109
Şəkil 6.10. Planetləvin əvbit elementləvi
lar. Yalnız bəzi kometlər üçün (6.17) şərti ödənilir, yəni onlar tərs hərəkət edirlər.
-
Qalxan düyünün uzunluğu b; Qalxan düyün planetin orbit müstəvisinin ekliptika müstəvisi ilə (Yerin orbit müstəvi-si ilə) o kəsişmə nöqtəsidir ki, bu nöqtədə planet göy sferinin cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Onda şəkil 6.10-dan göründüyü kimi planetin qalxan düyünün uzunluğu
b=ZY<3b və ya uTb (6.18)
olar. Qalxan düyünün uzunluğu 0o ilə 360o arasında dəyişə bi-lər.
-
Perihelinin bucaq məsafəsi w; Perihelinin bucaq məsa-fəsi Günəşdən planet orbitinin qalxan düyününə və perihelisi-nə olan istiqamətlər arasındakı bucaqdır. Şəkil 6.10-dan göründüyü kimi perihelinin bucaq məsafəsi
co=ZcQGn və ya ucQri (6.18)
olar və 0o ilə 360o arasında qiymətlər ala bilər. Bəzən periheli-nin bucaq məsafəsi əvəzinə qalxan düyünün uzunluğu ilə peri-helinin bucaq məsafəsinin cəmi
istifadə olunur. Bu perihelinin uzunluğu adlanır.
-
3b>
Dostları ilə paylaş: |