Elbrus Şahmar
- Birmənalı şəkildə cavab verirəm ki, ilahi nemətlərin
ən dəyərlisi azadlıq, məhəbbət, səmimiyyət sağlamlıq və
işgüzarlıqdı.
- Həyatda Sizin üçün vacib olan nədir?
- Məqsədyönlü fəaliyyət.
Sizin sualınıza cavab baxımından yadıma dünyamız
dan nakam getmiş şairimiz Vaqif İbrahimin bu sözləri
düşdü:
Vaxt var ikən,
Elə yaşa, elə çalış.
Bir gün sən olmayanda,
Hər kəsə aydın görünsün
Yerində qalan boşluq.
- Hörmətli dost, bəlkə deyəsiniz, bu vaxta kimi Şeks-
prin qəhrəmanı Hamlet kimi «ölüm ya olum» seçimi qar
şısında qalmamısımz ki?
- O qədər!
- Sizcə ana dilini bilməyənlər kimlərdi?
- Ana qədrini bilməyənlər!
- Zeynəddin müəllim, sizcə kişilərin sayı çoxdur, yoxsa
papaqların?
- Qardaş, elə bilirəm ki, bu yöndə ikimiz də eyni fi
kirdə olarıq.
- Sizinlə razıyam. Onu da deyim ki, bu yöndə yadıma
Davud Ordubadimin bir bənd şeiri düşdü:
Səni gördüm bir namərdin başında,
M ərd ərləri xatırladım, ay papaq.
Nəbilərin torpağında, daşında,
Yaraşığı günəş papaq, ay papaq!
220
- Elbrus, qardaşım, o baxımdan mənim də yadıma
şeirləri ilə qəlbimizi ovsunlayan mərhum şairimiz
Məmməd Arazdan bir bənd şeir düşdü:
Çiçəyindən alağı çox,
Kişisindən papağı çox.
Köpəyindən yalağı çox,
Bu üzün olmaya, dünya.
- Zeynəddin müəllim, neçə gündü söhbətləşirik, dərdlə
şirik, sanki mən müəllim olmuşam, siz tələbə. Elə hey
suallar verirəm və məni razı salan cavablar alıram. Axı,
bütün bu sorğu-suallar Sizin həyatınıza, ömür yolunuza
işıq salmağa xidmət edir. Şübhəsiz, bunu siz də gözəl
bilirsiniz. Şair demişkən:
Sormayın bu qədər suallar nədir,
Hər sual bir cavab həsrət indədir.
Bir də Şahmar Ələkbərzadə demişkən:
Çoxdandır bumumun ucu göynəyir,
Şirin söhbətindən, sözündən ötrü.
Söhbət bəhanədir, vallah ay dədə,
Özüın darıxmışam, özündən ötrü.
- Zeynəddin müəllim, deyin, həmişə kimlərin arasında
olmaq istərdiniz?
- Qardaş, sualınıza Səməd Vurğunun iki misrası ilə
cavab vermək istərdim:
Qananlar məclisindən keç ki. feyz al sözlə-söhbətdən.
Fəqət qanmazlar ağzında diişər loğman da qiymətdən.
221
_____________________________
Qusar beşiyim mənim
'Elbrus Şahmar
- Bos arxalıya arxa duran, arxasızı yera vuran, zari
zərgərə verməyən bu dünyamızdan umacağınız? Mümkün
dürsə bir sözlə cavab verərdiniz.
- Unudulmamağım.
- Zeynəddin müəllim, bütün suallara səmimi cavab ver
məyinizə əmin olduğumdan, bu sualıma da xas cavab ve
rəcəyinizə inanıram. Deyin, sizdə pambıq dolu açılmamış
sandıq varmı?
- Var, ancaq o sandığın ağzına qırx qıfıl vurub açarını
Qusarçaya atmışam.
- Zeynəddin müəllim, çağdaş zəmanəmizdə müxtəlif
Dostları ilə paylaş: