Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


- Sizə görə ən dəyərli sevinc hansıdır?



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə117/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   113   114   115   116   117   118   119   120   ...   174
- Sizə görə ən dəyərli sevinc hansıdır?
- İlk öncə başqasının sevincinə ürəkdən şərik olmaq.
- Sizcə ilahi nemətlərin ən dəyərlisi nədir?
_________________________________
Qusar beşiyim manim
m


Elbrus Şahmar
-  Birmənalı  şəkildə cavab verirəm  ki,  ilahi  nemətlərin 
ən  dəyərlisi  azadlıq,  məhəbbət,  səmimiyyət  sağlamlıq  və 
işgüzarlıqdı.
- Həyatda Sizin üçün vacib olan nədir?
- Məqsədyönlü fəaliyyət.
Sizin  sualınıza  cavab  baxımından  yadıma  dünyamız­
dan  nakam  getmiş  şairimiz  Vaqif  İbrahimin  bu  sözləri 
düşdü:
Vaxt var ikən,
Elə yaşa, elə çalış.
Bir gün sən olmayanda,
Hər kəsə aydın görünsün 
Yerində qalan boşluq.
-  Hörmətli  dost,  bəlkə  deyəsiniz,  bu  vaxta  kimi  Şeks- 
prin  qəhrəmanı  Hamlet  kimi  «ölüm  ya  olum»  seçimi  qar­
şısında qalmamısımz ki?
- O qədər!
- Sizcə ana dilini bilməyənlər kimlərdi?
- Ana qədrini bilməyənlər!
- Zeynəddin müəllim, sizcə kişilərin sayı çoxdur, yoxsa 
papaqların?
-  Qardaş,  elə  bilirəm  ki,  bu  yöndə  ikimiz  də  eyni  fi­
kirdə olarıq.
-  Sizinlə  razıyam.  Onu  da  deyim  ki,  bu  yöndə  yadıma 
Davud Ordubadimin bir bənd şeiri düşdü:
Səni gördüm bir namərdin başında,
M ərd ərləri xatırladım, ay papaq.
Nəbilərin torpağında,  daşında,
Yaraşığı günəş papaq, ay papaq!
220
-  Elbrus,  qardaşım,  o  baxımdan  mənim  də  yadıma 
şeirləri  ilə  qəlbimizi  ovsunlayan  mərhum  şairimiz 
Məmməd Arazdan bir bənd şeir düşdü:
Çiçəyindən alağı çox,
Kişisindən papağı çox.
Köpəyindən yalağı çox,
Bu üzün olmaya,  dünya.
-  Zeynəddin  müəllim,  neçə gündü söhbətləşirik, dərdlə­
şirik,  sanki  mən  müəllim  olmuşam,  siz  tələbə.  Elə  hey 
suallar  verirəm  və  məni  razı  salan  cavablar  alıram.  Axı, 
bütün  bu  sorğu-suallar  Sizin  həyatınıza,  ömür  yolunuza 
işıq  salmağa  xidmət  edir.  Şübhəsiz,  bunu  siz  də  gözəl 
bilirsiniz. Şair demişkən:
Sormayın bu qədər suallar nədir,
Hər sual bir cavab həsrət indədir.
Bir də Şahmar Ələkbərzadə demişkən:
Çoxdandır bumumun ucu göynəyir,
Şirin söhbətindən, sözündən ötrü.
Söhbət bəhanədir,  vallah ay dədə,
Özüın darıxmışam,  özündən ötrü.
-  Zeynəddin  müəllim,  deyin,  həmişə  kimlərin  arasında 
olmaq istərdiniz?
-  Qardaş,  sualınıza  Səməd  Vurğunun  iki  misrası  ilə 
cavab vermək istərdim:
Qananlar məclisindən keç ki. feyz al sözlə-söhbətdən.
Fəqət qanmazlar ağzında diişər loğman da qiymətdən.
221
_____________________________  
Qusar beşiyim mənim


'Elbrus Şahmar
-  Bos  arxalıya  arxa  duran,  arxasızı  yera  vuran,  zari 
zərgərə  verməyən  bu  dünyamızdan  umacağınız?  Mümkün­
dürsə bir sözlə cavab verərdiniz.
- Unudulmamağım.
-  Zeynəddin müəllim,  bütün suallara səmimi cavab ver­
məyinizə  əmin  olduğumdan,  bu  sualıma  da  xas  cavab  ve­
rəcəyinizə  inanıram.  Deyin,  sizdə  pambıq  dolu  açılmamış 
sandıq varmı?
- Var, ancaq o sandığın ağzına qırx qıfıl vurub açarını 
Qusarçaya atmışam.
-  Zeynəddin  müəllim,  çağdaş  zəmanəmizdə  müxtəlif 

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin