək qabiliyyətinin psixi 
xəstəliklə bağlı olmadığının müəyyən edilməsi; davranışın 
psıxoloji motivinin və mexanizminin müəyyən edilməsi; 
verilən ifadənin obyektivliyinə şübhə yarandıqda ifadə 
verən şəxsin psixi xüsusiyyətlərinin müəyyən edilməsi; 
suisidentin davranışına təsir etmiş psixoloji amillərin və 
onun psixi vəziyyətinin müəyyən edilməsi; şəxsin ekstremal 
şəraitdə davranışının şəraitə adekvat olmadığı halda onun 
psixi xüsusiyyətlərinin müəyyən edilməsi. Məhkəmə-
psixioloji ekspertizasinin həll etdiyi məsələlər ətraflı 
müzakirə olunmalıdır,
Üçünçü sual üzrə məhkəmə-bioloji ekspertizasının 
predmeti, obyektləri, qrupları və növləri. Məhkəmə-
botaniki, 
məhkəmə-zooloji, 
məhkəmə-mikrobioloji, 
məhkəmə-entomoloji, 
məhkəmə-ixtioloji, 
məhkəmə-
ornitoloji və odroloji ekspertizaları. Məhkəmə - bioloji 
ekspertizasının keçirilməsi üçün materialların hazırlanması. 
Məhkəmə-tibbi, məhkəmə-psixoloji, məhkəmə-psixiatrik,
məhkəmə-bioloji ekspertizalarının cinayətlərin açılmasında, 
araşdırılmasında və qarşısının alınmasında əhəmiyyəti ilə 
bağlı məsələlərin müzakirəsi məqsədəuyğundur.  

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin