Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə167/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   163   164   165   166   167   168   169   170   ...   174
'Elbrus Şafmar
Daha  sonra,  internat  məktəbin  (Çatal)  təcrübə 
sahəsindəki  təsərrüfatda  işləməyi  də  çox  xoşlayıram.  Bu 
sözləri  heç  kim  özünü  tərif  kimi  başa  düşməsin.  Mən 
uşaqlıqdan  əməyə bağlı  olmuşam.  Bu yaşımda o adətimi 
tərgidə  bilmərəm.  Bu  il  belə  bir  eksperiment  aparmaq 
fikrindəyəm.  «Çatal»  da  30  hektar  taxıl  sahəmiz  var. 
Həmin  sahədən  gələn  il  hektardan  40  sentner  biz,  35 
sentner  sovxoz  rəhbərləri  götürsələr,  aramızda  narazılıq 
olacaq.  Hədələmirəm,  indidən  tapşırıram.  Sözümüz 
sözdür.  Bol  məhsul  götürmək  üçün  indidən  ciddi  çalış­
maq gərəkdir. İndiki payız əkinindən çox şey asılıdır.
-  Yoldaş  Çələbov,  rayonumuzun  sabahına  necə 
baxırsınız?
-  Bilirsiniz,  bütün  ömrüm  boyu  haqq-ədalət  tərəfdarı 
olduğumdan  bu  hissi  həmişə  mübarizə  silahım  hesab 
etmişəm.  Ədalət  naminə mübarizəmi  yenə  inadla  davam 
etdirəcəyəm.
Məni  indiki  iqtisadi  vəziyyət  çox  düşündürür.  Yuxa­
rıda  dedim,  bu  bəladan  xilas  olmaq  üçün səmərəli  yollar 
arayıb  axtarmalıyıq.  Rayonumuzun  sabahına  bu  yolda 
uğur,  qələbə,  dönüş  qazanmaq  ümidilə,  nikbinliklə,  gü­
lərüzlə  baxıram.  Amma  bir  qayğı  dərhal  məni  üstələyir. 
Sabahımız  bu  gün  öz  əlimizdədir.  Bu  gün  kəndli  də, 
təsərrüfat  rəhbəri  də,  hətta  rayonun  başçısı  da  qızıl  kimi 
qiymətli,  münbit  torpağımızdan  nə  qədər  möhkəm 
yapışsa, açılan sabahımızın  bir o qədər bolluq,  firavanlıq 
içində olacağına şübhəmiz olmamalıdır.
Aytəkin Alxaslı, 
«Qusar»ın xüsusi müxbiri 
4 noyabr 1992
368
HAMININ GÖZÜ ÖNÜNDƏ
Sübut  etməyə  ehtiyac  varmı  ki,  insanın  mədəniyyəti, 
onun  təhsili,  etik  qaydalara  riayət  etməsi,  işinin  keyfiy­
yətini,  insanlar  arasında  olan  avtoritetini,  sözünün  kə- 
sərliyini  insanlara  təsir  dərəcəsini  müəyyən  edir?  Gö­
rünür,  bu  hamı  üçün  məlum  həqiqətdir.  Lakin,  mənim 
fikrimcə,  hər  kəsə  aid  olan  bu  keyfiyyət  göstəriciləri 
inzibati orqanlarda işləyənlər üçün daha vacibdir.
Fərqi  yoxdur,  sıravi  milis  işçisi,  yoxsa,  şöbənin  rəisi, 
müstəntiq  yoxsa  prokuror,  xalq  hakimi,  yoxsa  məhkəmə 
icraçısıdır.
Qabaqcadan  deyirəm  ki,  inzibati  orqanların  işçilə­
rində  bu  keyfiyyətlərinin  olmadığında  mən  günahlan­
dırmaq məqsədi güdmürəm.  Əksəriyyəti savadlı, fədakar, 
cəsarətli  və  mədəni  insanlardı:  belə  nizam-intizam  ke­
şikçiləri  haqqında  hekayələr,  povestlər  yazılıb  (və  ya­
zılacaq) kinofilmlər çəkilib və mahnılar bəstələnib.
Lakin  hələ  ki,  bunların  arasında  elə  insanlara  rast 
gəlirik,  hansılar  ki,  ümumi  dünya  görüşləri,  mədəni 
səviyyələrinə görə onların tutduğu vəzifələri uyğun deyil.
İnsan  xidməti  geyimində  hər  zaman  göz  qabağın­
dadır.  İnsanlar  onda  qanun  və  hökumət  görürlər.  Ona 
görə  də  ona  bizim  həyatımızın  normalarına  zidd  olan 
əhəmiyyətsiz,  heç  nə  bağışlanmır.  Heç  bir  şeyə  qadir  ol­
mayan, mədəniyyətsiz, kobud  və qaba  orqan  işçisi  böyük 
məyusluq  və  qəzəb  yaradır.  İnzibati  orqan  işçisindən 
«Ey,  sən!»  müraciətini  eşidəndə,  necə  qəzəblənmiyəsən. 
Axı çox vaxt o, belə müraciəti normal hesab edir.
Təəssüf ki,  hətta  hakimlər  arasında  da  dardüşüncəli, 
aşağı  nitq  mədəniyyətli  və  yaxşı  tərbiyə  almamış  insan­
lara  da  rast  gəlmək  olur.  Belə  insanlardan  necə  gözlə­
_______________________ Qusar beşiyim tronim
______________________
369



Elbrus Şafumr
yəsən  ki,  istintaq  zamanı  onlar  həqiqəti  aşkar çıxarmaq, 
müttəhimin  günahının  dərəcəsini  təyin  etməkdən  savayı, 
insanlar  arasında  tərbiyəli  və  izahedici  vəzifə  yerinə 
yetirəcəklər?
Əfsuslar  olsun,  təcrübə  göstərir  ki,  məhz dar  dünya- 
görüşlü,  aşağı  səviyyəli  işçilər,  daha  doğrusu  səhlən­
karlıq,  prinsipsizlik  və  nöqsanlara  razılaşmalı  münasibət 
göstərirlər.  Qanunun  və  nizam-intizamın  keşiyində  da­
yanmaq,  insan  hüquqlarını  qorumaq,  ləyaqətsiz  hərə­
kətlərə  görə  cəzalandırmaq  -  bu  böyük  məsuliyyət  tələb 
edir.  İnzibati  orqanların  işçiləri  çətin  və  şərəfli  vəzifə 
yerinə  yetirirlər.  Bu  vəzifə  onlardan  maksimum  fəda­
karlıq,  mədəniyyət və etik normalara riayət etməyi, geniş 
dünyagörüşünün olmasını, ədalətliyi və obyektivliyi tələb 
edir.
Hamıda,  kimdən  ki  söhbət  gedir,  bu  keyfiyyətləri 
görmək çox çətindir. Lakin, aydındır ki, insanları hüquq- 
mühafizə  orqanlarına  işə  göndərəndə,  onların  dözümü­
nü,  insanlarla  ünsiyyət  qurmağı  nəzərə  almaq  lazımdır. 
Lakin  orqanlarda  işləyənləri,  hər  şeydən  əvvəl,  ciddi 
nəzarət  altında  tərbiyə  etmək  lazımdır.  Azərbaycan  KP 
MK-nın Nərimanov rayonu haqqında çıxardığı qərar çox 
kəskin  xatırladır  ki,  burada  hətta  cüzi  mərhəmət  də 
yolverilməz.
Z.Çələbov 
İnternat məktəbinin direktoru 
Qusar «Bakinskiy raboçiy» qəzeti. 211 
10 sentyabr  1981
*  *  *
370
Zeynəddin  Çələbov  internat  direktoru  olduğu  zaman 
kəsiyində  Qusar  rayonunda  olan  bir  toplantıda  aşağıda 
göstərilən  məzmunda  iştirakçılar  qarşısında  çıxış  etmiş  və 
onun bu çıxışı  alqışlarla qarşılanmışdır:  Hörmətli  toplantı 
iştirakçıları,  Siz  bilirsiniz  ki,  bu  gün,  ən  əsası,  yardımçı 
təsərrüfatımız  var.  Budur,  mən,  o  insanam  ki,  Azər­
baycanın  məhsuldar  torpağında  doğulmuşam  və  bütün 
ömrümü burada yaşamışam.
Bir əllərimə  baxın.  Yadımdadı,  mənim  atam  deyirdi: 
«Oğlum,  torpaq  (bizim  qida  mənbəyimizdir)  bizi  dolan­
dırır.  Ona  nə  qədər  əmək  sərf  etsən,  o  qədər  xeyir  gö­
rərsən.»
Bunu  ta  uşaqlıq  illərindən  dərk  edərək,  buna  başqa 
cür münasibət göstərə bilməzdim.  Budur, artıq  iyirmi altı 
ildir, uşaqların tərbiyəsilə məşğul oluram.
Onların  aralarında  həmkəndlilərimiz  də  var,  dost- 
tanışımın uşaqları da.
Bizim  internat  məktəbimiz,  demək  olar  ki,  təmiz 
akademik biliklərlə məşğuldur, yəni ümumi təhsillə.
Amma,  ətrafımızda  o  qədər  istifadəsiz  torpaqlar  var 
ki, orada cavan əllər möcüzələr yarada bilər.
Sözün  qısası,  çox  çətinliklə ona  nail  olduq  ki,  bizə 27 
ha  yararsız  torpaq  sahəsi  ayırdılar.  Bilirsinizmi,  elə  bil 
uşaqlarımıza  yeni  həyat  verdilər.  Ola  bilər,  bu  ya  əkinçi 
ata-babalarımızın  çağırışı  idi,  ya  da  ərzaq  proqramının 
həllinin  ölkəmiz  üçün  necə  vacib  olduğuyu  dərk  edən 
gənclərimizin  ruh  yüksəkliyi  idi.  Uşaqlarımız  çox  şey 
qazandılar.  Bu  gün  bizim  hər  cür  bostan  məhsulları  ilə 
dolu  olan  torpağımız,  bağçamız,  meyvə  bağımız  və  öz 
fermamız  var.  Bilirsinizmi,  bu  işin  baş  tutacağına  heç
____________________________________ Qusar beşiyim tratıim
371


TlBrus Şafımar
kəsin  inanmadığı  bir  vaxtda,  bizim  uşaqların  mənəvi  və 
fiziki tərbiyəsində mühüm rol oynayır.
Biz bu gün  on  minlərlə manatlıq ərzağı  təhvil  verdik­
də, hamı bizə inanır.  İnternatın yetirmələri, bu gün təhsili 
əməksiz təsəvvür etmir.
Çox  danışmaq  istəmirəm,  amma  öz  şəxsi  pedaqoji 
təcrübəmə  əsaslanaraq  deyə  bilərəm  ki,  hər  kənd  mək­
təbində,  xüsusilə  də  internat  məktəbində  yardımçı  təsər­
rüfat, şagirdlərin ərzaq proqramının yerinə yetirilməsində 
qoyulan ata-babalarımızın ənənəvi əmanətidir.
Mübaliğə  etmədən  deyə  bilərəm  ki,  məktəbimizin 
yetirmələri  həmişə əkinçinin  əməyini qiymətləndirəcək və 
əkinçi əməyinə hörmət edəcəklər.»
*  
*  
*
Azərbaycan  KP  MK-mn  ikinci  ka­
tibi  yoldaş  V.N.Konovalova  1960- 
cı  ildən  KP-nın  üzvü  30  illik  peda­
qoji  stajlı  Qusar  rayonunun  inter­
nat  məktəbinin  keçmiş  direktoru 
Çelyabov Z.R. tərəfindən
Şikayət ərizəsi
Mən,  1968-ci  ilin  sentyabr  ayından  fasiləsiz  Qusar 
rayonunda  internat-məktəbinin  direktor  vəzifəsində  ça­
lışmışam.  Kollektivimizin  səyi  nəticəsində  geridə  qalmış 
internat məktəbi qabaqcıllar sırasına çıxmışdır.
Bu  müddət  ərzində  internatda  300  nəfərlik  yemək­
xana,  hamam,  içməli  su  üçün  hovuz  tikilmiş,  mərkəz­
372
ləşdirilmiş istilik  sistemi  və  məktəbin  sahəsi  2000  metrlik 
hasara  alınmışdır.  Bunların  hamısı  respublika  mətbu­
atında  işıqlandırmış,  maarif  nazirliyinin  kollegiyasında 
qeyd  edilmiş  və  nazirliyin  kollegiyasının  qərarı  ilə  mək­
təbimizin  iş  təcrübəsi  başqa  məktəblərdə  yayılmasına 
tövsiyə edilmişdir.
1980-cı ildə yardımçı təsərrüfatın yaradılması ilə bağlı 
Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin