BAĞIRSAQ İNFEKSİYALARI
Bağırsaq infeksiyaları qrupuna daxil olan xəstəliklərin kliniki mənzərəsinə xas olan əsasən mədə-bağırsaq traktının zədələnməsidir ki, bu, orqanizmin ümumi intoksiyasiyası ilə keçir, bu zəhərlənmə törədicinin həyat fəaliyyəti məhsullarının (mikrobun enqo və ekzotoksinlərinin) təsiri maddələr mübadiləsinin pozulması, müxtəlif toksik məhsulların bağırsaq divarından sorulması və bağırsaq boşluğuna ifraz edilməsi nəticəsində əmələ gəlir.
Epidemioloji cəhətcə bütün bağırsaq infeksiyalarının ümumi əlaməti insanın patogen mikroblarla yoluxma mexanizmi, yəni ağızla yoluxmadır. Bu xəstəliklər sağlam, lakin xəstəliyə həssas olan insan daxilində patogen mikroblar olan qida məhsullarını, suyu qəbul etdikdə və ya mikroblar çirkli əllərlə ağıza daxil olduqda meydana çıxır.
Bağırsaq infeksion xəstəliklərin törədiciləri xarici mühitə nəcis və bəzən qusuntu kütləsi ilə ifraz edilir.
Qarın yatalağı xəstəliyin törədicisi bakteriyalardır, xarici mühitdə (suda, süddə, meyvə və tərəvəzdə) uzun müddət yaşaya bilirlər. İnsanlar çox vaxt su və ya qida məhsullarını qəbul etdikdə yoluxurlar. Xəstəliyin inkubasiya dövrü 10 gündən 14 günə qədər olur. Xəstəlik tədricən imumi zəiflik, kefsizlik, baş ağrıları, iştahanın pisləşməsi, temperaturun qalxması, yuxusuzluq ilə başlanır. 6-7 gün ərzində dil böyüyür, şişir, qalınlaşır, üzəri çirkli boz ərplə örtülür, kənarları və ucu qırmızımtıl rəngdə olur. Qarın köpür, qaraciyər, dalaq böyüyür, qarnın üzərində, döşdə, kürəkdə düzgün formalı çəhrayı ləkələr gəlir.
Ağırlaşmalar: bağırsağın deşilməsi, qanaxması, ocaqlı pnevmaniya.
Müalicə. Hospitalizasiya. Tam sakitlik, palatanın təmiz, temperaturun 19-20° qədər olması, təmiz havanın daxil olması, xəstənin şəxsi gigiyenası əsas şərtlərdir. Pəhriz-yüksək kalorili, vitaminlərlə zəngin, duru halında qida verilməlidir. Antibiotiklər (levomisetin, ampisillin), daxilə və ya dərialtına efedrin (5%-li məhlulu), kordiamin (dərialtına 2 ml) təyin edilir. Bağırsaq qanaxması zamanı xəstəyə müvəqqəti (10-12 saat) qida vermirlər, lakin о az-az maye içə bilər, qanköçürmə (120-150 ml qan), kalcium-xloridin 10 % məhlulu, vitamin К (vikasol) təyin edilir.
Profilaktika ümumi sanitariya-gigiyena tədbirləri: yaşayış yerlərinin düzgün su təchizatı və kanalizasiya ilə təmin edilməsi, milçəklərlə mübarizə, şəxsi gigiyena qaydalarının gözlənilməsi, qida müəssisələrində, mağazalarda, yeməkxanalarda, uşaq kollektivlərində bakteriya gəzdirənlər aşkar edilməsi. İnfeksiya ocağı dezinfeksiya edilməlidir. Qarın yatalağı vaksinası ilə aparılan profilaktik peyvəndlər qarın yatalağı xəstəliyinin azalmasına kömək edir.
Dizenteriya. Törədicisi - Fleksner, Zonne çöpcükləri. İnfeksiyanın mənbəyi - xəstə insan, yaxud daşıyıcı olur, yayılma yolu - su, qida. Xəstəliyin yayılmasında milçəklər də müəyyən rol oynayır. Maksimal xəstələnmə iyul-avqust aylarına düşür, bu da həmin dövrdə yuyulmamış çiy tərəvəz və meyvələrdən, çiy sudan daha tez-tez istifadə olunması ilə əlaqədardır.
