digərlərindən müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar
yalnız təriflənir, obrazlı
ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə olunur.
Yubileylər əsasən iki formada aparılır. Birincisi görkəmli adamların, əlamətdar tarixi günlərin
qeyd olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostlarla keçirilən yubiley şənlikləri.
Yubileylərin forması, keçirilmə şəraiti fərqli olduğu
kimi orada söylənilən nitqlər, çıxışların
ifadə tərzi də müxtəlif olur.
Birincidə bu tədbir, adətən ciddi planda aparılır. Əvvəlcə bir nəfər (müəssisənin rəhbəri və ya
mötəbər adamlardan biri) giriş nitqi söyləyir. Bu nitq nizamlı olur. Replikalara, zarafatlara yol
verilmir. İkinci tədbirdə isə zərif-duzlu atmacalara, incə yumora geniş yer verilir.
Məişət nitqinin çox geniş yayılmş forması toy mərasimlərində tamada-masabəyinin nitqidir.
Müxtəlif peşə sahibi olub, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini məclis
əhli maraqla dinləyir, ondan həzz alırlar. Ona görə də toy salonlarında dilimizi yaxşı bilən, onun
ifadə vasitələrindən məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər.
Məişət nitqinin digər forması hüzn mərasimlərində söylənilən vida nitqidir. Bu nitq həcmcə
qısa və yığcam olur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir.
Hal-hazırda yas mərasimlərində ictimaiyyətin bütün təbəqələrindən
olan adamlar iştirak
edirlər. Belə məclisləri aparanlar (bunlar daha çox din xadimləri olurlar) söhbət açdıqları
mövzular, ifadə tərzi, şərh üsulu, nitq və s. ilə adamları cəlb etməyi bacarmalıdırlar.