- Heç vaxt bağışlaya bilmədiyiniz kimsə var? - Var, əlbətdə var, ancaq açıqlamağı lüzum bilmirəm.
- Etibarsız adamlarla çoxmu rastlaşırasınız? - Olub, çox olub, hətta onların say-hesabını da unut
muşam. Onları xatırlamaq mənə həmişə əzab verib.
2 2 2
- Zeynəddin müəllim, Sizi həyatda nələr və kimlər hövsələdən çıxardıb? - Bir çox insanların ehtiyac içində yaşaması, cavan
ların işsiz qalması, torpaqlarımızın hələ də işğal altında
olması, bəzi adamların layiq olmadığı vəzilə kürsüsündə
mənəm-mənəmliyi, bəzi ləyaqətli adamların ailəsini
dolandırmaq məcburiyyətində olduğuna görə elələrinin
qapısında buyuruqçu olması, bəzi kişilərin verdiyi sözə
sahiblik etməməsi, kimlərinsə haqq-say itirməsi, xəyanət
etməsi, övladların valideynlərinə qarşı etinasız olması və
sair və ilaxır, bütün bunlar məni həm hövsələdən çıxar
dır, həm də günün çox hissəsini - ovqatımı təlx edir,
səhhətimi korlayır.
Bir də məni hövsələdən çıxardan, dünən də, bu gün
də ayaq tutub yeriyən bir hal da var. Yaxşısı budur ki,
onu Məmməd Arazın bir misrası ilə cavablandırım:
«Gedir yal davası, sümük davası».
Elə bilirəm ki, o misranın tərəfimdən açıqlanmasına
da ehtiyac yoxdur.