XII FƏSİL SÄRSINTIFÄR Əgər hər hansı bir planet yalnız Günəşin cazibəsinə məruz qalarsa о Günəş ətrafında dəqiq Kepler qanunla-rı ilə hərəkət edərdi və onun orbiti sabit orbit elementləri ilə xarakterizə olunar-dı. Belə hərəkət sarsılmamış hərəkət adlanır. Lakin hərəkətinə baxdığımız planetə Günəşdən başqa digər planetlər də təsir edir. Ona görə də planetin hərə-kətində Kepler qanunlarından kənara çıxmalar baş verir və onun orbit ele-mentləri müntəzəm olaraq dəyişər. Be-lə hərəkətə sarsılmış hərəkət deyilir. Bu fəsildə sarsıntılar və onunla əlaqədar olan bəzi hadisələrdən bəhs ediləcəkdir.