- Zeynəddin müəllim, məhəbbət barədə nə deyə bilər
siniz?
- Bütün mənəvi dəyərlərimizin önündə məhəbbət
dayanır. Həyatı məhəbbətsiz dərk etmək olmaz. Bütün
insani keyfiyyətlərin, bütün uğurların fövqündə dayanan
məhəbbətdir, eşqdir. Böyük söz ustası Şeyx Nizami
«Eşqdir mehrabı uca göylərin» misrası ilə nəinki yeri,
hətta bütün planetləri, qalaktikamızı, səmanın belə, mə
həbbətə xidmət etdiyini və varlıqlarını məhəbbət anla
mında yaşatdıqlarını deyir. Mehrab məsciddə elə bir
yerdir ki, ibadətə oturanlar üzlərini qibləyə çevirərkən
mütləq üzü həmin mehraba tərəf olur. Bildiyimiz kimi
dünya cahangirləri, dünyaya meydan oxuyan sərkərdələr
belə məhəbbət qarşısında həm qüdrətli, həm də aciz olub.
Məhəbbətsiz yaranan bir şey heç vaxt ürəkaçan olmur,
heç vaxt gözəl olmur, olsa da ömrü qısa və gözaldadan
olur. O şeyin ki, mayasında halallıqla bərabər məhəbbət
yoxdur, demək o şey insanlığa, bəşər övladına xidmət
etmir.
2 2 7
‘Elbrus Şahmar
Məhəbbətlə yaranan hər şey əbədi və y'addançıxmaz-
dır. Sizin bu sualınızın cavabını da bir rəvayətlə sona
yetirirəm.
«Bir kasıb kişi oğlunu evləndirmək istəyirmiş. Amma
onun evi ikimərtəbəli şəhər imarətlərinin cərgəsində
daxmaya oxşayırmış. Belə evi-eşiyi olan kişinin də oğluna
kim qız verərdi?
Kişi gecə-gündüzə salır, çaylardan xurcun-xurcun
ağlı-qaralı daşlar daşıyır, tığ vurur. Onun-bunun kül
lüyündən kül yığıb toplayır, öz qapısında yeri iki bel ağzı
qazır, qara torpağı qırağa atır, gilliyə çıxanda əl saxlayır,
axtardığının birini də tapdığına sevinir. Sonra meşəyə
ayaq açır, hər gün çiynində bir tir gətirir, qabığını alıb
çardağın altına yığır ki, yağış vurub çürütməsin, gün dö
yüb çatlatmasın. Axırda işini heç kimin bəyənmədiyi bir
usta tapır ki, onun haqqını-muzdunu verməyə gücü
çatsın.
Və ustaya deyir:
- Mənə birmərtəbəli ev tikərsən.
Usta da «kim nə verər-verər»ə işləyən adam olur.
Ölçür, biçir, bünövrə qazır, gilə kül qatır, qarışdırıb pal
çıq tutur, kişinin ağlı-qaralı daşlarını hamarlaya-ha
marlaya bir iparası hörür, baxır ki, minagərdən bir mələk
gəlir, şəvə hörükləri topuqlarını döyür, hər yanağı bir
lalə, dodaqları qızılgül ləçəyi, buxağı Şahdağın qan, boy
nu şirmayı, ala gözlərinin hər çaxımmda bir can itər,
vüsal həsrətində qərq olar. Elə gözəldir ki, küçə ondan
nur alıb işıqlanır, hansı ağacın kölgəsindən keçirsə yar
paqlar şölə saçır, havanı da müşk-ənbər nəfəsi tutub,
doyurub. Adam bircə çəkimi sinəsinə sorub onun ətri ilə
bütün ömrü boyu yaşamaq istər, ürəkdən «oxqay» deyər.
228
belə bir bəxtiyarlığa qoşulmaqdan savayı dünyada heç
bir arzusu olmaz.
Bu mələk nədənsə bir az ayaq saxlayır, hörgüyə baxır.
Usta onun gözlərində heyrət görür, məstanə təbəssümün
də vurğunluq duyur, amma inanmır ki, onun heç kimin
bəyənmədiyi işində bir yaxşılıq olsun. O mələk ötəndən
sonra kənara çəkilir, hörgüyə göz qoyur, görür ki, ağlı-
qaralı daşlar təsbeh muncuqları təki elə bil sapa düzülüb,
özü də ağlar bir cərgədə, qaralar da başqa sırada.
Usta evin küçə tərəfdəki divarını yarımçıq qoyur, ön
tərəfdəkini hörməyə başlayır ki, buranı da qaldırsın, o
mələk qayıdıb keçəndə onu bir də görə bilsin.
Usta onun getdiyi yola baxa-baxa gah palçıq daşıyıb
təknəyə yığır, gah ayaqaltının üstünü daşla doldurub ora
çıxır ki, gündə yüz dəfə görsə az hesab elədiyi camala bir
də nəzər salsın.
Qız yenə də sallana-sallana geri dönür, küçədə ağac
ların kölgəsində elə bir oğlan qalmır ki, çevrilib onun
arxasınca boylanmasın. Lakin o qız təkcə bu usta tərəfə
mehriban göz yetirir, gülümsünüb keçir.
Usta hər səhər hamıdan qabaq durur, tezdən işə elə
tez başlayır ki, ev yiyəsi durub görür o, hər dəm-dəstgahı
hazırlayıb, yığıb yanına, özü də bir yerə azı on daş qoyub
götürür, heç birinin yatımı-tutumu xoşuna gəlmir, öz
seçməsi özünü razı salanacan əlləşir.
Usta görür ki, qız həmin sallanışla bir də gəlir. O.
dayanıb qıza məftunluqla baxır, qız isə yenə də məhrəm
nəzərlərini dolandırır, gülümsünüb ölür.
Usta hardan biləydi ki, bu qızın toyuna az qalıb, o,
bir başqasına nişanlıdır, hər gün zərgər yanına gedib gəlir
ki, barmağına taxılan nişan üzüyünün əlindən düşəndə
229
___________________________________ Qusar beşiyim mənim
'Elbrus Şafımar
sınmış firuzə qaşını düzəltdirsin, usta da onun işini özü
qəsdən ləng görür ki, o camala doyunca baxsın.
Bənna, o qıza vurulur. O qızın eşqilə əlləşir, divarı
necə hördüyündən, binanı necə ucaltdığından xəbəri
olmur.
Bir gün şəhərin adlı-sanlı, bunu öz yanlarına fəhləliyə
də götürməyən tərifli ustalarının da yığışıb o qız keçən
küçədə boy-boya verib onun tikdiyi binaya altdan-yuxarı
heyrətlə baxdıqlarını görür, elə bilir əlindən çıxan sarsaq
işə tamaşa eləyirlər, onu danlayacaqlar, onu biabır eləyə
cəklər, döyəcəklər, bacardığın işin qulpundan yapış deyə
cəklər. Lakin baxır ki, onların da baxışlarında o qızın
gözlərindəki heyrət var, məftunluq var, onların dodaq
larında o mələyin çöhrəsini bəzəyən təbəssüm var.
Bənna binanın son daşını qoyub yerə enir, həmin
küçəyə gəlir, görür ki, tikdiyi binanın ayna qapıları tağ-
bəndlidir, damı qülləlidir, minarəlidir, divarlarda ağ göl
lər və yaşıllıqlar qərar tutub. Ağ bulaqlar yaşıllıqlardan
keçib ağ göllərə tökülür».
Bax, belə bir gözəl binanın inşası məhəbbətin gücünə
yaranmışdı, ona görə də ürəkaçan, könül oxşayan idi.
Dostları ilə paylaş: |