§ 12.2. Sarsıdıcı qüvvə və sarsıdıcı təcil
İxtiyari P1 planetinin hərəkətinin sarsılmasma baxaq. Fərz edək ki, şəkil 12.1- də G -Günəş, P1 - hərəkətinə baxdı-ğımız planet və P2 - sarsıdıcı təsir göstərən planetdir. Şəkildə r1 və r2 uyğun olaraq P1 və P2 planetlərinin heliosentrik mə-safələri, r isə P1 və P2 planetləri arasındakı məsafədir.
w2
Şəhil 12.1. Sarsıdıcı təcil
Aydındır ki, P1 planetinin Günəşin cazibə qüvvəsindən al-dığı təcil
,
Günəşin isə P1 planetinin cazibə qüvvəsindən aldığı təcil
M,
w,=G:
olar. Əgər P2 planetinin sarsıdıcı təsiri olmasaydı P1 planeti Günəş ətrafında
1VF+M,
w n =w 0 -w, = G
nisbi təcili ilə Kepler qanunlarına görə hərəkət edərdi. Fakin P1 planeti P2 planetinin cazibəsindən
м
г
təcili, Günəş isə P2 planetinin cazibəsindən
М2
w2=G —
təcili alar. Burada М0, М1 və М2 uyğun olaraq Günəşin, P1
planetinin və P2 planetinin kütlələridir. Burada, w1 və w2 tə-
cilləri sarsıdıcı təcillərdir.
Aydındır ki, P1 planetinə təsir edən yekun sarsıdıcı təcili
hesablamaq üçün wj və w2 təcillərini vektorial olaraq topla-
maq lazımdır. Onun üçün w2 təcilini özünə paralel, lakin əks
istiqamətdə P1 -ə köçürmək və w2 = -w2 və w[ vektorlarını
toplamaq kifayətdir.
Äydındır ki, w2 və w2 əks istiqamətlərə yönəldiyindən
sarsıdıcı təcil sarsıdan planetin Günəşə və hərəkətinə baxdığımız planetə göstərdiyi təcil vektorlarının fərqi-nə bərabər olacaqdır.
Şəkildən göründüyü kimi
wsWlcl=w;+f-wj
sarsıdıcı təcil sarsıdıcı P2 planetinə doğru yönəlmir.
Göstərmək olar ki, Günəş, hərəkətinə baxdığımız planet və sarsıdıcı planet bir düz xətt üzərində olsa və planetlər Gü-nəşdən eyni tərəfdə yerləşsə yekun sarsıdıcı təcil sarsıdıcı pla-netə doğru yönəlir. Planetlər Günəşlə bir düz xətt üzərində Günəşdən əks tərəflərdə olduqda isə sarsıdıcı təcil sarsıdıcı planetdən əks tərəfə yönəlir.
Dostları ilə paylaş: |