Xəstəlik kəskin başlayır: bədən hərarəti 39-40° qədər artır, ümumi halsızlıq, süstlük, iştahanın itməsi, qusma. Bir neçə saatdan sonra qarında ağrılar, sulu nəcis ifraz olunur və tezliklə qanlı selik şəklini alır. Yoğun bağırsağın aşağı hissəsində spazmaların olması nəticəsində xəstədə nəcis ifraz etməyə yalançı meyllik meydana çıxır. Defekasiyanın sayı gündə 20-25 dəfəyə çata bilər. Dezinteriya yüngül, orta ağır və ağır formalarda olur. Ağır formasında toksikoz halı müşahidə edilir: təkrar qusma, qıcolma, şüurun itməsi, ürək-damar pozğunluqları (taxikardiya, arterial qan təzyiqinin aşağı düşməsi). Xəstəlik zamanı orqanizmin mühafizə qüvvələri zəifləyir və çox zaman xüsusilə də uşaqlarda ağ ciyərlərin, orta qulağın iltihabı, stomatit kimi ağırlaşmalar baş verir.
Vaxtında və düzgün müalicə aparılmayanda dizenteriyanın kəskin forması xroniki formaya tez çevrilir.
Müalicə: Məcburi qospitalizasiya, yataq rejimi. Pəhriz, antibiotiklər (levomisetin, terramisin, tetrasiklin), vaksinoterapiya, sulfanilamid preparatları, antitoksik serumlar, müalicəvi imalələr, qlükoza - vitaminoterapiya, qan, plazma, eritrosit kütləsi köçürmələr.
Profilaktika. Yaşayış yerlərinin sanitariya vəziyyətinin yüksəldilməsi, şəxsi gigiyena qaydalarına ciddi nəzarət edilməsi, qida gigiyenasının həyata keçirilməsi. Dizenteriyalı xəstələrin hamısı qospitalizə olunmalıdır. Xroniki dizenteriyalı xəstələr mədə-bağırsaq kabinetlərində qeydə alınmalıdırlar. İnfeksiya ocağında mütləq yekun dezinfeksiya aparılmalıdır. Xroniki dizenteriyalı xəstələri işləmək üçün qida müəssisələrinə, yeməkxanalara, uşaq kollektivlərinə buraxmırlar.
Qida toksikoinfeksiyaları. Başlıca səbəb salmonella qrupu bakteriyaları ilə yoluxmuş ət və balığın işlədilməsidir. Xəstəlik kəskin, ümumi halsızlıq, mədə bulanması, təcrari qusma, qarında ağrılarla başlanır. Sonra tez-tez defekasiya, dəri örtüyünün avazıması, nəbzin zəifləməsi, qan təzyiqinin düşməsi, bərk yanğı hissi, temperaturun çox yüksək dərəcəyə çatması, orqanizmin susuzlaşması, kəskin damar çatmamazlığı, hətta qıc olmaları mümkündür.
Müalicə və xəstələrə qulluq. Xəstə sitasionara daxil olan kimi yoğun zonddan istifadə edərək 0,5 %-li natrium-bikarbonatın ilıq məhlulu ilə mədəsini yumaq lazımdır. Eyni zamanda 25 qr maqnezium-sulfat təyin edirlər. Ürək-damar sisteminin vəziyyətini gözləmək, qan təzyiqinə sistematik nəzarət etmək, lazım gəldikdə efedrin, kordiamin istifadə olunur. İntoksikasiya nəzərə çox çarpdıqda xəstənin venasına gündə 2 dəfə 0,85 %-li natrium xlor (fizioloji) məhlulundan hər inyeksiyada 500 ml yeridilir, 5 %-li qlükoza məhlulu çoxlu miqdarda damcı üsulu ilə yeridilir.
Profilaktika. Kəsilməyə göndərilən mal-qara üzərində baytar və sanitariya nəzarəti tədbirləri, ət, balıq və başqa qida maddələrinin saxlanılmasında sanitariya-gigiyena tələblərinin təmin edilməsi, yeyinti məhsullarının düzgün kulinar işlənməsi və onların soyuqda saxlanılması qida toksikoinfeksiyalarının profilaktikasında başlıca rol oynayır.
Dostları ilə paylaş: |